Daş bazarında böyük yalan – FOTO

Daş bazarında böyük yalan – FOTO
















Sosial şəbəkələrdə Azərbaycanda çəkilmiş bir foto geniş müzakirə obyektinə çevrilib

Fotoşəkildə daş karxanalarından birində fəhlələr tərəfindən yüklənən “KamAZ” avtomobili yer alıb.

Göründüyü kimi, fəhlələr yük avtomobilinə lazım olan qədər daş yükləmirlər, alıcını aldatmaq üçün “KamAZ”-ın ön hissəsində ara məsafələri qoyurlar, yalnız orta və arxa hissəni daşla örtərək maşının tam yüklü olması görüntüsünü yaradılar.

Beləliklə, standart vəziyyətdə tam yüklü “KamAZ”-da 700 (misal üçün) tikinti daşı yerləşərsə, ön hissə boş olduğu üçün realda bu rəqəm daha az olur. Alıcı isə məhz 700 daş hesabı ilə ödəniş edir.

Şəkilə gələn maraqlı şərhlərdən bir neçəsini təqdim edirik:

“Bu da əli qabarlı, daşdan pul cixaranlar. Baxanda deyərik halal çörək aparırlar evə. İnsan hansı işdə olursa-olsun, onun mənəviyyatı pak olmalıdır”.

“Əslində hamısı ele deyil.. Amma kim belə edirsə namusuna, şərəfinə xələl getirir...”.

“Kiminsə haqqına girirlər və bu haqqı ödəmək onlara baha başa gələcək. Allah hidayət versin bunlara. Dünya malına uyublar bunlar”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər