Nərimanov rayonunda referendum seçici fəallığı ilə davam edir

Nərimanov rayonunda referendum seçici fəallığı ilə davam edir








18 saylı Nərimanov-Nizami, 19 saylı Nərimanov 1-ci və 20 saylı Nərimanov 2-ci seçki dairələri üzrə cəmi 84 məntəqədə səsvermə prosesi seçici fəallığı ilə davam edir. Bütün məntəqələrdə vətəndaşların sərbəst şəkildə səs vermələri üçün lazımi şərait yaradılıb. Məntəqələrin hamısı fasiləsiz elektrik enerjisi, rabitə, kompüter, digər zəruri avadanlıq və xidmətlərlə təmin olunub.

Qeyd edək ki, Nərimanov rayonunda ümumilikdə 3 seçki dairəsi üzrə məntəqələrin sayı 84, seçicilərin ümumi sayı isə 110 min 469 nəfərdir. Şəffaflığın təmin edilməsi məqsədilə ümumilikdə 25 məntəqədə veb-kameralar quraşdırılmışdır. Məntəqələrdə səsvermənin gedişini müxtəlif siyasi partiyalar və qeyri-hökumət təşkilatları, eləcə də nüfuzlu beynəlxalq təşkilatlardan müşahidəçilər izləyir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər