Milli Kitabxananın direktoru, professor Kərim Tahirov “Azərbaycan Gənclərinə Dəstək Programı” Layihəsini yüksək qiymətləndirmiş və gənclərə kitab hədiyyə etmişdir

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov “Azərbaycan Gənclərinə Dəstək Programı” Layihəsini yüksək qiymətləndirmiş və gənclərə kitab hədiyyə etmişdir


Milli Kitabxana Beynəlxalq Avrasiya Mətbuat Fondunun “Gənclər üçün Kitabxana” layihəsinə dəstək olub

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov “Azərbaycan Gənclərinə Dəstək Programı” Layihəsini yüksək qiymətləndirmiş və gənclərə kitab hədiyyə etmişdir


BMT-nin Uşaq Fondu (UNİCEF) və Avropa İttifaqının maliyyə dəstəyilə, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən həyata keçirilən Azərbaycan Gənclərinə Dəstək Proqramı çərçivəsində Tərtər rayonunda “Gənclər üçün Kitabxana” layihəsi həyata keçirilir. Bu layihəyə qoşulan M.F.Axundzadə adına Milli Kitabxana Tərtər rayonunda yeni açılan kitabxananın fondu üçün kitabların təmin olunmasına böyük dəstək nümayiş etdirib.

Milli Kitabxana 14 fevral - Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar Beynəlxalq Avrasiya Mətbuat Fondunun “Gənclər üçün Kitabxana” layihəsinə Kitabxananın Ehtiyat Mübadilə və Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxananın fondundan kitab bağışlamışdır.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov “Azərbaycan Gənclərinə Dəstək Programı” Layihəsini yüksək qiymətləndirmiş və gənclərə kitab hədiyyə etmişdir.

“Azərbaycan Gənclərinə Dəstək Programı” layihəsinin icraçı koordinatoru Fariz Vəliyev bu layihəyə qoşulduğuna görə Milli Kitabxananın rəhbərliyinə öz təşəkkürünü bildirib.

“Rossotrudniçestvo” təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov Milli Kitabxanada olub

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov “Azərbaycan Gənclərinə Dəstək Programı” Layihəsini yüksək qiymətləndirmiş və gənclərə kitab hədiyyə etmişdir


“Rossotrudniçestvo” təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov Milli Kitabxanada olub.

Professor Kərim Tahirov qonağa Milli Kitabxana haqqında məlumat verərək, yeni layihələrdən, kitabxananın beynəlxalq əlaqələrindən söz açıb, o cümlədən Rusiya kitabxanaları ilə informasiya, təcrübə, kitab mübadiləsinin böyük əhəmiyyət kəsb etdiyini söyləyib.

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Milli Kitabxanada açılışı keçirilən Beynəlxalq əməkdaşlıq zalı barədə danışan Kərim Tahirov qeyd edib ki, 14 ölkənin ədəbiyyatına dair daimi guşədə Rus ədəbiyyatına da xüsusi yer ayrılıb.

“Rossotrudniçestvo” təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov Milli Kitabxanada olmasından məmnunluğunu ifadə edərək, gələcək əməkdaşlıq barədə fikirlərini bildirib. Vurğulayıb ki, iki ölkə arasında mədəniyyət, o cümlədən kitabxana işi sahəsində əməkdaşlığı inkişaf etdirmək, birgə layihə və tədbirlər keçirmək əsas məqsədlərdən biridir.

Milli Kitabxananın direktoru Kərim Tahirov qonağa “Milli Kitabxana. Fotoalbom” (Azərbaycan, rus və ingilis dillərində), “Qədim qalanın yuxuları” (Azərbaycan və rus dillərində) kitablarını hədiyyə edib.

Qonaq Milli Kitabxanada olduğundan məmnun olduğunu bildirib və görüşün sonunda xatirə şəkili çəkilib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov “Azərbaycan Gənclərinə Dəstək Programı” Layihəsini yüksək qiymətləndirmiş və gənclərə kitab hədiyyə etmişdir


Azərbaycan Milli Kitabxanası il ərzində öz fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mədəniyyət, elm, təhsil, informasiya texnologiyaları və digər müvafiq sahələrə dair imzaladığı fərman və sərəncamlar, dövlət proqramları, Nazirlər Kabinetinin, Mədəniyyət Nazirliyinin qərarları, göstəriş və tapşırıqları, eləcə də mövcud qanunvericiliyə uyğun olaraq qurmuş, ölkədə elm, təhsil, mədəniyyətin inkişafı, milli-mənəvi dəyərlərimizin, kitab və mütaliənin təbliği ilə əlaqədar bir sıra əhəmiyyətli layihələr həyata keçirmiş, Azərbaycan gerçəkliklərinin dünyada tanıdılması istiqamətində mühüm nəticələrə nail olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin görkəmli şəxsiyyətlərin yubileylərinin qeyd olunması barədə sərəncamlarına müvafiq olaraq Milli Kitabxanada “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Məhəmməd Hadi” adlı billioqrafiya kitabı nəşr edilmiş, Məhəmməd Hadinin həyat və yaradıcılığını əhatə edən “Məhəmməd Hadi” adlı virtual sərgi hazırlanaraq onlayn rejimdə oxuculara təqdim edilmiş, 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ilə əlaqədar “2020 ci il-Könüllülər ilidir” adlı daimi guşə yaradılmış, “Kitabxana və könüllülər - yeni imkanlar məkanı” adlı metodik vəsait nəşr edilərək kitabxanalara göndərilmiş, “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Əbdürrəhim bəy Haqverdiyev” adlı biblioqrafiya kitabı nəşr edilmiş, “Əbdürrəhim bəy Haqverdiyev-150” adlı virtual daycest hazırlanmış, “Əbdürrəhim bəy Haqverdiyev-150” adlı virtual sərgi və “Əbdürrəhim bəy Haqverdiyev-150” adlı elektron məlumat bazası hazırlanaraq onlayn rejimdə istifadəçilərə təqdim edilmiş, N.Gəncəvi adına Ədəbiyyat muzeyinin 80 illiyi ilə əlaqədar “Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi” adlı virtual sərgi hazırlanmış və onlayn rejimdə oxuculara təqdim edilmişdir. ni zamanda cənab Prezidentin sərəncamlarına müvafiq olaraq “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Nəriman Nərimanov” adlı fundamental biblioqrafiya kitabı nəşr edilmiş, “Nəriman Nərimanov-150” adlı metodik vəsait, “Nəriman Nərimanov-150” adlı elektron məlumat bazası hazırlanaraq onlayn rejimdə təqdim edilmiş, “İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyinin qeyd olunması ilə əlaqədar “İçərişəhər” adlı virtual sərgi hazırlanaraq istifadəçilərə onlayn reyimdə təqdim edilmiş, Azərbaycan xalqının 1941-1945-ci illərin İkinci Dünya müharibəsində Tarixi Qələbənin 75 illiyi münasibətilə “Azərbaycan Milli Kitabxanası Böyük Vətən müharibəsi illərində 1941-1945-ci illər” (azərbaycan və rus dillərində) adlı kitab, “Azərbaycan Böyük Vətən müharibəsi illərində” adlı 2 cildlik (azərbaycan və rus dillərində) fundamental biblioqrafiya çap edilmiş, “Şanlı zəfər tariximiz” adlı metodik vəsait, “Şanlı zəfər tariximiz – 75” adlı virtual sərgi və “Böyük Qələbə – 75” adlı Elektron məlumat bazası hazılanaraq virtual rejimdə istifadəçilərə təqdim edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına müvafiq olaraq “Milli Mətbuat – 145” adlı virtual sərgi, “Əhmədiyyə Cəbrayılov – 100” adlı virtual daycest, “Əhmədiyyə Cəbrayılov – 100” adlı elektron məlumat bazası, “Əhmədiyyə Cəbrayılov” adlı virtual sərgi, “Həsən Seyidbəyli – 100” adlı Elektron məlumat bazası və “Həsən Seyidbəyli” adlı virtual sərgi hazırlanaraq onlayn rejimdə istifadəçilərə təqdim edilmişdir.

Sərt karantin rejimi tətbiq olunmazdan əvvəl Milli Kitabxanada 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar “20 Yanvar - qan yaddaşımız” adlı metodik vəsaitin, Elektron məlumat bazasının və “Qalibiyyət qartalları” kitabının təqdimatı, Azərbaycanın Xalq artisti, bəstəkar, Azərbaycan Respublikasının Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlunun anadan olmasının 75 illiyi münasibətilə tədbir və bəstəkarın həyat və fəaliyyətinə dair “Polad Bülbüloğlu – 75” adlı sərginin açılışı, Azərbaycan bəstəkarı, Azərbaycan EA-nın akademiki, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Qara Qarayevin anadan olmasının 102 illiyinə həsr olunmuş tədbir, Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun son illərdə xarici dillərdə nəşr etdiyi Azərbaycanın tarixinə dair kitabların xarici ölkə Milli Kitabxanalarına göndərilməsi məqsədilə Azərbaycan Milli Kitabxanasına təqdimetmə mərasimi, 14 fevral-Beynəlxalq kitab bağışlama günü ilə bağlı tədbir, AMEA-nın Tarix İnstitutunda Milli Kitabxananın son illərdə nəşr olunan kitablarının təqdimetmə mərasimi, Milli Kitabxananın Treninq Mərkəzində Sumqayıt, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa Mərkəzi Kitabxanalarının müraciəti əsasında həmin kitabxanaların əməkdaşları üçün Corel Draw, Photoshop, Pinnacle Studio, Movavi Video Suite proqramlarının tədrisi ilə əlaqədar treninqlər təşkil olunmuşdur.

Cari ildə dünyanı cənginə alan koronavirus pandemiyasının yaratdığı fəsadların qarşısını almaq məqsədilə mart ayından etibarən ölkəmizdə tədbirlər onlayn formada keçirilmişdir. Bu baxımdan, Milli Kitabxana da istər ölkədaxili, istərsə də dünya miqyasında keçirilən aşağıdakı onlayn tədbirlərin iştirakçısı olmuşdur:
- MDB dövlətlərinin və bir sıra digər xarici ölkələrin Milli Kitabxana direktorlarının iştirakı ilə “Karantin şəraitində mütaliə: Kitabxanalar yeni formatda” mövzusunda Beynəlxalq Onlayn Kitabxana Forumu. Forumda Azərbaycan, Rusiya, Qazaxıstan, İtaliya (Roma), Malaziya, Fransa, Çin, Moldova, Bolqarıstan, Gürcüstan və digər ölkələrin Milli Kitabxana direktorları çıxış etmişlər.

- Milli Kitabxana “Kitabxanalar Qələbənin şahidləri: Gələcəyə baxış”– mövzusunda keçirilən Beynəlxalq telekonfransda iştirak etmişdir.
- Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Rusiya Milli Kitabxanasının və “ТАСС” informasiya agentliyinin dəvəti ilə “Kitab irsi və beynəlxalq kitabxana əməkdaşlığının inkişafı”na həsr edilmiş onlayn mətbuat-konfransında iştirak etmişdir.

- Milli Kitabxana TÜRKSOY Beynəlxalq təşkilatının təşkilatçılığı ilə görkəmli qazax şairi və mütəfəkkiri Abay Kunanbayevin 175 illik yubileyinə həsr olunmuş videokonfransda iştirak etmişdir. Videokonfrans çərçivəsində Mədəniyyət Nazirliyinin, TÜRKSOY-un, Qazaxıstanın Azərbaycandakı səfirliyinin, Azərbaycan Milli Kitabxanası və Dövlət Pedaqoji Universitetinin birgə nəşr etdikləri “TÜRKSOY Kitabxanası” seriyasından “Abay Kunanbayev” kitabının təqdimatı olmuşdur.

- Milli Kitabxana “Kitabxanalararası abonement və sənədlərin elektron çatdırılması üzrə xidmətlərin göstərilməsi” mövzusunda videokonfransda iştirak etmişdir. Videokonfransda Rusiya Dövlət, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan Milli Kitabxanaları və Rusiya Federasiyasının digər aparıcı kitabxanaları iştirak etmişdir.

- Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov 45 ölkədən ümumilikdə 49 Milli Kitabxananın üzv olduğu CENL-in onlayn İllik İclasında iştirak etmişdir. Konfransa CENL üzvü olan 33 Milli Kitabxananın direktorları və digər beynəlxalq təşkilatların nümayəndələri qoşulmuşdu. - Milli Kitabxana Avrasiya Kitabxanalar Assambleyasının (AKA) XXIV ümumi onlayn iclasında iştirak etmişdir. Videokonfransda AKA-nın prezidenti A,V.Vislıy, Azərbaycan Milli Kitabxanasının direktoru, professor K.Tahirov, BAE-nin baş direktoru M.Neryuyeva, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan respublikalarının Milli Kitabxanalarının direktorları və digərləri iştirak etmişlər.

- Milli Kitabxana “Kitabxana-informasiya fəaliyyətində innovasiyalar və yeni əsrin çağırışları” mövzusunda Respublika Virtual Elmi Konfransında iştirak etmişdir.

- Milli Kitabxanada Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun şücaəti ilə erməni işğalından azad olunan rayonlarımızın Mərkəzləşmiş Kitabxana Sistemlərinin direktorları ilə onlayn videokonfrans keçirilmişdir. Onlayn konfransın əsas məqsədi 1992-1993-cü illərdə erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş və bu gün Azərbaycan ordusu tərəfindən azad edilən rayonlardakı kitabxanaların mövcud durumunu və onların qiymətli kitab fondlarının mühafizə vəziyyətini araşdırmaq və bu barədə beynəlxalq Kitabxana təşkilatı olan IFLA-ya müvafiq məlumatın verilməsindən ibarət olub. Konfransda Ağdam, Şuşa, Laçın, Kəlbəcər, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Xocalı və Xocavənd rayonlarının Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin direktorları iştirak ediblər və Telekonfrans iştirakçıları 1992-1993-cü illərdə erməni hərbi birləşmələri tərəfindən işğal olunan və bu gün işğaldan azad edilən rayonlarda bir vaxtlar fəaliyyət göstərən kitabxanaların tamamilə məhv edildiyi və onların fondlarında mühafizə edilən qiymətli kitabların erməni vandalları tərəfindən talan olunaraq dağıdılması, habelə bütün şəhər və kənd kitabxanalarının binalarının yerlə-yeksan olunduğu barədə məlumatların onların adından nüfuzlu beynəlxalq kitabxana təşkilatı olan IFLA-ya çatdırılmasını Milli Kitabxananın direktoru K.Tahirovdan xahiş etmişlər. Tədbirin sonunda İFLA-nın Prezidenti xanım Kristin Makenziyə müraciət qəbul olunmuşdur.

- Dekabr ayının 11-də Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirinin birinci müavini, Nazir vəzifələrini icra edən Anar Kərimovun, digər rəhbər şəxslərin və ziyalıların iştirakı ilə Azərbaycan Milli Kitabxanasında Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş guşənin açılış mərasimi olmuşdur.

2020-ci il ərzində Milli Kitabxana tərəfindən 47 adda, 9335 nüsxə tirajla 9685 çap vərəqi həcmində biblioqrafiya, metodik və biblioqrafik vəsaitlər, daycest, məlumat kitabları, notlar və s. vəsaitlər nəşr edilmişdir.

Hesabat ilində Milli Kitabxana Mədəniyyət Nazirliyi ilə birgə “Milli musiqi xəzinəmizdən (Azərbaycan Milli Kitabxanasının fondundan)” layihəsi çərçivəsində Azərbaycan bəstəkarlarının ötən əsrin 40-80-ci illərində Moskvada və Bakıda nəşr olunan və Milli Kitabxananın fondunda mühafizə olunan not musiqi məcmuələrinin yenidən nəşr olunaraq respublikamızın musiqi məktəblərinə, kolleclərinə və kitabxanalarına göndərilməsini nəzərdə tutan layihənin icrasını davam etdirmiş və bu layihə üzrə görkəmli Azərbaycan bəstəkarların 15 adda not məcmuəsini çap etmişdir. Mədəniyyət Nazirliyinin “Uşaq musiqi və incəsənət məktəblərinin tədris portalı”nda və Milli Kitabxananın saytında yerləşdirilmişdir. Həmçinin, Milli Kitabxana “Milli musiqi xəzinəmizdən” layihəsi ilə nəşr etdiyi not məcmuələrinin onlayn kitabxanasını (http://anl.az/el/vsb/Milli_Musiqi_Xezinemizden/index.htm) oxuculara təqdim etmişdir. Onlayn kitabxanada not məcmuələri tam mətnləri ilə verilmişdir.

2020-ci ildə Milli kitabxananın fonduna müxtəlif mənbələrdən 13.435 nüsxə ədəbiyyat daxil olmuşdur. Yeni daxil olmuş ədəbiyyatın 6910 nüsxəsi kitab, 6525 nüsxəsi isə digər sənədlərdir. Daxil olmuş ədəbiyyatın, 8501 nüsxəsi azərbaycan, 3411 nüsxəsi rus 1523 nüsxəsi isə digər dillərdə olmuşdur. Kitabxana fondundan oxucular tərəfindən yararsız hala salınmış, köhnəlmiş, aktuallığını itirmiş, artıq nüsxə hesab edilən 10561 nüsxə ədəbiyyat silinmişdir.

Hal-hazırda Milli Kitabxananın fondu 4.619.345 nüsxə təşkil edir. Onlardan 2.392.563 nüsxə kitab və kitabçalar, 2.226.782 nüsxə isə digər sənədlərdir. Cari ildə Milli Kitabxananın elektron məlumat bazasına 39234 tammətnli elektron resurs daxil olunmuşdur. Bunlardan 10905 resurs kitab, dövri-mətbuat və dissertasiyaları, 28329 resurs isə tammətnli analitik biblioqrafik resursları əhatə edir. Eyni zamanda Elektron məlumat bazasına 9530 biblioqrafik yazı daxil olmuşdur. Hal hazırda kitabxananın elektron bazasında cəmi 1.292.289 resurs yerləşdirilmişdir. Hesabat ili ərzində Milli Kitabxanada 26 adda Elektron məlumat bazası, 43 adda elektron virtual sərgi hazırlanaraq onlayn rejimdə istifadəçilərə təqdim olunmuşdur.

Ölkədaxili Kitab mübadiləsi fondundan 2020-ci ildə 12298 nüsxə kitab və jurnal Bakı şəhəri, rayon kitabxanalarına və digər müəssisə və təşkilatlara göndərilmişdir. İl ərzində Milli Kitabxanaya xarici ölkə kitabxanalarından 240 nüsxə ədəbiyyat daxil olmuş, eyni zamanda Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə təqdim etmək üçün tariximizə, mədəniyyətimizə, iqtisadiyyatımıza, daxili və xarici siyasətimizə, Dağlıq Qarabağ məsələsinə və digər mühüm sahələrə dair 1881 nüsxə ədəbiyyat dünyanın Milli Kitabxanalarına, səfirliklərə, universitetlərə, göndərilmişdir.

Pandemiya şəraiti ilə əlaqədar kitabxananın oxucular üçün bağlanması səbəbindən istifadəçilərə kitabxana-informasiya xidmətini virtual rejimdə təqdim etmək üçün kitabxananın saytında yeni “Onlayn xidmətlər” pəncərəsi yaradılmışdır. Onlayn xidmətlər pəncərəsinin “Biblioqrafik sorğu”, “Sənədlərin sifarişi və elektron çatdırılması”, “Metodiki xidmət”, “Virtual sərgi” bölmələri daim aktivdir və istifadəçilərin elektron informasiya tələbatının ödənilməsində böyük əhəmiyyət kəsb edir. Cari ildə “Sənədlərin sifarişi və elektron çatdırılması” bölməsi vasitəsilə 62850 istifadəçiyə 75523 resurs göndərilmişdir.

Azərbaycan Milli Kitabxanası bölgələrdə yaşayan oxucuların informasiya tələbatını ödəmək üçün daima böyük səy göstərir. Bu xidmət pandemiya dövründə də Milli Kitabxana tərəfindən davam etdirilmişdir. “Sənədlərin sifarişi və elektron çatdırılması” bölməsi vasitəsilə şəhər və rayon MKS-lərinə 2077 elektron resurs göndərilmişdir.

Xüsusi karantin rejimi dövründə Milli Kitabxananın virtual xidmət sistemində zəngin tammətnli elektron resurslara malik olan “Elektron kataloq və elektron kitabxana” bölməsinin “onlayn oxu” düyməsindən il ərzində 2.996.278 nəfər istifadə etmişdir. Bütövlükdə, (anl.az) saytına daxil olanların sayı isə müvafiq dövrdə 3.605.400 nəfər olmuşdur.
Hesabat ili ərzində kitabxanada mart ayının 11-dək ənənəvi oxucu davamiyyəti 45120, ədəbiyyat verilişi isə 673202 olmuşdur. Cari ildə Milli Kitabxananın saytı yenilənmişdir. Yeni “millikitabxana.az” domen adı alınmışdır. Köhnə saytda olmayan bir sıra yeniliklər edilmişdir. O cümlədən, mobil cihazlar üçün (responsive) görüntü dizaynı yenilənmişdir, dissertasiyaların, dövri mətbuatın elektron kitabxanaları yaradılaraq dissertasiyaların, qəzet və jurnalların onlayn oxunması təmin edilmişdir, sistem müasir proqramlaşdırma platformasında yığılmışdır, əsasən php-nin sonuncu versiyası istifadə olunaraq Yii2 framework tətbiq edilmişdir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər