Salyan rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzində Ramin Salmanov yolu

Salyan rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzində Ramin Salmanov yolu











Son vaxtlar Salyanda Ramin Salmanovun gəlişindən sonra əmək və əhalinin sosial müdafiəsi ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi vətəndaşlara diqqətin artırılması ilə nəticələnir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sahəyə göstərdiyi diqqət nəticəsində mərkəzdə və yerlərdə vətəndaşların süründürməçiliyinə yol verən şəxslər ciddi cəzalandırılıb, bu sahədə özbaşınalıq edənlər hətta məsuliyyətə də cəlb edilib

Salyan rayon Əhalinin Sosial Müdafiə Mərkəzi xidmət etdiyi rayon ərazisində ona həvalə edilmiş səlahiyyətlər çərçivəsində başqalarının köməyinə ehtiyacı olan tənha ahıllara və əmək qabiliyyəti olmayanların (əlillərin) aşkar edilməsi, sosial məişət xidmətinə götürülməsini və onların sosial müdafiəsi üzrə tədbirlərin görülməsini, müavinətlərin, sosial yardımların qanunvericilikdə təsdiq olunmuş qaydada düzgün təyin edilməsi və aidiyyəti ödəniş müəssisələri vasitəsi ilə təyinatı üzrə vaxtında ödənilməsinə nəzarətin həyata keçirilməsini, vətəndaşlara müavinət, sosial yardım və digər ödənişlərin təminatı olan sənədlərin əldə edilməsində və bu təminatlar haqqında əhalinin məlumatlandırılması, aztəminatlı vətəndaşların sosial müdafiəsi sahəsində ictimai təşkilatlar və yerli İcra Hakimiyyəti orqanları ilə birlikdə fəaliyyət göstərilməsi vəzifəsini həyata keçirir.

Eyni zamanda Mərkəz əlillərə qanunvericilikdə nəzərdə tutulmuş kompensasiyaların və digər müavinətlərin ödənilməsini, əlillər və digər imtiyazlı şəxslər üçün qanunvericilikdə nəzərdə tutulan müvafiq vəsiqələrin verilməsi məqsədi ilə lazımi sənədlərin toplanmasında onlara köməklik edir.

Səhiyyə orqanları və digər əlaqədar təşkilatlarla birgə başqalarının köməyə ehtiyacı olan tənha ahılları və əmək qabiliyyəti olmayan vətəndaşları aşkar edir, onları sosial-məişət xidmətinə götürür, zəruri halda internat evlərinə göndərilməsini təşkil edir.

Tənha ahılların üzərində qəyyumluq və himayəçiliyin müəyyən edilməsinə nəzarət edir, ahıl və tənha vətəndaşlara müxtəlif növ xidmətlərin - ictimai-iaşə, sosial və məişət xidməti göstərilməsi barədə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırır.
Kütləvi informasiya vasitələrindən istifadə edərək əhali arasında sosial məsələlərə dair qanunvericiliyin təbliğat işini təşkil edir və aparır.

Amma təəssüf hissi ilə qeyd etmək lazımdır ki, ölkə başçısının Salyan rayon Əhalinin Sosial Müdafiə Mərkəzində aparılan bu işlərə verdiyi yüksək qiyməti bu gün bəzi mətbuat orqanları və saytlar həzm edə bilmir, hec bir həqiqətə söykənməyən, qərəzli məlumatlar yayaraq özlərini reklam etməyə, bu eybəcər yolla oxucu toplamağa çalışırlar. Lakin bu qısqanclığın bircə adı var ki, o da öz peşəsini bilməmək, jurnalistikadan uzaq olan bəzi insanların bu sahədə çalışmalarıdır. Bütün bunlara baxmayaraq, Salyan rayon Əhalinin Sosial Müdafiə Mərkəzi respublikamızın digər Əhalinin Sosial Müdafiə Mərkəzləri kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında daima inkişaf edəcək və yeni-yeni uğurlara imza atmaqda davam edəcək.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər