Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Boyat kəndində keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Boyat kəndində keçirilib


Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Rafil Hüseynovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Rafil Hüseynov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun 2023-ci il üçün növbəti səyyar qəbulu Boyat kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Görüşdə çıxış edən icra başçısı R. Hüseynov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı və kompleks tədbirlərdən söhbət açıb. O, bildirib ki, ölkəmizin inkişafı, əhalinin sosial problemlərinin həlli, onların həyat səviyyəsinin yüksəldilməsi hər zaman diqqətdə saxlanılan məslələrdir. Qeyd olunub ki, yerlərdə keçirilən səyyar qəbulların məqsədi də vətəndaşların qaldırdıqları məsələlərin operativ həllinə nail olmaqdır.

Sonra ayrı-ayrı sahələri əhatə edən problemlər dinlənilib. Sakinlər içməli və suvarma suyunun qıtlığı, artezian quyularının bərpa olunması, işlə təmin olunma və bu kimi digər problemləri diqqətə çatdırıblar.

Görüşdə vətəndaşların müraciətləri diqqətlə dinlənildikdən sonra qaldırılan məsələlərin bir çoxunun həlli ilə bağlı rayon rəhbəri tərəfindən tapşırıqlar verilib, digərlərinin isə araşdırılaraq qanunamüvafiq formada həlli üçün aidiyyatı qurumlara müraciət olunacağı bildirilib.


Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Boyat kəndində keçirilib
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Boyat kəndində keçirilib
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Boyat kəndində keçirilib
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Boyat kəndində keçirilib
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər