Çingiz İbadullayev: Azərbaycan səhiyyəsində tətbiq olunan yeniliklər vətəndaşalrın sağlamlığının qorunmasında mühüm rol oynayır

 Çingiz İbadullayev: Azərbaycan səhiyyəsində tətbiq olunan yeniliklər vətəndaşalrın sağlamlığının qorunmasında mühüm rol oynayır











Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir.

İnsan amili, onun layiq olduğu səviyyədə yaşamasının təmin edilməsi respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatların mühüm tərkib hissələrindən biridir. Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və uzunmüddətli dövrə, uğurlu strategiyaya əsaslanan bu alternativsiz inkişaf yolu cari ildə də müvəffəqiyyətlə davam etdirilmiş, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində davamlı sosial-iqtisadi yüksəlişə nail olunmuşdur. Bu gün ölkəmizdə olan sabitlik bütün sahələrlə yanaşı, səhiyyənin də hərtərəfli inkişafını təmin edir. Tikilən və yaxud yenidən qurulan xəstəxanalar, həkim ambulatoriyaları, feldşer-mama məntəqələri, bu səhiyyə ocaqlarının maddi-texniki bazalarının möhkəmləndirilməsi, səhiyyə sahəsində aparılan islahatlar nəticəsində yeni strukturlu müalicə müəssisələrinin yaradılması əhalinin sağlamlığının qorunması işində əsaslı dönüş yaratmışdır. Səhiyyə sisteminin yeni dövrün tələblərinə uyğunlaşdırılması, əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibb infrastrukturunun yaradılması respublikada cari ildə də uğurla davam etdirilən genişmiqyaslı quruculuq işləri sırasında mühüm yer tutur.

Səhiyyə müəssisələrinin tikintisi, əsaslı təmiri və yenidənqurması sahəsində yola saldığımız 2017-cı ildə də böyük işlər həyata keçirilib.

Son illərdə əldə edilmiş dinamik inkişaf ölkə üzrə göstəriciərinin ən vacibi olan demoqrafik və tibbi statistik göstəriciərinin yaxşılaşması üçün güclü zəmin yaratmışdır.

12 nömrəli poliklinikanın baş həkimi Çingiz İbadullayev deyir ki, bu gün Azərbaycan səhiyyəsində tətbiq olunan yeniliklər vətəndaşalrın sağlamlığının qorunmasında mühüm rol oynayır. Onun sözlərinə görə, istər maddi texniki bazanın yaxşılaşdırılması, istərsə də səhiyyə sahəsi üzrə yüksək ixtisaslı kadrların hazırlanması ümumi işə töhfə veririr. Rəhbərlik etdiyi müəssisə barəsində danışan Çingiz doktor deyir ki, əvvəllər burada xəstələrə, onların ailə üzvlərinə, sakinlərə nümunəvi xidmət göstərmək üçün lazımi şəraitin olmaması kollektivi ciddi narahat edirdi.

12 nömrəli poliklinikada xəstələrlə olan isti münasibəti, Poliklinikada hər cür tibbi avadanlıqların olması bu müəssisə barəsində xoş təəssurat yaradır. Həkimlər deyir ki, Çingiz İbadullayev poliklinikaya baş həkim təyin edildikdən sonra burada təmir işləri aparılıb, əhaliyə yüksək səviyyədə xidmət göstərmək üçün Poliklinikada hər cür şərait yaradılıb. Köhnə tibbi aparatlar yeniləri ilə əvəz olunub. Sağlam mühit yaradılıb. Müəssisəyə müraciət edən xəstələr burda xoş təəsuratla ayrılırlar.

Bu gün Azərbaycanın Prezidenti cənab İlham Əliyev böyük siyasətçi Heydər Əliyevin qurduğu dövləti daha da möhkəmləndirir, inkişaf etdirir. Biz fəxr edirik ki, böyük öndərin ideyalarını həyata keçirməyi qarşısına əsas məqsəd qoymuş hər bir azərbaycanlı ulu öndərimiz Heydər Əliyevin əməllərinin təntənəsini görür. Biz bu böyük əməllərin sahibini heç vaxt unutmayacağıq, onu həyat davam etdikcə yaşadacağıq.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər