Ruslan Hacıyev: Qalib Azərbaycan sözünün imzası qədər dəyərli olduğunu hər addımı ilə təsdiqləyir

Ruslan Hacıyev: Qalib Azərbaycan sözünün imzası qədər dəyərli olduğunu hər addımı ilə təsdiqləyir


Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Quba rayonu Maliyyə İdarəsinin rəisi Ruslan Hacıyevdir.

Quba rayonu Maliyyə İdarəsinin rəisi Ruslan Hacıyev - “Bu gün Azərbaycanın harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandıran uğurlarından, söz sahibliyindən, qalib ölkə olaraq diktə edən tərəf olmasından bəhs edirik. Bütün bu uğurların təməlində düşünülmüş və gələcəyə hesablanmış siyasət dayanır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində Onun layiqli davamçısı Prezident İlham Əliyev son 20 ildən artıq dövrdə Azərbaycanı zirvələrə ucaldır. Artıq bu arzumuz, amalımız gerçəkdir- İşğal altında olan torpaqlarımız azad olunub, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edilib, dünya gücləri Azərbaycanla hesablaşır və yaratdığı reallıqları qəbul edirlər. Aprelin 5-də Brüsseldə keçirilən ABŞ, Avropa İttifaqı və Ermənistan arasında üçtərəfli görüş bir sıra məqamlara işıq saldı. Görüşdən öncə bu tədbirin təşkilatçıları olan ABŞ Dövlət katibi Antoni Blinkenin və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin cənab İlham Əliyevə telefon zəngləri, məsələyə aydınlıq gətirmələri dövlətimizin başçısının nüfuzunun, söz sahibliyinin nümayişi oldu. Tarixi Zəfəri ilə yeni reallıqlar yaradan Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinə dəstək özünü aydın şəkildə göstərir. Prezident İlham Əliyev bu görüşün Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracağını bildirdi. Görüşdən yaranan qənaət budur ki, Emənistan üçün təhlükəsizlik modeli Azərbaycanın təklif etdiyi sülh modeli idi. Bu təhlükəsizliyin Qərbdə axtarılması Ermənistan üçün böyük problemlər yaradacaq. Qərbin Cənubi Qafqazda status kvonu dəyişmək planının müzakirə olunduğu 5 aprel görüşü region dövlətləri tərəfindən narazılıqla qarşılandı. Prezident İlham Əliyevin Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə görüşündə də bu görüş geniş müzakirə edildi. Dövlətimizin başçısı bu gün Azərbaycan-Türkiyə birliyinin daha da güclənməsinin önəmini qeyd edərək vurğuladı ki, hazırda dünyada, o cümlədən Cənubi Qafqazda proseslər çox təhlükəli istiqamətdə gedir və bununla bağlı Azərbaycan haqlı olaraq öz narahatlığını ifadə edir. Belə ki, Cənubi Qafqaz üçün cızılan plan gələcəkdə böyük fəlakətə gətirə bilər.”
Ruslan Hacıyev: Qalib Azərbaycan sözünün imzası qədər dəyərli olduğunu hər addımı ilə təsdiqləyir


Azərbaycanın xarici siyasət uğurları, bu əsasda türk dünyasının birliyinə xidmət edən addımları beynəlxalq səviyyədə təqdir edilir: “Sözügedən görüşdə də cənab İlham Əliyevin 7 fevral tarixində keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində türk dünyasının birliyi ilə bağlı səsləndirdiyi fikirlər xüsusi qeyd olundu. Andiçmə mərasimində “Bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq” söyləyən dövlət başçısı İlham Əliyev belə bir reallığı da xüsusi vurğuladı ki, bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik.”
Ruslan Hacıyev: Qalib Azərbaycan sözünün imzası qədər dəyərli olduğunu hər addımı ilə təsdiqləyir


Ölkəmizin türk dünyasının birliyinə yönələn addımları davamlılığı ilə diqqət çəkir: “Cənab İlham Əliyevin Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artması istiqamətində atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Azərbaycan hər zaman bu birliyin qorunmasında, daha da möhkəmləndirilməsində maraqlıdır. Mövlud Çavuşoğlu həmin görüşdə “Siz dünyada önəmli bir lidersiniz və Sizin Türk dünyasının güclənməsi istiqamətində atdığınız addımlar bütün Türk dünyasına bəllidir” fikirləri ilə cənab İlham Əliyevin türk dünyasının birliyində rolunu, liderliyini xüsusi vurğuladı. Dövlət başçısı İlham Əliyev geosiyasi vəziyyətin dəyişdiyini önə çəkərək belə bir şəraitdə Azərbaycan-Türkiyə birliyinin hər zaman olduğu kimi, bu gün də güclü olmasının vacibliyini qeyd etdi və bu birliyi pozmaq istəyənlərin arzularının puç olacağına əminliyini bildirdi.”

Ruslan Hacıyev iki dost, qardaş ölkənin möhkəm təmələ söykənən əlaqələrindən və onların fonunda bu gün qazandıqları uğurlardan, daim biri-birinin yanında olmaqla dünyaya əsl qardaşlıq nümunəsini təqdim etmələrindən, tarixi Zəfərimizdən sonra bu dostluğun, qardaşlığın müttəfiqlik səviyyəsinə yüksəlməsindən bəhs edərək Azərbaycan-Türkiyə birliyinin, həmrəyliyinin regionda sabitliyin, təhlükəsizliyin qarantı olduğunu xüsusi vurğulayıb.
Ruslan Hacıyev: Qalib Azərbaycan sözünün imzası qədər dəyərli olduğunu hər addımı ilə təsdiqləyir


Ruslan Hacıyev cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurlarından, türk dünyasının birliyinə, dünyaya ünvanladığı sülh, təhlükəsizlik, əməkdaşlıq çağırışlarından danışarkən bu reallıqların təməlinin məhz Ümummilli Lider Heydər Əliyevin 2003-cü ildə xalqa tarixi müraciəti ilə qoyulduğunu bildirib: “2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev Heydər Əliyev siyasətinə sadiqliyini atdığı addımları, Azərbaycanı ən yüksək zirvələrə qaldırması ilə təsdiqləyir. Bugünümüzün reallıqları 11 aprel 2018-ci ildə keçirilən prezident seçkilərində cənab İlham Əliyevin qələbəsindən sonra andiçmə mərasimində səsləndirdiyi hədəfləri yada salmağa çağırış edir. Dövlətimizin başçısı belə bir əminliyi ifadə etmişdir ki, istədiyimizə nail olacağıq. Qarabağ münaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Azərbaycan heç vaxt imkan verməz ki, ərazimizdə ikinci qondarma erməni dövləti yaradılsın. Cənab İlham Əliyev bu seçkilərdən altı ilə yaxın dövr keçdikdən sonra böyük əminliklə bu reallığı qeyd etdi ki, bütün vədlər yerinə yetirildi. 2018-2024-cü illərin uğurları yeni dövrün başlanğıcı kimi dəyərləndirilən 7 fevral növbədənkənar prezident seçkilərinin keçirilməsini şərtləndirdi. Cənab İlham Əliyevin inamlı qələbəsi ilə Azərbaycan yeni reallıqların fonunda uğurlarının davamlığını təmin edir. Bir daha sübut olunur ki, ölkəmizin sözü imzası qədər dəyərlidir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, güclü Azərbaycan həmişə hədəfimiz olub. Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik.”
Ruslan Hacıyev: Qalib Azərbaycan sözünün imzası qədər dəyərli olduğunu hər addımı ilə təsdiqləyir
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər