Aztəminatlı ailələrin yoxsulluqdan çıxarılması əsas fəaliyyət istiqamatlərindən biridir - Səlim Müslümov

Aztəminatlı ailələrin yoxsulluqdan çıxarılması əsas fəaliyyət istiqamatlərindən biridir - Səlim Müslümov












İclasda aztəminatlı ailələr üçün aktiv sosial müdafiə tədbirlərinin təşkili ilə bağlı cari məsələlər ətraflı müzakirə olunub


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin aztəminatlı ailələr üçün aktiv sosial müdafiə tədbirlərinin təşkili ilə bağlı tapşırığının icrası sahəsində qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinin Azərbaycan Prezidenti İlham Əliyevin sosial siyasət kursunda mühüm yer tutduğunu, bu təbəqədən olan ailələrin yoxsulluğun doğurduğu çətinliklərdən müdafiəsi üçün ünvanlı dövlət sosial yardımı proqramının icra edildiyini vurğulayıb.

Nazir bildirib ki, bununla yanaşı, dövlət başçısının tapşırığına əsasən aztəminatlı ailələrin aktiv əmək bazarı proqramlarına cəlb olunması, özünüməşğulluğunun təmin edilməsi yolu ilə onların yoxsulluq vəziyyətindən çıxarılması hazırda nazirliyin əsas fəaliyyət istiqamatlərindən biridir.

Nazirlər Kabinetinin cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti İlham Əliyev bir daha bu məsələni qeyd edərək, “İnsanlara daha çox imkanlar yaradılmalıdır ki, onlar özləri öz məşğulluğunu təmin etsinlər”, -deyə vurğulayıb, öz məşğulluğunu təminetmə yanaşmasının üstünlük təşkil etməli olduğunu bir vəzifə kimi müəyyən edib. Dövlətimizin başçısı “Yüz mindən çox ailəyə dövlət tərəfindən ünvanlı sosial yardım verilir. Biz bunu ona görə edirik ki, bu insanların maddi təminatı lazımi səviyyədə deyil. Ancaq biz tədricən o aztəminatlı ailələr üçün şərait yaratmalıyıq ki, onlar özləri pul qazansınlar, özləri işlə məşğul olsunlar”,- deyə vurğulayıb və dövlət qurumlarının tədricən ünvanlı sosial yardım əvəzinə hər bir insanın özü üçün iş qurmasına şərait yaratmalı olduğunu tapşırıb.

S.Müslümov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müəyyən olunan bu vəzifənin icrası istiqamətində məqsədyönlü işlər aparılır: “Dövlət başçısının “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamı aztəminatlı ailələrin aktiv əmək bazarı tədbirlərinə cəlb olunmasına əsaslı təminat yaradıb. Sərəncamın icrası ilə əlaqədar tədbirlərin həyata keçirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “İşaxtaran vətəndaşların özünüməşğulluq fəaliyyətinin təşkili Qaydaları” hazırlanaraq nazirliyin Kollegiyasının müvafiq qərarı ilə təsdiq edilib. Hesab edirik ki, bu Qaydalar müvafiq sahgədə işlərin daha səmərəli icrasına təminat verir”.

S.Müslümov aztəminatlı ailələr üçün aktiv sosial müdafiə tədbirlərinin təşkili ilə əlaqədar “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklərin layihəsinin də hazırlandığını diqqətə çatdırıb: “Aztəminatlı ailələrin özünüməşğulluğunun təşkili, onların dövlətin dəstəyi ilə öz kiçik ailə təsərrüfatlarını formalaşdıraraq inkişaf etdirə bilmələri üçün daha əlverişli şərait yaradılması üçün bütün müvafiq işlər görüləcək”, -deyə qeyd edən nazir bu aktiv tədbirlər vasitəsilə həmin aztəminatlı ailələrin nəinki yoxsulluq səviyyəsindən çıxarılmasının, uğurlu biznes fəaliyyəti qurmalarının da stimullaşdırılacağını bildirib.

İclasda aztəminatlı ailələr üçün aktiv sosial müdafiə tədbirlərinin təşkili ilə bağlı cari məsələlər ətraflı müzakirə olunub, bu sahədə aparılan işlərin sürətləndirilməsi və yaxın vaxtlarda həmin tədbirlərin praktiki icrasına başlanılması tapşırılıb. Tədbirdə həmçinin növbəti həftə ərzində məşğulluq orqanlarının iştirakı ilə qeyd olunan məsələlərlə bağlı ümumrespublika müşavirəsinin keçirilməsi qərara alınıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər