Azərbaycanda kişi məzun necə “tibb bacısı” oldu – AÇIQLAMA + FOTO

Azərbaycanda kişi məzun necə “tibb bacısı” oldu – AÇIQLAMA + FOTO




















Səhiyyə Nazirliyi məsələyə rəsmi münasibət bildirib

Sosial şəbəkələrdə Lənkəran Tibb Kolleci tərəfindən Anar Quluzadə adlı məzuna verilən diplomun fotosu müzakirələrə səbəb olub.

Məsələ burasındadır ki, diplomda kişi məzuna “tibb bacısı” ixtisasının verildiyi yazılıb.

Bir çoxlarının fotoya münasibəti birmənalı olmayıb. Hətta fotonu məsxərəyə qoyub, gülüş obyektinə çeviriblər. Nəzərinizə çatdıraq ki, qonşu Rusiyada “medsestra” ilə yanaşı, “medbrat” ixtisası da var. Bəs Azərbaycanda belə bir ixtisas var?

Yoxsa “tibb bacısı” ixtisasına ancaq xanımlar yiyələnə bilər?

Səhiyyə Nazirliyi məsələyə rəsmi münasibət bildirib.

Mətbuat xidmətinin rəhbəri Liya Bayramova Modern.az saytının sorğusuna cavab olaraq bildirib ki, Azərbaycanda “tibb qardaşı” ixtisası mövcuddur:

“Nazirlər Kabinetinin “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi haqqında qərarına əsasən, hazırda “tibb bacısı işi” üzrə orta ixtisas təhsili verilir. Səhiyyə müəssisələrində isə “tibb qardaşı” vəzifəsi mövcuddur”.

Azərbaycanda kişi məzun necə “tibb bacısı” oldu – AÇIQLAMA + FOTOБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər