Nəcəf Kazımovun atdığı addımlar təqdirəlayiqdir

Nəcəf Kazımovun atdığı addımlar təqdirəlayiqdir


Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Qubadlı rayon Maliyyə şöbəsinin müdiri Nəcəf Kazımovdur.

Qubadlı rayon Maliyyə şöbəsinin müdiri Nəcəf Kazımovun indiyə kimi əldə etdiyi uğurlar təkcə onun deyil, bütövlükdə xalqımızın, dövlətimizin uğurları hesab olunur. Faktdır ki, bu günün özü də bir tarixdir. Ona görə də hər bir vəzifə sahibi, iş adamı, yaxud da digər peşə sahibi olan hər kəs öz xalqı, dövləti üçün vicdanla, ləyaqətlə çalışarsa, özündə cəmləşdirdiyi potensialını bu yöndə səfərbər edərsə, deməli o halda həmin şəxsin adı bugünkü tariximizə yazılacaq. Hətta, illər keçsə də, həmin şəxs lazım olduğu qiymətini alacaq və doğma xalqının sevgi hissini qazanmağı da bacaracaq. Faktdır ki, Nəcəf Kazımov da atdığı addımlarına görə belə şəxslərdən biri hesab olunur. Ümumiyyətlə, bu şəxsin ləyaqətli vətəndaş mövqeyi bu gün olduğu kimi, gələcəkdə də xalqı tərəfindən lazımınca dəyərləndiriləcək. Bütün bunlar gəlişi xoş sözlər deyil, əsl həqiqətlərdir.

Qubadlı rayon Maliyyə şöbəsinin müdiri Nəcəf Kazımov - “Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız tarixinin ən şanlı səhifələrini yazır. Qazax rayonunun Ermənistanın işğalı altında dörd kəndinin dinc yolla, qan tökülmədən geri qaytarılması da növbəti zəfərimizdir”.

44 günlük Vətən müharibəsindən başlayaraq bu il aprelin 19-na kimi qət edilən yolu hansısa bir dövrün uğurları ilə müqayisə etmək mümkün deyil. Azərbaycan tarixində heç vaxt indiki qədər güclü olmayıb. Bu reallığı şərtləndirən amillər mövcuddur. Azərbaycan dövləti son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük tarixi uğurlara imza atıb. Ölkəmizin başçısı Azərbaycanı güclü dövlətə çevirib, ərazi bütövlüyünü və suverenliyini bərpa edib, torpaqlarımızı kənd-kənd, şəhər-şəhər geri qaytarıb. Bu proseslər Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması, ölkəmizin ərazisində heç bir xarici qüvvənin olmaması ilə tamamlanır.

Prezident İlham Əliyev dəmir iradəsi sayəsində Azərbaycanın taleyi ilə bağlı qurulan bütün kənar mənfi ssenariləri alt-üst etdi. Bu gün hamı bu iradə ilə hesablaşır. Prezident İlham Əliyev Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaradıb. Hazırda Azərbaycan Cənubi Qafqazın güclü və lider dövlətidir. Azərbaycan və Ermənistanın sərhədlərin delimatisiyası üzrə hazırkı razılıq isə sülhə doğru mühüm addımdır.

Əldə olunmuş razılıq delimitasiya istiqamətində atılan ilk addımdır. Növbəti mərhələlərdə görüləcək işlərlə bağlı isə yeni görüşlər planlaşdırılır. İlkin mərhələdə qeyri-anklav kəndlərin məsələsinin həllinin ön plana çıxarılması ölkəmizin bu məsələdəki açıq mövqeyinə bir daha işıq salmış oldu. Əvvəlki görüşlərdə qarşı tərəfin bəzi hallarda qeyri-adekvat mövqe sərgiləməsinə baxmayaraq, ölkəmiz qəti şəkildə birmənalı yanaşmasını ortaya qoymuş oldu. Azərbaycan öz torpaqlarını güzəştə getməyəcəyini və sona qədər bu məsələnin həllinə nail olacağını bütün təmaslar zamanı dilə gətirdi. Ölkəmizin məsələyə baxışı tam şəkildə beynəlxalq hüquqa əsaslanır - bu mənada, Ermənistanın razılığa gəlməkdən başqa hər hansı bir şansı yox idi.
Nəcəf Kazımovun atdığı addımlar təqdirəlayiqdir

“Bütövlükdə, Ermənistan ilə Azərbaycanın bu məsələdə razılığa gəlməsi bir reallığı növbəti dəfə təsdiqlədi. Bölgənin sabitliyinə təhdid yaratmağa çalışan qüvvələrin apardıqları yalan təbliğat bütün detalları ilə ifşa olundu. Azərbaycanın guya Ermənistana hücum etməyə hazırlaşması, Ermənistan ərazisində hərbi hədəflərin olmasına dair Fransa və digər Qərb dövlətlərinin təbliğatı növbəti dəfə iflasa uğradı. Azərbaycan artıq uzun müddət idi ki, həm bütün dünyaya, həm də qarşı tərəfə izah edirdi ki, tərəflər arasında sülh prosesində kənar vasitəçilərə ehtiyac yoxdur. Problemləri Azərbaycan və Ermənistan birbaşa dialoq yolu ilə həll edə bilər. Halbuki, ABŞ, Aİ kimi vasitəçilik adı altında prosesə müdaxilə etmək istəyənlər məqsədlərinə nail olmadı. Bu ilin fevralında andiçmə mərasimindəki çıxışında Prezident İlham Əliyev vurğulamışdı ki, artıq proses iki dövlət arasında həll edilməlidir. Delimitasiya komissiyalarının görüşü, əldə olunan razılıq, gəlinən qənaət isə bir daha onu təsdiq edir ki, Ermənistan və Azərbaycan birgə qarşılıqlı anlaşma şəraitində ortaq məxrəcə gəlib məsələni həll etmək iqtidarındadırlar. Qərb dairələri isə korporativ maraqlar ilə prosesə müdaxilə etmək istəyənlər isə yalnız maneə və ziyan vura bilər. Bu fakt onu göstərir ki, bəzi Qərb dövlətləri nə qədər prosesdən kənar dayansalar, Cənubi Qafqazda sülh və əmin-amanlıq o qədər tez təmin olunacaq. Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə əldə etdiyi razılıq isə sülh yolunda tarixi addımdır. Tərəflər birbaşa dialoq vasitəsilə qısa zamanda sülh sazişi imzalaya bilər. Bu məqsədə çatmaq üçün Ermənistan üçüncü qüvvələrin diqtəsi ilə hərəkət etməməlidir”.
Nəcəf Kazımovun atdığı addımlar təqdirəlayiqdir
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər