Əhməd Muxtarov: Referendum Azərbaycanda demokratiyanın inkişafı istiqamətində çox mühüm addımdır

Əhməd Muxtarov:  Referendum Azərbaycanda demokratiyanın inkişafı istiqamətində çox mühüm addımdır

Bütün xalqımızı təbrik etmək üçün ciddi əsaslarımız var. Ona görə ki, Azərbaycanda növbəti referendumda yüksək seçici fəallığı qeydə alındı. Prezident İlham Əliyevin təşəbbüsü əsasında Konstitusiyamızda dəyişikliklər edilməsi ilə əlaqədar keçirilən referendumda vətəndaşlarımızın böyük əksəriyyəti iştirak edib. Mərkəzi Seçki Komissiyası məntəqələrdən və dairələrdən gələn informasiyalar əsasında səsvermənin nəticələri ilə bağlı məlumatları yaxın vaxtlarda elan edəcək. Lakin Yeni Azərbaycan Partiyasının bütün seçki məntəqələrində eləcə də Hacıqabul rayonundan olan müşahidəçilərinin verdiyi məlumatlara əsaslanıb deyə bilərik ki, vətəndaşlar səsvermədə yüksək fəallıq nümayiş etdirib. Bu ondan xəbər verir ki, seçicilər öz vətəndaşlıq borcuna kifayət qədər məsuliyyətlə yanaşıb və referenduma çıxarılan məsələlərə biganə olmadıqlarını göstəriblər.

Referendum ayrı-ayrı ölkələrin həyatında çox tez-tez tətbiq olunan demokratik alətlərdən biridir. Azərbaycanda da artıq üçüncü referendum keçirilir. Bu, Azərbaycan vətəndaşlarının iradəsinin ifadə olunmasının əlavə bir formasıdır.

Hacıqabul rayonundan Bakuxeber.info-nun elektron poçtuna ünvanlanan sözlərdən də aydın olur ki, “bugünkü referendumu ilk növbədə Prezident İlham Əliyevə ümumxalq etimadının testi kimi qiymətləndirmək istərdik. Belə hesab edirik ki, vətəndaşlarımızın referenduma diqqətlə yanaşması, səsvermədə fəal iştirak etməsi dövlətimizin başçısına olan böyük inamla bağlıdır. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, bu test kifayət qədər uğurlu olub. Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəklərini səsvermədə yaxından iştirakla bir daha ifadə ediblər. Digər tərəfdən, referendum Azərbaycan Respublikasının Konstitusiyasının müasir dövrə, həyatımızda baş verən irəliləyişlərə uyğunlaşdırılması və yeni tələbələrə cavab verən formaya salınması baxımından əhəmiyyət kəsb edir. Bu dəyişikliklər əsasən insanların hüquq və azadlıqlarının daha yaxşı təminatının yaradılmasına yönəlib. Eyni zamanda, Azərbaycanda siyasi sistemin təkmilləşdirilməsi, idarəçilik mexanizminin daha çevik formaya salınması ilə əlaqədardır”.

Referenduma çıxarılan məsələlər Azərbaycanda Prezidentin təşəbbüsü ilə həyata keçirilən iqtisadi və siyasi islahatların davamı kimi nəzərdən keçirilə bilər. Referendumun nəticəsi olaraq yaranan hüquqi və siyasi baza ölkəmizdə iqtisadi və siyasi islahatların daha cəsarətlə, daha etibarlı şəkildə və qarşıya qoyulan məqsədlərə nail olunmasına hədəflənmiş formada həyata keçirilməsini təmin edəcək.

“Bundan sonra Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasi, iqtisadi və sosial islahatların həyata keçirilməsi istiqamətində daha ciddi, daha cəsarətli addımlar atılacaq. Güman edirik ki, xalqımız bu islahatların uğurlu nəticələrini yaxın zamanlarda görəcək”.

P.S. Əhməd Muxtarovun gərgin əməyi və zəhməti sayəsində Hacıqabul sürətlə inkişaf edir, abadlaşır və yenidən qurulur. Hacıqabul rayonu İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun bu rayona başçı təyin olunduğu vaxtdan bəri, Hacıqabulun əksər sahələrində böyük canlanma, dinamik inkişaf müşahidə olunmaqdadır. Rayondan Bakuxeber.info-nun elektron poçtuna ünvanlanan məktublarda Hacıqabul rayonu İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun fəaliyyətinə dair razılıq hisslərinin ifadə olunması ilə yanaşı, rayonda gedən proseslərin saytımızda işıqlandırılması xahişlərinə də tez-tez rast gəlinir.

Deyəsən, bəzi media orqanları Hacıqabul rayonu İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov haqqında böhtan yazmağı özləri üçün pis bir vərdişə çeviriblər. Görünür, kimlərsə, icra başçısı təyin olunandan bəri rayonda sıra uğurlu layihələrə imza atan Hacıqabul rayonu İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov barədə ağlına və ağzına gələni yazmağı “peşə borcu” sayırlar.

Odur ki, belə əsassız məlumatlar yayanlar söz azadlığını yalan və böhtan azadlığı kimi başa düşməkdən əl çəkməlidirlər. Unutmamalıdırlar ki, belə cılız qarayaxmalar bütövlükdə KİV-ə inamı azaldır, mətbuatın ümumi nüfuzuna xələl gətirir.

Hacıqabul rayonu İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun bizim müdafiəmizə ehtiyacı yoxdur.

Əhməd Muxtarov:  Referendum Azərbaycanda demokratiyanın inkişafı istiqamətində çox mühüm addımdırБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər