Cəlilabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL

Cəlilabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


5 İyun- Su təsərrüfatı və meliorasiya işçiləri günüdür

Cəlilabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Peşə bayramları münasibətilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov meliorasiya və su təsərrüfatı işçilərinin bir qrupu ilə görüşmüşdür.

Görüşdə Rafiq Cəlilov çıxış edərək ilk öncə meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı münasibəti ilə təbrik etmiş, işlərində onlara uğurlar arzu etmişdir. RİH başçısı qeyd etmişdir ki, Azərbaycanda meliorasiya təsərrüfatının əsaslı inkişafı böyük Heydər Əliyevin adı ilə bağlıdır. Son illər ölkə iqtisadiyyatının bütün sahələri kimi kənd təsərrüfatı da özünün keyfiyyətcə yeni yüksəliş mərhələsinə qədəm qoyub. Əkin dövriyyəsi genişlənib, məhsuldarlıq yüksəlib, sahəyə xidmət edən qurumlarla işgüzar, səmərəli əlaqələr formalaşıb. Bu baxımdan meliorasiya və su təsərrüfatı işçilərinin əkinçilərə göstərdikləri köməyin əhəmiyyəti və miqyası ildən-ilə artmağa başlayıb.

Xalqımızın ümummilli lideri Heydər Əliyev ideyalarının ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi su təsərrüfatı sektorunda da böyük uğurlar qazanılmışdır. Əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə də genişmiqyaslı işlər görülmüş, təxirəsalınmaz layihələr həyata keçirilmişdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin su təsərrüfatı və meliorasiya işçilərinin təltif edilməsi haqqında imzaladığı sərəncamına əsasən Cəlilabad rayon suvarma sistemləri idarəsinin baş mühəndisi Həsənov Arif Daxıl oğlu 3-cü dərəcəli “Əmək” ordeni ilə təlfit edilmişdir.

Çıxış edənlər Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində su təsərrüfatı və meliorasiya sahəsinin ilbəil inkişafından, müasirləşməsindən danışmış, fəaliyyətlərinə verilmiş yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə etmişlər.

Sonra fəaliyyətlərində fərqlənən bir qrup işçi fəxri fərmanlarla təltif olunmuşdur.

Cəlilabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLCəlilabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLCəlilabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLCəlilabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLCəlilabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLCəlilabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLCəlilabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLCəlilabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Cəlilabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Rafiq Cəlilov Mişarçay su anbarında və Hamarqışlaq kəndindəki su bəndində aparılan təmir-bərpa işləri ilə yerində tanış olmuşdur

Cəlilabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Cəlilabad rayonunda 2022-ci ilin yay suvarma mövsümününə mütəşəkkil hazırlıq işləri aparılır. Qeyd edək ki, 2021-ci ildə havaların quraq keçməsinə baxmayaraq sudan düzgün istifadə olunması və itkilərin minimuma endirilməsi nəticəsində yaz suvarma mövsümü uğurla başa çatıb. Hal-hazırda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun göstərişinə əsasən əlaqədar qurumlar tərəfindən var gücü ilə çalışılır ki, yay suvarma mövsümündə fermerlər su problemi ilə üzləşməsinlər.

Bu məqsədlə 02 iyun 2022-ci il tarixdə Rafiq Cəlilov Mişarçay su anbarında və Hamarqışlaq kəndindəki su bəndində aparılan təmir-bərpa işləri ilə yerində tanış olmuş, işlərin keyfiyyətli aparılması barədə tapşırıq və tövsiyələrini vermişdir.

Cəlilabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLCəlilabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLCəlilabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLCəlilabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLCəlilabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLCəlilabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLCəlilabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLCəlilabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLCəlilabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Cəlilabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Cəlilabadda arpa biçininə başlanılıb

Cəlilabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm əhəmiyyət kəsb edir. Taxılçılıq əhalinin çörək və un məmulatına tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatının ödənilməsində mühüm rol oynayır. Odur ki, taxılçılığın inkişafı daim dövlətimizin diqqət mərkəzindədir. Məhz bu məqsədlə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə taxılçılığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlər görülür. Ölkə rəhbərinin qayğısı sayəsində bu sahənin inkişafı ilə bağlı dövlət tərəfindən torpaq mülkiyyətçilərinə verilən əlavə subsidiyalar, aparılan tədbirlər, yeni torpaq sahələrinin dövriyyəyə qatılması ölkədə taxılçılığın ilbəil genişlənməsi istiqamətində atılan uğurlu addımlardır.

Cəlilabad rayonunun malik olduğu aqrar potensial bölgədə qida emalı müəssisələrinin yaradılmasını, eləcə də istehsalçı-emalçı-istehlakçı münasibətlərinin formalaşmasına əsaslı dəlillər yaradır. Məhz bu məqsədlə bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, başçının birinci müavini Qalib Xudaverdiyev və Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Kərimovla birlikdə taxıl sahələrində aparılan məhsul yığımı ilə yaxından tanış olub.

Rafiq Cəlilov təsərrüfat subyektləri ilə görüşərkən, onların problemləri ilə maraqlanmış və taxılçılıq sahəsinin inkişafı ilə bağlı dövlət tərəfindən həyata keçirilən dəstək proqramlarından bəhs etmişdir. Rayon rəhbəri hazırda həyata keçirilən taxıl biçini prosesində məhsulun itkisiz toplanması üçün kombaynların son vəziyyəti ilə maraqlanıb və biçinin vaxtında başa çatması məqsədilə taxıl sahələrinə əlavə kombaynların cəlb edilməsi ilə bağlı tapşırıqlar verib.

Cəlilabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLCəlilabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLCəlilabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLCəlilabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLCəlilabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLCəlilabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLCəlilabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLCəlilabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLCəlilabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər