Sabirabad rayon icra hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Cavad kəndində keçirilmişdir

Sabirabad rayon icra hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Cavad kəndində keçirilmişdir


Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov rayonun Cavad kənd sakinləri ilə səyyar görüş-qəbul keçirmişdir.

Görüş-qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.

Rayon icra hakimiyyətinin başçısı çıxış edərək kənd sakinlərini salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, həmin işlərin fonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bölgəyə göstərdiyi xüsusi diqqət və qayğıdan, eləcə də Sabirabad rayonunda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışmışdır.

Sonra kənd sakinləri şəhid atası Fuad Abbasov, Taleh Nuriyev, Sərhəd Məmmədov, Rafiq Hüseynov və başqaları çıxış edərək onları narahat edən sosial məsələlərin həlli ilə bağlı təkliflər irəli sürmüşlər.

Kənd sakinləri görüş-qəbul zamanı Cavad-Narlıq kəndlərarası avtomobil yolunun əsaslı təmir olunmasına, qəbul məsələləri, əkin sahələrinin su ilə təminatının yaxşılaşdırılmasına və digər məsələlərin həllinə köməklik göstərilməsini xahiş etmişlər.

Görüşdə rayon icra hakimiyyətinin başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərlə bağlı rayonun əlaqədar təşkilatlarının rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.


Sabirabad rayon icra hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Cavad kəndində keçirilmişdirSabirabad rayon icra hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Cavad kəndində keçirilmişdirSabirabad rayon icra hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Cavad kəndində keçirilmişdirБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər