Nizami Rayonunda tədbirlər silsiləsi davam edir - ÖZƏL

Nizami Rayonunda tədbirlər silsiləsi davam edir - ÖZƏL













Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov rayon sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirib

272 №-li tam orta məktəbdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Babək prospekti 85, 85a, B.Nuriyev küçəsi 16, 16a, Q.Qarayev prospekti 120 ünvanlarında yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirib.

Görüşdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.

Görüşdə rayon sakinlərinin rəy və təklifləri, müraciət və şikayətləri rayon rəhbərliyi tərəfindən dinlənilib, vətəndaşlara müvafiq izahatlar verilib.

Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan digər məsələlər isə qanunvericiliyə uyğun, operativ həlli üçün qeydiyyata götürülərək, əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Nizami Rayonunda tədbirlər silsiləsi davam edir - ÖZƏL

Nizami Rayonunda tədbirlər silsiləsi davam edir - ÖZƏL

Nizami Rayonunda tədbirlər silsiləsi davam edir - ÖZƏL

Nizami Rayonunda tədbirlər silsiləsi davam edir - ÖZƏL

Nizami Rayonunda tədbirlər silsiləsi davam edir - ÖZƏL

Nizami rayonunda narkomanlığa qarşı mübarizə çərçivəsində növbəti tədbir keçirilib

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Nizami rayon komissiyasının 2018-ci ilin iş planına uyğun olaraq Rayon Polis İdarəsi ilə birgə dekabr ayının 14-də 220 №-li məktəb-liseydə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə “Zərərli vərdişlər və onların törətdiyi fəsadlar” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, komissiyanın məsul katibi Bəhman Hüseynov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin baş metodisti Tahirə Qədimova, Nizami Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin baş inspektoru, polis kapitanı Pərvanə Əzizova, 24-cü Polis şöbəsinin rəisi, polis polkovnik leytenantı Cövdət Məmmədov və 220 №-li məktəb-liseyin direktoru Lətifə Əzimova çıxış edərək, yeniyetmə-gəncləri zərərli vərdişlərdən uzaq olmağa çağırıb, onlara dəyərli tövsiyələrini veriblər.

Çıxışlarda qeyd olunub ki, gənc nəslin sağlam ruhda böyümələri, zərərli vərdişlərdən birdəfəlik uzaq durmaları istiqamətində yerlərdə, xüsusilə də tədris müəssisələrində maarifləndirmə tədbirlərinin keçirilməsinin böyük əhəmiyyəti var və bu sahədə işlərin intensivliyi daha da artırılmalıdır.

Tədbirin sonunda şağirdlərin sualları cavablandırılıb, onları narahat edən bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, habelə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının narkomanlıq və onun fəsadlarından, habelə insan səhhətinə vurduğu sağalmaz yaralardan bəhs edən video-çarxı nümayiş olunub.

Nizami Rayonunda tədbirlər silsiləsi davam edir - ÖZƏL

Nizami Rayonunda tədbirlər silsiləsi davam edir - ÖZƏL
Nizami Rayonunda tədbirlər silsiləsi davam edir - ÖZƏLNizami Rayonunda tədbirlər silsiləsi davam edir - ÖZƏL


Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun Keşlə qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü keçirilib

Nizami Rayonunda tədbirlər silsiləsi davam edir - ÖZƏL

201 №-li tam orta məktəbdə Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən Keşlə qəsəbəsi, Zakir küçəsi 2-29, Yenikənd küçəsi 2-24, Ə.Əzimzadə küçəsi 2-23, A.Mirzəyev küçəsi 1-74, T.Bədəlov küçəsi 2-38, I Köndələn küçəsi 5-23 ünvanlarda yaşayan sakinlərlə səyyar qəbul-görüş keçirilib.

Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və Keşlə qəsəbə sakinləri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq mütəmadi olaraq yerlərdə səyyar qəbul və görüşlər keçirildiyini bildirib və belə görüşlərin əhalini narahat edən problemlərin yerindəcə öyrənilməsi və operativ həll edilməsi məqsədi daşıdığını qeyd edib.

Eyni zamanda, A.Qasımov Nizami rayonunda, o cümlədən Keşlə qəsəbəsində aparılan abadlıq və yenidənqurma işlərindən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Səyyar qəbulda vətəndaşlar su, qaz və işıq təchizatının yaxşılaşdırılması, kanalizasiya xəttinin çəkilməsi, küçə işıqlarının bərpa edilməsi və digər sosial problemlərlə bağlı icra başçısına müraciət ediblər.

Sakinlər tərəfindən səsləndirilən rəy, təklif və problemlər dinlənilib, onlara müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli üçün rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.


Nizami Rayonunda tədbirlər silsiləsi davam edir - ÖZƏLNizami Rayonunda tədbirlər silsiləsi davam edir - ÖZƏLNizami Rayonunda tədbirlər silsiləsi davam edir - ÖZƏLNizami Rayonunda tədbirlər silsiləsi davam edir - ÖZƏLБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər