Mark Zükerberqin SİRRİ AÇILDI: -Milyonları şok edən foto

Mark Zükerberqin SİRRİ AÇILDI: -Milyonları şok edən foto












“Facebook”un qurucusu Mark Zükerberq “Instagram”ın 500 milyon istifadəçi sayına çatması münasibətilə ofisdəki öz masasında çəkilmiş fotonu paylaşıb.
İlk baxışda fotoda heç bir qeyri-adilik nəzərə çarpmır. Ancaq daha diqqətli baxanda bu foto Markın böyük bir sirrini açır. Məlum olur ki, Mark kompüterinin kamera və mikrofon girişini qara lentlə bantlayıb.

Mütəxəssislər bildirirlər ki, bu haker şantajlarına qarşı alınan tədbirdir. Hakerlərin kompüterlərin kamera və mikrofonlarını ələ keçirərək insanları izləyib dinləyə bildikləri illərdir ki, bilinir. Guya “Mac” kompüterlərində kamera qeydə almağa başlayanda aktiv olan kiçik bir lampa var. Ancaq 2013-cü ildə FBİ (ABŞ-ın Federal Təhqiqatlar Mərkəzi) bu lampanı aktiv hala salmadan kameraları uzaqdan idarə etməyin mümkün olduğunu açıqlayıb. Hətta FBİ müdiri Ceyms Komi konferansların birində “kompüterimin, telefonumun kamerasına lent yapışdırıram. Çünki məndən daha ağıllı birinin bunu etdiyini görmüşəm”, – deyib.

Bir çox insan fikirləşir ki, “mən terrorçu və ya təhlükəli qatil deyiləm. FBİ məni neynir ki?”. Ancaq bu yanaşma düz deyil. Çünki eyni üsulla hakerlər sizin haqqınızda bir çox məlumat və görüntü əldə edə bilərlər. Ən qorxulusu isə bu məlumatlarla sizi şantaj edə bilərlər.

Xatırladaq ki, 2014-cü ildə “Facebook” telefonların mikrofonu sayəsində istifadəçilərin gündəlik danışıqlarını dinlədiklərini, onların sevimli musiqilərini, televiziya verilişlərini müəyyənləşdirə bildiklərini etiraf etmişdi. Deyilənə görə, “Facebook” bu məlumatları reklam şirkətlərinə satır.
Markın bütün bu qalmaqalları təkrar gündəmə gətirən fotosunu təqdim edir:
Publika.az


Mark Zükerberqin SİRRİ AÇILDI: -Milyonları şok edən fotoБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər