Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini Məmmədsadıq Quliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır

Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini Məmmədsadıq  Quliyev  peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır










İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. “Əməkdar Mühəndis” Məmmədsadıq Quliyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini, “Əməkdar Mühəndis” Məmmədsadıq Quliyevdir.

1950-ci ildə Ağdam rayonunda anadan olmuşdur.

• 1974-cü ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir.

• 1974 - 1982-ci illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin su ehtiyatlarının mühafizəsi, istifadəsi, uçotu şöbəsində mühəndis, suvarma sistemləri idarəsində böyük mühəndis, «Azərbaşmeliosutikinti»nin Tikilməkdə olan Meliorativ Obyektlərin Müdiriyyətində baş mütəxəssis, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı nazirinin köməkçisi, Əməyin təşkili, əmək haqqı və kadrlar şöbəsində rəis əvəzi, Su anbarlarının istismarı idarəsinin rəisi vəzifələrində işləmişdir.

• 1982 - 1989-cu illərdə Azərbaycan Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsində su təsərrüfatı və kənd tikinti şöbəsində təlimatçı işləmişdir.

• 1989 - 1998-ci illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyində və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsində su ehtiyatları və sudan pullu istifadəyə nəzarət idarəsinin rəisi vəzifələrində çalışmışdır.

• 1998 - 2006-cı illərdə Dünya Bankının krediti ilə həyata keçirilən Azərbaycanda Suvarma- Drenaj İnfrastrukturunun bərpası və yenidənqurulması layihəsinin həyata keçirilməsi üzrə İşçi Qrupunun rəhbəri olmuşdur.

• 2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavinidir.

• Meliorasiya və su təsərrüfatının inkişafı sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar mühəndis" fəxri adına layiq görülmüşdür.

• 2018-ci ildə «III dərəcəli Əmək ordeni» ilə təltif edilmişdir



Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini Məmmədsadıq Quliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli peşəyə yiyələnən Məmmədsadıq Quliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Məmmədsadıq Quliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Məmmədsadıq Quliyev öz isguzarlığı ilə tanınır və seçilir….

Məmmədsadıq Quliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Məmmədsadıq Quliyevi heç vaxt əqidəsindən döndərə bilməz.

Məmmədsadıq Quliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Məmmədsadıq Quliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Məmmədsadıq Quliyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Məmmədsadıq Quliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Məmmədsadıq Quliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Məmmədsadıq Quliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Bizdə hörmətli Məmmədsadıq Quliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər