Təranə Quliyeva: Şağan reabilitasiya pansionatında xəstələrə xidmət göstərilməsi üçün hər cür şərait vardır

Təranə Quliyeva: Şağan reabilitasiya pansionatında xəstələrə xidmət göstərilməsi üçün hər cür şərait vardır


Şağan reabilitasiya pansionatının baş həkimi Təranə Quliyeva - Azərbaycan səhiyyəsinin günü-gündən inkişaf etməsi göz qabağındadır. Səhiyyənin və eləcə də bütünlükdə tibb ocaqlarının tərəqqi və inkişaf etməsi haqqında danışdıqda, ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi sərəncam və fərmanların nə qədər böyük əhəmiyyət daşıdığını görürürük. Bu sərəncam və fərmanlar nəticəsində dünya standartlarına cavab verən klinika və xəstəxanalrı, ambulator və poliklinikaları, qospital və tibb məntəqələrini göz önünə gətirmək kifayətdir.
Belə ki, yeni tikilən tibb ocaqları ilə bərabər həm də yüksək səviyyədə təmir və bərpa olunmuş xəstəxanalar bu gün öz vətəndaşlarına xidmət göstərirlər. Ölkəmizdəki onlarla səhiyyə və tibb ocaqlarında fəaliyyət göstərən həkimlərin böyük bir hissəsi, dünyanın ən qabaqcıl universitet və akademiyalarında təhsillərini almış mütəxəssislərdir. Bu mütəxəssislərin əksəriyyəti təhsillərini başa vurduqdn sonra ölkəmizə qayıdaraq xalqımıza xidmət etməkdədirlər.

Bu gün biz inamla deyə bilərik ki, ölkəmizdə onlarla, bəlkə də yüzlərlə savadlı, bacarıqlı, yüksək ixtisaslı həkimlərimiz vardır. Hətta, xarıcı dövlətlərdən belə müayinə olunmaq üçün Azərbaycana gələrək bizim həkimlərimizə müraciət edən yüzlərlə vətəndaşlar vardır. Belə tibb ocaqlarından biri də Şağan reabilitasiya pansionatıdır. Yuxarıda qeyd etdiyim kimi yüksək ixtisaslı həkim və tibbi əməkdaşların çalışdığı bu tibb ocağanda xəstələrə xidmət göstərilməsi üçün hər cür şərait vardır.

Əlillərə bərpa müalicəsi xidməti göstərilməsi üçün nəzərdə tutulan 240 çarpayılıq müəssisə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiya qərərlarını, əmr və sərancamlarını, digər normativ-hüquqi aktları, həmçinin pansionatın Əsasnaməsini rəhbər tutut.

Pansionatın məqsədi əlillərə bərpa müalicəsi xidməti göstərilməsi yolu ilə onların sosial statusunun bərpa edilməsini və cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Pansionatın əsas vəzifələri və funksiyaları aşağıdakılardır:
tibbi,sosial ,peşə diaqnostikasının və reabilitasiyasının həyata keçirilməsi, xəstəlikləri nəzərə alınmaqla bərpa müalicəsi alanların dietik və rasional qidalanmasının təşkili, bərpa müalicəsi alanların yaşını və sağlamlıqlarını nəzərə almaqla onların mədəni-kütləvi tədbirlərə, müalicə idmanına cəlb edilməsi, gigiyenik vərdişlərin tərbiyə edilməsi, sağlam həyat tərzinin təbliği, bərpa müalicəsi alanların məlumat bankının yaradılması və s.

Pansionat bərpa müalicəsi alanların reabilitasiyasında müasir metodika və texnologiyalardan istifadə edir, öz fəaliyyətinin nəticələrinin ümümiləşdirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi əsasında reabilitasiya metodları hazırlayır və təcrübədə tətbiq edir.


Pansionata rəhbərliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri tərəfindən vəzifəyə təyin və azad olunan Baş həkim həyata keçirir.
Təranə Quliyeva: Şağan reabilitasiya pansionatında xəstələrə xidmət göstərilməsi üçün hər cür şərait vardır
Təranə Quliyeva: Şağan reabilitasiya pansionatında xəstələrə xidmət göstərilməsi üçün hər cür şərait vardır
Təranə Quliyeva: Şağan reabilitasiya pansionatında xəstələrə xidmət göstərilməsi üçün hər cür şərait vardır
Təranə Quliyeva: Şağan reabilitasiya pansionatında xəstələrə xidmət göstərilməsi üçün hər cür şərait vardır
Təranə Quliyeva: Şağan reabilitasiya pansionatında xəstələrə xidmət göstərilməsi üçün hər cür şərait vardır
Təranə Quliyeva: Şağan reabilitasiya pansionatında xəstələrə xidmət göstərilməsi üçün hər cür şərait vardır
Təranə Quliyeva: Şağan reabilitasiya pansionatında xəstələrə xidmət göstərilməsi üçün hər cür şərait vardır
Təranə Quliyeva: Şağan reabilitasiya pansionatında xəstələrə xidmət göstərilməsi üçün hər cür şərait vardır
Təranə Quliyeva: Şağan reabilitasiya pansionatında xəstələrə xidmət göstərilməsi üçün hər cür şərait vardır
Təranə Quliyeva: Şağan reabilitasiya pansionatında xəstələrə xidmət göstərilməsi üçün hər cür şərait vardırБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər