Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Əmirvar kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib

 Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Əmirvar kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib


Aprelin 20-də Əmirvar kəndində keçirilən vətəndaşların səyyar qəbulunda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Əhəd Abıyev giriş nitqində Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə regionların inkişafı istiqamətində dövlət proqramlarının uğurla həyata keçirildiyini, sakinləri narahat edən problemlərin həll edildiyini, yaxın gələcəkdə təbii ehtiyatlarla zəngin dağ-mədən rayonu Daşkəsənin inkişaf etmiş pilot bir rayona çevriləcəyini bildirib.
Rayon rəhbəri çıxışında Əmirvar kəndində son illər görülən işlərə toxunub. O qeyd edib ki, ötən dövrlərdə 80 şagird yerlik Əmirvar-Əhmədli kənd ümumi orta məktəbi müasir formada yenidən tikilib, 360 şagird yerlik Əmirvar kənd H.Qasımov adına tam orta məktəb əsaslı təmir edilib. 24,5 km uzunluğu olan Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolu yenidən qurulub. Ərazidə 2 yeni avtomobil körpüsü və zəruri nöqtələrdə 40 ədəd yeni suötürücü dəmir-beton boruları inşa edilib. Əhalinin məşğulluğunun təmin edilməsi üçün müxtəlif tədbirlər görülüb, təlimlər keçirilib. Həmçinin kəndin turizm potensialı təbliğ olunub. Turistlərin qəbulu məqsədilə sakinlərə məxsus 10 ev seçilərək təmir edilib. Kənd ərazisində turizm obyektlərinə gedən yollarda göstərici lövhələr quraşdırılıb.
Əhəd Abıyevin çıxışından sonra kənd sakinlərinin müraciətləri dinlənilib.
Müraciətlər kəndə internetin verilməsi, qaz xəttinin çəkilməsi, işlə təmin olunma və digər şəxsi məsələlər barəsində olub.
Əhəd Abıyev sakinləri narahat edən müxtəlif məsələlərə aydınlıq gətirib və müraciətlərin həll edilməsi üçün əlaqədar qurum və təşkilatların rəhbərlərinə tapşırıqlarını verib. Müraciətlərin bir qismi yerində həll edilib, bir qismi də nəzarətə götürülüb.
Əmirvar kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən qəbullara, göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi
və humanitar məsələlər şöbəsinin müdir müavini


 Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Əmirvar kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Əmirvar kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Əmirvar kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Əmirvar kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Əmirvar kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçiribБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər