Fəxrəddin Məmmədov: Dahilərin dahisi, mərdlərin mərdi, müdriklərin müdriki olan Rəhbərimiz

Fəxrəddin Məmmədov: Dahilərin dahisi, mərdlərin mərdi, müdriklərin müdriki olan Rəhbərimiz


Xətai Mənzil Kommunal Təsərrüfat birliyinin rəisi Fəxrəddin Məmmədov - Ümummilli Liderimiz Heydər Əliyevin davamçısı olan İlham Əliyevin uğurlu, uzaqgörən siyasəti nəticəsində dövlətimiz bütün dünyada tanınır və sevilir. Bir çox dünya təşkilatlarının tərəfdaşı olan Azərbaycan həmçinin NATO ilə etibarlı tərəfdaşlıq edir. Həmçinin Azərbaycan Alyansın dəyərli tərəfdaşlarından sayılır. 2004-cü ildən etibarən İlham Əliyevin NATO-nun mənzil-qərargahlarına işgüzar səfərləri də bunun bariz nümunəsidir. Məhz düzgün siyasətin nəticəsidir ki Azərbaycanımız dünya dövlətləri arasında sayılıb seçilən dövlətdir.

Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda “Qətiyyətli dəstək” əməliyyatında xidməti də NATO-nun etibarlı tərəfdaşı olduğunun bariz nümunəsidir. Azərbaycan həmçinin NATO-ya daxil olan 20-yə yaxın ölkəyə neft idxal edir.

28 il ərzində ATƏT-in Minsk qrupunun Azərbaycan-Ermənistan arasında olan münaqişədə apardığı danışıqların heç bir nəticəsi olmadı. Azərbaycan öz “Dəmir Yumruğu” ilə bu ədalətsizliyə son qoydu. Lakin indi də biz mənfur düşmənlərimizin pisliklərinin acısını çəkirik. Böyük Qələbəmizdən bu günə kimi 200-ə yaxın insanımız mina partlaması nəticəsində həlak olub və yaralanıb. Bu minaların təmizlənməsində Azərbaycana texnika və maliyyə yardımına ehtiyac vardır.

Bugünkü gün Laçın dəhlizində heç bir gömrük yoxdur. Azərbaycanın tələbi vaxti ilə Azərbaycanın torpağı olan Zəngəzurun qaytarılması və orada da gömrüyün olmamasıdır. Əks halda Ermənistan razı olmazsa, bu zaman Azərbaycan da Laçın dəhlizimdə gömrük qoyacaqdır.

Məhz Zəngəzur dəhlizinin düzgün açılması region dövlətlərinə yeni iqtisadi imkanlar yaradacaqdır. “ Dövlət başçısı cənab İlham Əliyevin hər bir nitqi, yerli və xarici mətbuata müsahibələri reallıqlarımızın təbliği ilə yanaşı, ölkə Prezidentinin natiqlik məharətini, zəngin diplomatik təcrübəsini, dünya miqyaslı siyasi lider obrazını, hər bir fikrini konkret faktlarla əsaslandırmaq bacarığını nümayiş etdirir. Bu baxımdan möhtərəm Prezidentimizin avqustun 14-də “CNN Türk” televiziya kanalına müsahibəsi mühüm məqamlarla, çağırışlarla diqqəti cəlb edir. Cənab İlham Əliyev sözügüdən müsahibədə telekanalın suallarını qalib ölkənin qalib Lideri kimi cavablandırdı. Digər mühüm məqam isə odur ki, daim dövlətinin, xalqının sabahını düşünən, gələcəyə hesablanmış siyasəti, yeni təkmil islahatları ilə Azərbaycana davamlı uğurlar qazandıran Prezidentin əldə olunan nailiyyətlərdən, dövlətimizin beynəlxalq hüquqa əsaslanan balanslaşdırılmış xarici siyasəti nəticəsində ayrı-ayrı ölkələrlə qurduğu əməkdaşlıq əlaqələrindən, postmüharibə dövrünün reallıqlarının gerçəkləşdirilməsi məqsədilə möhkəm hüquqi bazanın mövcudluğundan məmnunluğunun aydın ifadəsini yaradır. Əsas olan budur ki, Azərbaycan müstəqilliyinin 30-cu ildönümünü Prezident İlham Əliyevin qətiyyəti, ordumuzun rəşadəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində ərazi bütövlüyü təmin olunan, işğaldan azad edilən torpaqlarında üçrəngli bayrağı dalğalanan, 30 ilin işğalına 44 gündə son qoyan qalib ölkə kimi qeyd edəcək. Sözügedən müsahibə, ümumilikdə, Prezident İlham Əliyevin güclü, öz xalqını dərindən sevən, bütün qüvvə və bacarığını Azərbaycanın daha da qüdrətlənməsinə, xalqımızın ən böyük arzularının gerçəkləşdirilməsinə sərf edən, bütöv bir millətin sevgi və böyük dəstəyini qazanmış Lider olduğunu təqdim edir. Möhtərəm Prezidentimiz bu etimadı, nüfuzu, inamı ölkəmizi güclü dövlətə çevirməklə, ərazi bütövlüyümüzü bərpa edib Ümummilli lider Heydər Əliyevin vəsiyyətini, Azərbaycan xalqının bütün istək və arzularını gerçəkləşdirməklə qazanıb.

Azərbaycan özünün çağdaş tarixində yeni səhifə açıb. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri həyata keçirilir. Bu torpaqlarda ermənilər tərəfindən bütün infrastrukturun dağıdılması və talan edilməsi, hazırda Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması ilə bağlı gərgin iş aparılması, bu işlərin planlı şəkildə, maksimal sürətlə həyata keçirilməsi göz önündədir. Reallıqlar Ermənistanın dağıdıcı, Azərbaycanın isə qurucu, yaradıcı olduğunu təsdiq edir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bərpa və yenidənqurma işlərinin başa çatdırılmasında əsas rəqib zamandır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər bir müsahibəsi istər 30 illik işğal, istər Vətən müharibəsi, istərsə də postmünaqişə dövrünün reallıqlarını öyrənmək üçün zəngin mənbədir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər