Şəmkir Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL

Şəmkir Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev gənclərlə növbəti görüş keçirib

Şəmkir Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin məsul şəxslərinin, müxtəlif sahələri təmsil edən ictimai fəallığı ilə seçilən gənclərin iştirak etdiyi görüşdə çıxış edən Rəşad Tağıyev Prezident cənab İlham Əliyevin gənclərə olan diqqət və qayğısından, ölkə miqyasında və Şəmkir rayonunda aparılan gəncləşmə siyasətindən, gənclərin daha səmərəli inkişaf etməsi üçün yaradılan şəraitdən danışıb.
Görüş çərçivəsində icra başçısı gənclərlə Şəmkir rayonunda 2022-ci ilədə görüləcək işlər, qarşıya qoyulan məqsədlərlə bağlı müzakirələr aparıb.
Bildirib ki, qarşıya qoyulmuş məqsədlər əvvəlcədən tərtib olunmuş İş Planına uyğun şəkildə aparılır. Bu işlərin bir parçası da rayonda yaşayan gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların rayonumuzun ictimai-siyasi həyatında fəal iştirak etməsinin təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi və digər məsələlərlə bağlıdır.
Rəşad Tağıyev qeyd edib ki, planlı şəkildə görüləcək bu işlərdə gənclər də fəal olmalıdır.
Daha sonra gənclər açıq mikrofon vasitəsilə icra başçısına öz istək və təkliflərini bildiriblər. Görülən və görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb, yaxın gələcəkdə nəzərdə tutulan layihələrlə bağlı müzakirələr edilib.
Gənclər adından çıxış edənlər onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər. Görülən tədbirlərin nəticəsində bu gün hər bir yaradıcı, istedadlı və savadlı gənclər üçün hər bir şərait yaradıldığını qeyd ediblər.
Sonda icra başçısı bu kimi görüşlərin mütəmadi keçiriləcəyini və rayonun bütün fəal gənclərinin bu müzakirələrə qoşulacağını xüsusi vurğulayıb.

Şəmkir Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLŞəmkir Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLŞəmkir Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLŞəmkir Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLŞəmkir Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLŞəmkir Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLŞəmkir Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLŞəmkir Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLŞəmkir Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Şəmkir Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Şəmkir RİH başçısının növbəti qəbulu keçirildi

Şəmkir Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə növbəti dəfə rayon sakinlərini qəbul edib, müraciətlərini dinləyib.
Qəbul zamanı şəhid ailələri, qazilərin müraciətləri növbədənkənar dinlənilib, digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.
Sakinlər tərəfindən edilən müraciətlər fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, məşğulluq, eləcə də digər sosial müdafiə məsələləri ilə bağlı olub.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərdən icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində bəzi problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlərin hər birini ayrılıqda dinləyən icra başçısı qaldırdıqları bütün məsələlərin həlli üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb və aidiyyəti şəxslərə sakinlərin qaldırdıqları problemlərə operativ yanaşılmasının vacib olduğunu bildirilib

Şəmkir Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLŞəmkir Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLŞəmkir Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Şəmkir Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Bu dəfə Dəllər Cəyir sakinləri ilə səyyar qəbul keçirildi

Şəmkir Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bu dəfə Dəllər Cəyir kəndində sakinlərlə görüşüb.
İcra başçısı görüşdən öncə kəndin Vətən müharibəsi şəhidi Rövşən Mədətovun məzarını və kəndin şəhidləri üçün inşa olunmuş Abidə-bulaq kompleksini ziyarət edib.
Sakinlərlə görüşdə rayon rəhbəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində xalqımızın qazandığı şanlı Zəfərdən danışıb, bildirib ki, müharibə şəraitindən çıxmış bir dövlət olmağımıza baxmayaraq, dövlət başçısının hərtərəfli qayğısı sayəsində ölkəmizin hər yerində olduğu kimi Şəmkir rayonunda da aparılan abadlıq və yenidənqurma işləri davam etdirilir.
Rəşad Tağıyev Dəllər Cəyir kəndi də daxil olmaqla bütün rayon ərazisində sakinlərimizi narahat etdən ən xırda problemlərdən də məlumatlı olduğunu, bu istiqamətdə aidiyyəti dövlət təşkilatları ilə birlikdə əvvəlcədən tərtib olunmuş İş Planına uyğun məqsədyönlü tədbirlərin görüldüyünü görüş iştirakçılarının diqqətinə çatdırıb.
İcra başçısı bildirib ki, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində zamanla bütün problemlər aradan qaldırılacaq və əhalinin sosial rifahına yönəlmiş tədbirlər Şəmkir rayonunda bundan sonra da davam etdiriləcək, vətəndaşlarımızı narahat edən ən kiçik problem belə diqqətdən kənarda qalmayacaq.
Daha sonra vətəndaşların müraciətləri, istək və təklifləri dinlənilib, sakinlərlə kəndin ümumi problemləri müzakirə olunub.
Görüşdə iştirak edən kənd ağsaqqalları və gənclər göstərilən diqqət və qayğıya, problemlərə göstərilən həssas münasibətə görə Prezident Cənab İlham Əliyevə minnətdarlıqlarını çatdırıblar.
Qeyd edək ki, RİH başçısının rayonun kənd və qəsəbələrində səyyar görüşləri davam edir və bütün yaşayış məntəqələrində sakinlərlə yerində görüş keçiriləcəkdir.

Şəmkir Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLŞəmkir Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLŞəmkir Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLŞəmkir Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLŞəmkir Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLŞəmkir Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLŞəmkir Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər