"İstədilər kiminsə üzünə dursun..." - Hafiz Hacıyevdən Gülər Əhmədova haqda şok sözlər

"İstədilər kiminsə üzünə dursun..." - Hafiz Hacıyevdən Gülər Əhmədova haqda şok sözlər












"Hazırda Gülər xanımla danışıqlarımız davam edir. Onun bizim partiyaya üzv olmağa meyli var. O, dövlətə, dövlətçiliyə sadiq adam olub. Təəssüf ki, sonradan onu ləkələmək istədilər, qarayaxmaların qurbanı oldu"

Bu fikirləri ölkə.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev keçmiş deputat Gülər Əhmədovanın onun rəhbərlik etdiyi siyasi təşkilata üzv olacağı haqda yayılan informasiyalara münasibət bildirərkən söyləyib. Hacıyev bildirib ki, Əhmədova Müasir Müsavat Partiyasına üzv olmasında maraqlıdır:

"İstədilər kiminsə üzünə dursun, Gülər Əhmədova da durmadı və nəticədə həbs edildi. O cəmiyyətdə sıradan insan deyil, sözünü deyən siyasətçilərdən olub. Partiyasında da ona qarşı qərəz olub. Ancaq biz istərdik ki, o bizim partiyanın üzvü olsun. Hələlik hansı postu tutacağı bəlli deyil. Bu, Siyasi Şuranın və İdarə Heyətinin qərarından asılı olacaq".

Xatırladaq ki, G.Əhmədova bir müddət öncə mətbuata açıqlamasında siyasətdən getdiyini bildirmişdi.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər