"Azercell"dən ədəbiyyat incilərindən elektron istifadə imkanı

"Azercell"dən ədəbiyyat incilərindən elektron istifadə imkanıŞirkətin yeni elektron xidməti sayəsində indi Azərbaycan və dünya ədəbiyyatı əlçatımlı olacaq


Ölkəmizin mobil rabitə bazarının lideri Azercell Telekom sosial və texnoloji innovasiyalar sahəsində də yenilikçi olaraq mütaliə sevərlər üçün inanılmaz bir hədiyyə hazırlayıb: artıq Azercell abunəçilərinin hamısı məşhur Bookmate əlavəsi sayəsində Azərbaycan, Rus, Ingilis və Türk dilində məhdudiyyətsiz kitab oxuya bilərlər.

Bookmate - minlərlə kitabı elektron cihaz üzərindən oxumaq üçün yaradılmış mobil proqramdır. Bu xidmət telefonda, planşetdə və kompüterdə maraqlı əsərləri tapıb oxumağın ən rahat yoludur. Belə ki, Azercell-in təqdim etdiyi mobil kitabxanada 500 000-dən artıq kitaba çıxış təmin olunub. Endirimli abunə məbləği müqabilində Azercell abunəçiləri bədii, klassik, müasir və biznes ədəbiyyatından istənilən nümunə ilə tanış ola bilərlər. Azercell kitabsevər abunəçilərinə, hətta, pulsuz mütaliə də bəxş edir. Bu zaman abunəçilər əsasən klassik nümunələrdən ibarət müəyyən sayda kitabları oxuya biləcəklər. Cəmi 3,5 AZN-lik aylıq abunə olmaqla Bookmate istifadəçiləri istənilən kitabı oxuya və mobil cihazlarına yükləyə biləcəklər. Qeyd edək ki, danışıq balansından ödəniş imkanı abunəçilər üçün vaxt itirmədən, heç bir kredit kartından istifadə etmədən elektron kitabxanadan rahat şəkildə yararlanmaq imkanı verəcək.

Bookmate layihəsinin üstünlükləri çoxdur. Məsələn, digər xidmətlərdən fərqli olaraq, burada hər kitab üçün ayrıca ödəniş etmək lazım deyil. Sadəcə aylıq şəkildə, balansından cəmi 3,5 AZN ödəməklə abunəçi nəhəng kitabxanaya daxil olan istənilən əsəri oxuya bilər. Göründüyü kimi, bu xidmət üçün aylıq abunə haqqı bir kitabın qiymətindən belə çox ucuzdur. Digər vacib məqam isə ondan ibarətdir ki, burada oxucular yalnız xarici ədəbiyyat deyil, azərbaycanlı müəlliflərin əsərləri ilə də tanış ola bilərlər. Xidmətin ən mühüm üstünlüklərindən biri - Bookmate kitabxanasında məşğul olmaq üçün daimi internetə ehtiyacın olmamasıdır. Çünki yüklənən kitabı istənilən vaxt, istənilən yerdə, məsələn, metroda və təyyarədə oxumaq mümkündür. Həmçinin, əlinizin altında hansı cihazın– telefon, planşet və ya kompüter olmasının fərqi yoxdur. Çünki kitab cihaza yox, sizin şəxsi kitabxananıza əlavə edilir.

Bookmate daxilində abunəçilərə ilk dəfə olaraq Azərbaycan, eləcə də, Rus, İngilis və Türk dillərindəki kitablar təqdim edilir. Yarım milyonluq kitabxanada ən çox satılan, ən çox oxunan, ən yaxşı satılan, ən məşhur klassik və müasir əsərləri və digər nümunələri əldə etmək mümkündür.

Qeyd edək ki, Bookmate Android, iOS əməliyyat sistemləri üzərindən işləyir. Bundan əlavə, www.bookmate.com saytına da daxil olmaqla abunəçilər kitabları oxuya və ya öz mobil cihazlarına əlavə edə bilərlər.

Xidmət haqqında ətraflı məlumat və qoşulma qaydalarını www.azercell.com/bookmate səhifəsindən əldə etmək mümkündür.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников