Ramin Qasımov: Xəstəxanada vətəndaşlara ən yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür zəruri şərait yaradılıbdır

Ramin Qasımov: Xəstəxanada vətəndaşlara ən yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür zəruri şərait yaradılıbdır


Azərbaycan səhiyyəsinin günü-gündən inkişaf etməsi göz qabağındadır. Səhiyyənin və eləcə də bütünlükdə tibb ocaqlarının tərəqqi və inkişaf etməsi haqqında danışdıqda, ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi sərəncam və fərmanların nə qədər böyük əhəmiyyət daşıdığını görürürük. Bu sərəncam və fərmanlar nəticəsində dünya standartlarına cavab verən klinika və xəstəxanalrı, ambulator və poliklinikaları, qospital və tibb məntəqələrini göz önünə gətirmək kifayətdir.
Belə ki, yeni tikilən tibb ocaqları ilə bərabər həm də yüksək səviyyədə təmir və bərpa olunmuş xəstəxanalar bu gün öz vətəndaşlarına xidmət göstərirlər. Ölkəmizdəki onlarla səhiyyə və tibb ocaqlarında fəaliyyət göstərən həkimlərin böyük bir hissəsi, dünyanın ən qabaqcıl universitet və akademiyalarında təhsillərini almış mütəxəssislərdir. Bu mütəxəssislərin əksəriyyəti təhsillərini başa vurduqdn sonra ölkəmizə qayıdaraq xalqımıza xidmət etməkdədirlər.

Bu gün biz inamla deyə bilərik ki, ölkəmizdə onlarla, bəlkə də yüzlərlə savadlı, bacarıqlı, yüksək ixtisaslı həkimlərimiz vardır. Hətta, xarıcı dövlətlərdən belə müayinə olunmaq üçün Azərbaycana gələrək bizim həkimlərimizə müraciət edən yüzlərlə vətəndaşlar vardır. Belə tibb ocaqlarından biri də Salyan Mərkəzi Rayon Xəstəxanasıdır. Yuxarıda qeyd etdiyim kimi yüksək ixtisaslı həkim və tibbi əməkdaşların çalışdığı bu tibb ocağanda xəstələrə xidmət göstərilməsi üçün hər cür şərait vardır.
Yüksək standartlara cavab verən bu xəstəxana geniş quruculuq və abadlıq işləri görülmüşdür. Xəstəxanada vətəndaşlara ən yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür zəruri şərait yaradılıbdır.
Salyan Mərkəzi Rayon Xəstəxanasında bir çox şöbələr fəaliyyət göstərir.

Mən sağlamlığım üçün əhəmiyyət kəsb edən bu xəstəxanada həkim və tibbi heyətin həm peşəkarlığını, həm təcrübəli olmalarını, eyni zamanda da xəstələrə göstərdikləri diqqət və qayğını görüb, bu haqda yazmağı qərara aldım. Çünki, bu gün hər kəs sağlamlığını bacarıqlı həkimlərə etibar etməyə üstünlük verir. Bu nöqteyi-nəzərdən belə həkimlərin tanınması vacibdir. İlk olaraq Salyan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramin Qasımov haqqında oxucularıma məlumat vermək istəyirəm.

Salyan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramin Qasımov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Ramin Qasımov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Salyan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramin Qasımova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Salyan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramin Qasımov - Bu günün reallıqları ondan ibarətdir ki, Azərbaycan müstəqil bir dövlət olaraq beynəlxalq hüququn qayda və prinsiplərinə sadiqdir. Eyni zamanda ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan tarazlı siyasət həyata keçirir.

Azərbaycan ilə Türkiyə arasında strateji müttəfiqlik, tərəfdaşlıq sağlam dostluq və qardaşlıq münasibətləri üzərində qurulmuşdur. Məhz bu sağlam və sarsılmaz dosluq, qardaşlıq münasibətlərinin məntiqi nəticəsi kimi 15 iyun 2021-ci il tarixdə Şuşa şəhərində tarixi Şuşa Bəyannaməsi imzalandı.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi hər iki ölkənin sarsılmaz dosluq və qardaşlıq münasibətlərinin mühüm əhəmiyyət kəsb etdiyini özündə ehtifa etmişdir.

Cəbrayılda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən təkbətək görüşdən sonra mətbuata bəyanatla çıxış edən ölkə Prezidenti İlham Əliyev bildirdirmişdir ki, bu gün biz bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyini görürük. Bəli, bu gün iki dost, qardaş ölkə arasında olan qarşlıqlı münasibətlər yüksək səviyyədədir və bu sarsılmaz münasibətlər regionda yeni reallıqların yaranmasına zəmin yaradıb. Belə ki, bu gün Cənubi Qafqazda Türkiyə və Azərbaycan əsas regional aktora çevrilmişdir.

Qeyd etmək lazımdır ki, Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı bir daha iki qardaş ölkənin münasibətlərinin sarsılmaz olduğunu bütün dünyaya nümayiş etdirmiş oldu.

Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimindən sonra Cəbrayıl şəhərində dövlət başçılarının mətbuata verdikləri birgə bəyanat zamanı Prezident İlham Əliyev bildirdi ki, Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır. Ölkəmizin inamlı Qələbəsinə diqqət çəkən Prezident İlham Əliyev iki il öncə Zəngilan azad olunduqdan bir neçə gün sonra Qubadlının erməni işğalından azad edildiyini və Azərbaycan Ordusunun bir qruplaşmasının Laçın, digər qruplaşmasının isə Şuşaya istiqamətləndiyini xatırlatdı. Noyabrın 8-də alınmaz qala sayılan Şuşa erməni işğalından azad edilib, Azərbaycan Bayrağı qaldırılıb və ondan sonra Ermənistan təslim olub. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bu şanlı tarixi Azərbaycan və Türkiyənin müştərək tarixi olduğunu qeyd edib. Qardaş Türkiyənin ölkəmizə siyasi və mənəvi dəstəyi savaşın son gününə qədər davam etdi. Türkiyə-Azərbaycan birliyi bu gün isə bərpa edilən Qarabağ və Zəngəzurda yenə də görünür. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər