Səlim Müslümovun İmişlidəki adamı nazirləri və prokuroru saymır: intiharlar başlayıb…

Səlim Müslümovun İmişlidəki adamı nazirləri və prokuroru saymır: intiharlar başlayıb…












Ağdam rayon köçkünü, hal-hazırda İmişli şəhəri Əli Məmmədov Küçəsi 31 saylı evdə yaşayan, Qarabağ Müharibə iştirakçısı və II qurup əlil Əliyev Yusif Əvəz oğlu Heydər Əliyev fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Səlim Müslümova, Müdafiə naziri Zakir Həsənova müraciət edib. Bir surəti cumhuriyyet.az-aın elektron poçtuna göndərilən müraciətdə vətəndaş İmişli rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin rəisi Nofəl Atakişiyevin məmur özbaşınalığından, onu və ailəsini süründürməçiliyə salmasından, rəis təyin olunandan sonra bu ailəyə sosial ünvanlı yardımını dayandırmasından şikayət edir.
Öz məktubunda Ə.Məmmədov hətta rayon prokuroruna da şikayət etdiyini bildirir: “İmişli rayon prokuroru Pənah müəllimə şifahi şikayət etdim, bir dövlət rəsmisi və insan kimi Nofəl Atakişiyevə zəng etdi: Əliyev Yusifə yardım düşürmü? Prokurora cavab verdi ki, bəli düşür. Prokuror N.Atakişiyevə dedi ki, Əliyev Yusif əlil adamdır, qəlpəsini ayağından təzə çıxarıblar, bizim borcumuzdur ki, həm qaçqınlığına, həm əlilliyinə, təmənnasız olaraq millət, xalq, torpağ uğrunda vuruşduğuna görə ona köməklik edək”.
Ə.Məmmədovun cumhuriyyet.az-a ünvanladığı məktubdan belə aydın olur ki, İmişli ƏSMM rəisi Nofəl Atakişiyev rayon prokurorunun zəngindən də nəticə çıxarmayıb: “Mən prokurorluğdan çıxıb N.Atakişiyevin qəbuluna getdim. Mənə dedi ki, prokurorun yanına niyə getmisən, prokuror mənə nə qayıracaq? Dedim ki, Mehriban xanıma və nazirlərimizə müraciət edəcəyəm. Hədə ilə bildirdi ki, nazirlərə demirsən, get kimə istəyirsən şikayət et, nazirlik mənə hər ay 10 nəfərə ailəyə sosial yardım verir, sənə verə bilmərəm.
Yenidən prokurorun qəbuluna getdim. Prokuror telefonda ona əsəbiləşdi: “On nəfərə verirlərsə, birinci bu ailəyə ver, prokurorluğun qarşısındadır, gəlin aparın kömək edin”. Nofal Atakişiyev bu dəfə məni hədələdi: “Yuxarılara məlumat verəcəyəm ki, prokuror mənə təzyiq göstərir” – dedi. Sonralar elekton sistem ortaya çıxdı. Əllərinə bəhanə düşdü ki, torpağınız var, gedin, əkin becərin. Elektron sistemi elə həmin an mənə imtina verdi. Öyrəndim ki, N.Atakişiyev və müfəttişləri elektron sistemi də özləri idarə edirlər. Bu dəfə isə İmişlidə yerləşən qaçqınkom Aslan müəllim özü gedib, N.Atakişiyevdən xahiş etdi: “Kasıb imkansız adamdır, Yusifə kömək elə”.
Bundan başqa Ə.Məmmədov ona qarşı haqsızlıq edən məmurun çoxşaxəli “arxa-dayağından”da bəhs edir. O, cumhuriyyet.az-a ünvanladığı məktubda yazır: “N.Atakişiyevin əmisi Məmi Atakişiyev 70 yaşlı qoca İmişli RİH-nin şəhər meridir, əmisi, oğlu Kamil Atakişiyev isə prezidentin mühafizə xidmətindədir, ona görə də, ağsaqqal, qadın bilmir, hamıya hədə gəlir. Müharibədə sağlamlığımı itirmişəm, 2 məktəbli övlad atasıyam, mənə bu arxalı məmurun həqarəti, aşağı təbəqəyə həqarəti deyilmi? Müharibə iştirakçısı kimi and içirəm ki, bir nəfər də olsun imkansız ailə, onun və müfəttişlərinin şərtlərini yerinə yetirməyən ailə sosial yardım almayıb, Mən və ailəm əvvəlki rəislərin vaxtında yardım ala bildim. Amma Səlim Müslümovun arxalı rəisi, mənim çörəyimi dolanışığımı, havamı kəsdi. Odur ki, sizdən xahiş edirəm mənim və ailəmin vəziyyətini nəzərə alıb, əvvəlki rəis Könül Cavadovanın təyin etdiyi yardımın bərpa olunmasına göstəriş verəsiniz. Həyat yoldaşım, İmişli qızıdır, Nurlu kəndindəndir pay torpağı isə aralıda olduğu üçün istifadə edə bilmirik. Qız vaxtı ailələrinə düşən pay torpağıdır ki, biz qətiyyən istifadə eyməyə imkansızıq. Axı, əlil adam kimi pay torpağında nə qazana bilərəm. Acizanə surətdə kömək etməyinizə inanıram!”.
Bildirək ki, biz də öz növbəmizdə İmişli Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin rəisi Nofəl Atakişiyev haqda müəyyən araşdırmalar apardıq. Bildirək ki, cumhuriyyet.az olaraq media üzərindən araşdırmalarımız sayəsində əldə etdiyimiz faktlar ilgincdir. Belə ki, mediada yer alan məlumata görə, Nofəl Atakişiyevin direktoru olduğu İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində yaşanan neqativ halları qeyd edən mənbənin sözlərinə görə, icra başçısının himayəsinə arxalanan direktor rəhbərlik etdiyi qurumda özbaşınalıqları pik həddə çatdırıb: «Deyilənlərə görə, vəziyyət o qədər acınacaqlıdır ki, İmişli Rayon İcra Hakimiyyətində keçirilən qəbullarda ən çox İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi və onun direktoru Nofəl Atakişiyevin fəaliyyətindən şikayət edilir. Lakin buna baxmayaraq, Vilyam Hacıyev hələ də onun əməllərini görməzdən gəlir. Çünki Nofəl Atakişiyevin məhz icra başçısının himayəsində olduğu bildirilir. Onu da nəzərinizə çatdırım ki, İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru işini etibarlı tutmaq üçün bəzi məsələləri inspektor Taryel Rüstəmova həvalə edib. Odur ki, bu gün Taryel Rüstəmovun icazəsi olmadan bir nəfər ünvanlı sosial yardım ala bilməz. Lakin bu icazəni almağın özü də ayrıca bir müsibətdir. Ona görə ki, iki il müddətinə ünvanlı sosial yardım almaq üçün bu şəxslərə 800-1000 manat civarında pul verməlisən ki, sənədlər keçirilsin. Məsələnin maraqlı tərəfi ondadır ki, Vilyam Hacıyevin dəstəyinə güvənən Nofəl Atakişiyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tələblərinə belə məhəl qoymur».
N.Atakişiyev və onun rəhbərlik etdiyi İmişli rayon ƏSMM ilə bağlı cumhuriyyet.az olaraq media üzərindən araşdırmalarımızda razt gəldiyimiz digər bir məqam intihar olayları ilə bağlıdır: Təxminən, 3 ay bundan öncə Elvin adlı İmişli rayon sakininin Nofəl Atakişiyevin direktoru olduğu mərkəzin binasına daxil olaraq, əlindəki benzini üzərinə və otağa tökərək özünü yandırmağa cəhd göstərdiyini deyən mənbə bildirir ki, bu vaxt üzərinə benzin tökülən İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inspektoru Taryel Rüstəmov və mərkəzin əməkdaşları Elvin adlı şəxsi yerə yıxaraq, kibriti yandırmağa imkan verməyiblər: «Deyilənlərə görə, vətəndaşın belə bir addım atmasıba səbəb icra başçısı Vilyam Hacıyevin yaxın adamı kimi xarakterizə olunan Nofəl Atakişiyevin rəhbərlik etdiyi mərkəzin əməkdaşlarının ondan ünvanlı sosial yardım alması müqabilində 800 manat pul istənilməsi olub. Həmin hadisədən 2-3 gün sonra isə bunabənzər digər hadisə baş verib. Belə ki, rayon sakini Əbülfət Xəmmədov tökülən İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində ondan ünvanlı sosial yardım alması müqabilində 1000 manat pul istədiklərindən öz canına qıyıb. Deyilənlərə görə, o, kəsici alətlə damarlarını doğramaq istəyib. Hətta buna nail də olub. Lakin yaxınlıqdakı insanların müdaxiləsi sayəsində onu vaxtında xəstəxanaya aparmaq mümkün olub. Gördüyünüz kimi, bu boyda həngamənin olmasına baxmayaraq, rayon rəhbərliyi, konkret olaraq icra başçısı Vilyam Hacıyev hələ bir dəfə də olsun Nofəl Atakişiyevi əməllərindən çəkindirməyə çalışmayıb, ümumiyyətlə ona irad tutmayıb. Kim bilir, bəlkə də onlar bəzi məsələlərdə ortaq mövqedən çıxış etdiklərindən icra başçısı mərkəz direktorunun əməllərini görməzdən gəlir, Nofəl Atakişiyevin fəaliyyətilə bağlı edilən şikayətlərə əhəmiyyət vermir».
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər