Kərim Tahirov: Türkiyə-Azərbaycan diplomatik əlaqələri yüksələn xətt üzərindədir

Kərim Tahirov: Türkiyə-Azərbaycan diplomatik əlaqələri yüksələn xətt üzərindədir


Qazaxıstanlı Qonaqlar Azərbaycan Milli Kitabxanasında Olublar

Kərim Tahirov: Türkiyə-Azərbaycan diplomatik əlaqələri yüksələn xətt üzərindədir


Qazaxıstanın Muxtar Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun əməkdaşları filologiya üzrə fəlsəfə doktorları Gülmira Səulembek və Ainur Ahmetova Azərbaycan Milli Kitabxanasında olublar.

Qonaqlar Milli Kitabxananın binası ilə tanış olaraq iş prosesini izləyiblər. Onlara elmi fəaliyyətlərində Azəbaycan ədəbiyyatlarından istifadə etmək məqsədilə Milli Kitabxananın elektron kataloqundan istifadə haqqında ətraflı məlumat verilib. Həmçinin, qonaqlar Milli Kitabxananın fondunda yerləşən Qazax ədəbiyyatı ilə tanış olublar.

Kitabxananın “Nadir kitablar və kitabxana muzeyi” şöbəsində olarkən muzeydə qorunan qədim, unikal və miniatür kitablarla tanışlıq, xüsusən Qazax xalq qəhrəmanlıq dastanı olan, nəfis tərtibatlı “Казактын батырлык жырлары (2011)” adlı nəşr onlarda böyük maraq hissi oyatmışdır.

Beynəlxalq əməkdaşlıq zalının “Qazaxıstan” guşəsində sərgilənən kitablar və zaldakı kompyuterlər vasitəsilə Qazaxıstan Milli Kitabxanasının elektron kataloquna birbaşa daxil olmaq imkanları onlarda böyük təəssüratlar yaradıb.

Sonda Milli Kitabxananın Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılova “Azərbaycan Milli Kitabxanası: fotoalbom” kitabını və “Azərbaycanda yaşayan xalqların ənənəvi musiqisi” adlı CD disk albomunu qonaqlara bağışlayıb.

Qonaqlar bir daha Milli Kitabxanaya gəlmək arzularını bildiriblər.

Milli Kitabxanada “Azərbaycanın UNESCO-Ya Üzv Qəbul Edilməsinin 30 Illiyi” Adlı Virtual Sərgi Onlayn Rejimdə Istifadəçilərə Təqdim Olunub

Kərim Tahirov: Türkiyə-Azərbaycan diplomatik əlaqələri yüksələn xətt üzərindədir


BMT-nin ixtisaslaşmış təşkilatı olan UNESCO dünyanın təhsil, elm, mədəniyyət, informasiya və kommunikasiya sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumudur. Təşkilatın nizamnaməsi 16 noyabr 1945-ci ildə Londonda imzalanmış, 4 noyabr 1946-cı ildə 20 üzv dövlətdən ibarət UNESCO öz rəsmi fəaliyyətinə başlamışdır. O, BMT və onun ixtisaslaşmış qurumları ilə sıx əlaqədədir.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 3 iyun 1992-ci il tarixində UNESCO-ya üzv qəbul edilmişdir. UNESCO- Azərbaycan əlaqələrinin inkişafı ilə bağlı - Ulu Öndər Heydər Əliyev mühüm addım ataraq 1993-cü ilin dekabr ayında Fransa Respublikasında rəsmi səfərdə olarkən UNESCO-nun baş direktoru Federiko Mayorla görüşmüşdür. Tərəflər öz aralarında əməkdaşlığın genişlənməsi məsələsini və onun sonrakı inkişafının perspektiv planlarını müzakirə etmişdilər. UNESCO-nun nizamnaməsinə görə, üzv-dövlət təhsil, elm və mədəniyyətlə məşğul olan qurumların fəaliyyətini UNESCO-nun işi ilə əlaqələndirmək üçün ilk növbədə, Milli Komissiya yaratmaq yolu ilə müvafiq tədbirlər həyata keçirməlidir. Ona görə də, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması üçün lazımi addımlar atılmış və Ulu Öndər Heydər Əliyev bununla bağlı 21 fevral 1994-cü il tarixində Sərəncam imzalamışdır.

Bu gün Azərbaycanla UNESCO arasında əlaqələr davamlı şəkildə həyata keçirilir. Bu istiqamətdə Heydər Əliyev Fondunun apardığı məqsədyönlü fəaliyyəti xüsusi qeyd etməliyik. Azərbaycan maddi və mənəvi irsinin UNESCO-nun nadir əsərləri sırasına daxil edilməsi beynəlxalq əməkdaşlığın əsas göstəriciləridir. Belə ki, muğam sənətinin, aşıq sənətinin, Novruz bayramının, İçərişəhərin, tar ifaçılığı sənətinin UNESCO-nun nadir, şah əsərləri sırasına daxil edilməsi Azərbaycanla bu təşkilat arasında olan əməkdaşlığın davamlılığını diqqətə çatdırır. Sözsüz ki, sadaladığımız nadir irsin bu siyahıya daxil edilməsində fondun prezidenti Mehriban Əliyevanın rolu xüsusidir.

Azərbaycanın UNESCO-ya üzv qəbul edilməsinin 30 illiyi münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən eyniadlı virtual sərgi hazırlanıb. Virtual sərgidə fotolar, UNESCO-nun nadir əsərləri sırasına daxil edilən Azərbaycan maddi və mənəvi irsinin nümunələri, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov - 1992-ci il yanvarın 14-də qardaş Türkiyə ilə diplomatik əlaqələrin yaradılması Azərbaycan Respublikasının tarixində əlamətdar hadisə olmuşdur. XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmuş Azərbaycanın ilk olaraq Türkiyə tərəfindən tanınması və sonra da diplomatik münasibətlərin qurulması əsl qardaşlıq və həmrəylik nümunəsi kimi xalqımızın milli yaddaşına əbədi olaraq həkk olunmuşdur. Ötən dövr ərzində Azərbaycan-Türkiyə münasibətləri möhtəşəm inkişaf yolu keçmişdir. Ölkələrimiz tarixi sınaqlardan şərəflə və başıuca çıxaraq “Bir millət iki dövlət” şüarının ruhuna sadiqliyini təsdiq etmiş, onu yaşatmışdır.

Keçən ilin iyununda bütün Türk dünyasının qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanmasını sarsılmaz birliyimizi bir daha təsdiq edən mühüm tarixi addım kimi qiymətləndirən Möhtərəm Prezidentimiz İlham Əliyev qeyd edib ki, bu sənəd Azərbaycan-Türkiyə əlaqələrinin inkişafının konseptual istiqamətlərini müəyyən edərək, gələcək müştərək müvəffəqiyyətlərimizə yol açan yeni mərhələnin əsasını qoyub. Azərbaycan və Türkiyə Prezidentləri mətbuata birgə bəyanatlarla çıxış etdilər. Bu, mətbuata yox, əslində, dünyaya verilən bəyanat idi. Belə ki, Azərbaycan-Türkiyə qardaşlığının Şuşa zirvəsindən verilən mesajları hər kəs eşitdi.

Mayın 14-də Möhtərəm Prezidentimiz İlham Əliyevin Türkiyədə Rizə-Artvin Hava Limanının açılış mərasimində iştirak etməsi Azərbaycanla Türkiyə arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin nə qədər yüksək səviyyədə olduğunu bir daha sübut etdi.

Qardaşlığımızı daha da gücləndirəcək mühüm tədbirlərdən cari ilin 28 may tarixində Müstəqillik Günündə Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalını qeyd etməliyik.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev festivalda çıxış edərək qeyd etdi ki, biz yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birimizin yanındayıq və elə etməliyik və edəcəyik ki, qarşıda ancaq yaxşı günlər olsun. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır. Bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördük. Türkiyə bizim yanımızda idi. Hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi bizə əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaqdır.

“TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında Hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanla bərabər, türk dünyasının böyük oğlu, dünyaşöhrətli alim, Nobel mükafatı laureatı , həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər insan kimi gənclər böyük örnək olan hörmətli Əziz Səncər və “TEKNOFEST”in təşkilatçısı və təşəbbüskarı, gənclər üçün gözəl örnək və nümunə olan Selçuk Bayraktarın da iştirak etməsi bizim üçün fərəhləndirici və olduqca qürürlandırıcı bir abu-hava yaratdı.

Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı bu gün də uğurla davam edir, xalqlarımız arasındakı saf, səmimi və doğma münasibətlər daha da dərinləşərək yeni mərhələyə qədəm qoyur. Bütün bunlar onu göstərir ki, əbədi və əzəli Azərbaycan-Türkiyə birliyi, dostluğu və qardaşlığı sarsılmazdır və daim belə də olacaqdır.Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində Türkiyə Respublikasının, qardaş Türkiyə xalqınının nümayiş etdirdiyi mənəvi dəstəyi, həmrəyliyi heç zaman unutmayacaqdır. Bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcəkdir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər