Vasif İmanov: Cəsur, mərd oğullar yetişdirən ölkə heç vaxt yenilməz

Vasif İmanov: Cəsur, mərd oğullar yetişdirən ölkə heç vaxt yenilməz


Gəncliyə böyük ümidlər bəsləyən, Azərbaycanın gələcəyinin gənclərin əlində olduğunu vurğulayan Ümummilli Lider sağlam düşüncəli gəncliyin Vətənin gələcəyinə sahib çıxa bilməsindən ötrü onlara diqqət və qayğını heç bir zaman əsirgəmirdi. Tarixin yeni mərhələlərində dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə inamının, ümidinin tam təsdiqini tapdığının şahidi olduq. Bu fikirləri Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanov bildirib.

Gənc nəslin vətənpərvərlik, dövlətə sədaqət ruhunda yetişdirilməsində Heydər Əliyevin irsi əvəzolunmazdır. Ulu Öndərin böyük uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti 2003-cü ildən Azərbaycan Prezidenti İlham Əliyevin bu sahədə apardığı ardıcıl, məqsədyönlü işlə yeni bir yüksəliş mərhələsinə qədəm qoydu. Prezident İlham Əliyev fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda çıxışı zamanı da müstəqil ölkəmizin gənclərinin bu gün cəmiyyətimizin, Vətənimizin, həyatında çox önəmli rol oynadığını xüsusi olaraq vurğulayıb və onların üzərinə düşən məsul vəzifələri xatırladıb: “Azərbaycan gəncləri azad ölkədə yaşayır, sabitlik olan ölkədə yaşayır, özünə güvənən ölkədə yaşayır. Azərbaycan gənci haqlı olaraq fəxr edir ki, bu ölkənin vətəndaşıdır. Gənclər öz gələcək həyatını düzgün müəyyən etmək üçün və dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar”.

44 günlük Vətən müharibəsində tarixi qələbə, böyük zəfər göstərdi ki, müstəqillik dövründə Azərbaycanda dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar gənc nəsil yetişib. Dövlət Başçısı Vətən müharibəsində gənclərin həlledici rolunu xüsusi olaraq qeyd edərək bildirib: “Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqı minnətdardır. Müharibə zamanı gənclərin rolu həlledici olmuşdur. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticələri necə ola bilərdi”.

Azərbaycan gəncliyi xalqın milli maraqlarının pozulmasına heç zaman yol verməz, canları-qanları bahasına da olsa, Azərbaycanın adının, bayrağının ucalarda olmasını təmin edirlər. Vətən müharibəsinin ilk günlərində Ali Baş Komandanın, Prezidentin səfərbərlik çağırışına mərdliklə cavab verən on minlərlə Azərbaycanın igid oğulları canları, qanları ilə tarix yazdılar. Göstərdilər ki, belə övladları olan, cəsur, mərd qəhrəmanlar yetişdirən ölkə heç vaxt yenilməz, düşmənə baş əyməz.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər