Kabus Dadaşov: Azərbaycan səhiyyəsinin yeni uğurları

Kabus Dadaşov: Azərbaycan səhiyyəsinin yeni uğurları









Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir.
Səhiyyə sektorunda davamlı və kompleks islahatların həyata keçirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev hələ illər öncə hakimiyyətə gələrkən səhiyyə bölməsində uzunmüddətli dinamik inkişafa səbəb olan islahatların dərin təməllərini yaradıb. Ulu öndər hakimiyyətinin bütün mərhələlərində səhiyyə sisteminin inkişafına xüsusi diqqət və qayğı göstərib. Bunun nəticəsində Azərbaycan səhiyyəsi bütün xidmət növlərinin keyfiyyət göstəricilərinə görə bu gün bir çox respublikalardan irəlidə dayanıb.

Son illər Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin səhiyyənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət isə bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olub. Tibb sektoru yeni inkişaf mərhələsinə qədəm qoyub. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu istiqamətdə gerçəkləşən siyasətin əsas prioritetlərini təşkil edir. Tibb müəssisələrinin təmir və bərpası, ən modern avadanlıqlarla təmin olunması, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchiz olunması, müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, uşaqların bütün növ tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində islahatların ana xəttini təşkil edir.
Səhiyyə müəssisələrinin tikintisi, əsaslı təmiri və yenidənqurması sahəsində yola saldığımız 2015-ci ildə də böyük işlər həyata keçirilib.

Son illərdə əldə edilmiş dinamik inkişaf ölkə üzrə göstəriciərinin ən vacibi olan demoqrafik və tibbi statistik göstəriciərinin yaxşılaşması üçün güclü zəmin yaratmışdır. Belə ki, 2015-ci ildə doğum göstəricisi əhalinin hər 1000 nəfərinə 18,3, ölüm isə 5,8 təşkil etmişdir. Təbii artım 12,5 olmuşdur ki, bu da Avropa ölkələri arasında ən yüksək göstərici olaraq qalmaqdadır. Səhiyyəyə ayrılan büdcə vəsaiti son 5 ildə 2 dəfədən çox artırılmışdır. Bu da səhiyyə müəssisələrində çoxsaylı tikinti və yenidənqurma işlərinin aparılmasına və onların ən yüksək səviyyədə təchizatına imkan vermişdir. Təkcə bu il ərzində 66 səhiyyə müəssisəsində təmir-tikinti işləri aparılmışdır. Bunlardan 18-i Bakı şəhərində, 48-i isə regionlarda yerləşən səhiyyə müəssisələridir. Sevindirici haldır ki, Bakı Sağımlıq Mərkəzinin, İsmayıllı rayon Mərkəzi Xəstəxanasının açılışında ənənəvi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəxsən iştirak etmişdir.

Bütün bunlar 2015-ci ilin səhiyyəmiz üçün uğurlu keçdiyini deməyə əsas verir. Azərbaycan səhiyyəsi inamlı addımlarla irəliyə doğru gedir. Bu sahədə qazanılan uğurlar gələcəkdə daha böyük nailiyyətlər əldə etmək üçün ruhlandırır.


Azərbaycan Respublikası Neyro-Cərrahiyə Xəstəxanasının baş həkimi Kabus Dadaşov
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər