Zakir Hüseynov: Son illər Azərbaycan təhsili özünün yeni inkişaf mərhələsinə qədəm qoyub

Zakir Hüseynov: Son illər Azərbaycan təhsili özünün yeni inkişaf mərhələsinə qədəm qoyub


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının uğurlu və uzaqgörən siyasəti sayəsində ölkəmizin sürətli iqtisadi tərəqqisinin nəticəsi olaraq ümumi təhsil müəssisələrində əlverişli təlim-tərbiyə şəraitinin yaradılmasına xidmət edən maddi-texniki bazanın yenidən qurulması, müasir tədris avadanlığı və informasiya-kommunikasiya texnologiyaları ilə təminat sahəsində genişmiqyaslı işlərin görülməsi bugünümüzün danılmaz həqiqətidir.

Təhsilimizin inkişafında Heydər Əliyev fondunun, xüsusən onun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri sayəsində “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, digər layihə və proqramlar həyata keçirilmişdir ki, bu da özünü Gəncə şəhərinin təhsil sahəsində də bariz göstərmiş, cəmiyyətdə geniş əks-səda doğurmuşdur.

Son illər Azərbaycan təhsili özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bütün sahələrdə olduğu kimi təhsildə də davamlı islahatlar aparılır, nəticədə onun keyfiyyəti yüksəlir və yeni-yeni uğurlar əldə edilir. Balakən rayonunda təhsil yüksələn xətt üzrə inkişaf edir, rayon təhsil şöbəsi və onun tabeliyində olan təhsil müəssisələri gənc nəslin təlim-tərbiyəsi və kamil şəxsiyyət kimi formalaşması sahəsində uğurlu nəticələr əldə etmək üçün səylə çalışırlar.


Azərbaycanda hal-hazırda minlərlə xəbər saytları, portallar, informasiya agentlikləri fəaliyyət göstərir.

Bunların məqsədi ölkədə və ölkə xaricində baş verənləri ictimaiyyətə çatdırmaqdır. Lakin bütün xəbər saytları, onların təsisçiləri və əməkdaşları heç də bu məqsədə xidmət etmir. Bəziləri öz şəxsi maraqlarını hər şeydən üstün tuturlar. Bu məqsədə çatmaq üçün tənqidlə təhqiri bilərəkdən qarışdırıb, vəzifəli şəxslərin işgüzar nüfuzuna xələl gətirirlər. Təbii ki, hamı pul qazanmaq, evini çörəklə təmin etmək istəyir. Amma kimsə şər-böhtan, şantaj və təhqir yolu ilə harama gedirsə, bu uzun çəkmir. Bunları elə-belə yazmadım. Bəzi “jurnalistlər” var ki, qapı-qapı düşüb dövlət idarələrində məmurları şantaj edərək pul dilənməklə məşğul olurlar. Belə olan halda peşəsini və dövlətini sevən əsil jurnalistlər isə normal fəaliyyət göstərə bilmirlər.

Gəncə şəhər Təhsil Şöbəsinin müdiri Zakir Hüseynov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli peşəyə yiyələnən Zakir Hüseynov bu işin müqəddəsliyini qoruyub saxlayır. Zakir Hüseynov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Zakir Hüseynovdan danışdılar yaxşı ki, Zakir Hüseynov Gəncə şəhər Təhsil Şöbəsinin müdiri təyin olunub… Zakir Hüseynov öz isguzarlığı ilə tanınır və seçilir….

Zakir Hüseynov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Zakir Hüseynovu heç vaxt əqidəsindən döndərə bilməz.

Zakir Hüseynov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Zakir Hüseynov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Zakir Hüseynov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Zakir Hüseynovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Zakir Hüseynov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Zakir Hüseynov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Gəncə şəhər Təhsil Şöbəsinin müdiri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Gəncə şəhər Təhsil Şöbəsinə gəldiyi gündən Zakir Hüseynov vəzifəsini daşıdığı rayon təhsil şöbəsində görülən işlərin siyahısına nəzər salanda isə həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Ona etibar edilən bütün postlarda Zakir Hüseynov özünü doğruldub. Bizdə hörmətli Zakir Hüseynovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Zakir Hüseynov: Son illər Azərbaycan təhsili özünün yeni inkişaf mərhələsinə qədəm qoyubZakir Hüseynov: Son illər Azərbaycan təhsili özünün yeni inkişaf mərhələsinə qədəm qoyubБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər