Xaçmaz rayon Maliyyə İdarəsindəndə Nizami Həsənovun uğurları

Xaçmaz rayon Maliyyə İdarəsindəndə Nizami Həsənovun uğurları











Hərtərəfli dinamik inkişafın müşahidə olunduğu Xaçmaz rayonunda ötən 2015-ci ildə də uğurlu nəticələr əldə olunmuş, sosial-mədəni, tikinti-quruculuq sahəsində əhəmiyyətli nailiyyətlər qazanılmışdır. Rayon İcra Hakimiyyətinin başçısı «Şöhrət» ordenli ziyalı, çox hörmətli Şəmsəddin Xanbabayevin rəhbərliyi altında Xaçmazda sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi, elektrik enerjisi, qaz, istilik, su təchizatının yaxşılaşdırılması, səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin tikintisi və yenidən qurulması üzrə nəzərdə tutulan tədbirlər uğurla həyata keçirilmişdir. Rayon İcra Hakimiyyəti Regionun İnkişafı üzrə Dövlət Proqramının müvəffəqiyyətlə həyata keçirilməsi üçün görülən işləri düzgün istiqamətləndirmək vəzifəsinin öhdəsindən gəlmişdir.
2015-ci ildə rayon üzrə ümumi məhsul buraxılışında, əhaliyə göstərilən pulu xidmətlərin həcmində, pərakəndə əmtəə dövriyyəsində, adambaşına düşən pul gəlirlərində, orta aylıq əmək haqqının kəmiyyətində, əsas kapitala yönəldilən investisiyaların həcmində əhəmiyyətli artım qeydə alınmış, makroiqtisadi göstəricilər yaxşılaşmışdır.
Rayon Maliyyə Şöbəsinin müdiri Nizami Həsənov dövlətin maliyyə siyasətinin Xaçmazda uğurla həyata keçirilməsinə nəzarət funksiyasını layiqincə yerinə yetirmiş, israfçılığa yol verilməməsi, maliyyə intizamına riayət edilməsi üçün gərəkən tədbirləri görmüş, dövlət vəsaitlərinin təyinatı üzrə və səmərəli xərclənməsi üçün yerli idarə, müəssisə və təşkilatlarda maarifləndirmə işləri aparmış, müəssisə rəhbərlərini və mühasibləri təlimatlandırmışdır.

Əlbəttə, dövlət büdcəsindən ayrılan və yerli mənbələrdən daxilolmalardan formalaşan maliyyə vəsaitlərinin təyinatı üzrə və səmərəli istifadə edilməsi həyata keçirilən maliyyə siyasətinin dürüstlüyündən əhəmiyyətli dərəcədə asılıdır. Maliyyə mütəxəssisi Nizami müəllimin rəhbərlik etdiyi Xaçmaz rayon Maliyyə İdarəsi bu vəzifənin öhdəsindən layiqincə gəlir. İdarənin kollektivi vəsaitlərin Vahid Büdcə Təsnifatına uyğun təyinatı üzrə istifadə edilməsinin, vəsaitin xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə yönəldilməməsinin, debitor borcların vaxtında bağlanılmasının, «Dövlət Satınalmaları haqqında» Qanunun tələblərinə riayət edilməsinin təmin olunması üçün gərəkən bütün işləri görürlər. Habelə, uçotdan kənarda qalmış əsas vəsaitlərin və mal-materialların, iş və xidmətlərin uçota alınması üçün tədbirlər həyata keçirilir. İdarə tərəfindən görülən tədbirlər hesabına xeyli miqdarda səmərəsiz xərcin qarşısı alınmış, dövlət vəsaitlərinin qanunvericiliyin tələblərinə uyğun istifadəsi və ya müvafiq qaydada uçota götürülməsi təmin edilmişdir. Aparılan nəzarət tədbirləri zamanı idarənin mütəxəssisləri yoxlanılan müəssisə və təşkilatlara konstruktiv təklif və tövsiyələr təqdim edirlər.

Əminliklə qeyd etmək olar ki, hörmətli Nizami müəllimin rəhbərlik etdiyi Xaçmaz rayon Maliyyə İdarəsi və xaçmazlılar Azərbaycanda gedən inkişaf proseslərindən yararlanmaqla bərabər, həm də bu tərəqqiyə öz sanballı töhfələrini verirlər. Onlara ölkəmizin çiçəklənməsi, xalqımızın firavanlığa qovuşması yolunda uğurlar arzulayırıq.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər