İran-Çin işbirliyinə etiraz: “Tehran uyğur müsəlmanlarına qarşı zülmə göz yumur”

İran-Çin işbirliyinə etiraz: “Tehran uyğur müsəlmanlarına qarşı zülmə göz yumur”


İran parlamentinin keçmiş millət vəkili Əli Mütəhhəri “Twitter” səhifəsində paylaşdığı bir yazıda İran rejiminin Çin hökumətinin uyğur müsəlmanlarına qarşı təzyiq və repressiyalarına göz yummasına kəskin etiraz bildirib.

Gunaz TV bildirir ki, sabiq millət vəkili “İran hakimiyyəti iqtisadi baxımdan Çinə möhtac olduğu üçün onun uyğur müsəlmanlarına qarşı zülmünə göz yumur. İranın Çin hökumətinin uyğur müsəlmanlarına qarşı zülm və repressiyaları qarşısında susması və buna göz yumması islam respublikası üçün başıaşağılıq və biabırçılıqdır” deyib.

Mütəhhəri bundan əvvəl də başqa bir tvitində İranla Çin arasında razılaşdırılmış 25 illik əməkdaşlıq sənədinin möhtəvasına etiraz bildirərək, rəsmi Tehranın Pekinlə hər hansı bir əməkdaşlıqdan əvvəl Çindəki uyğur müsəlmanlarının acınacaqlı taleyi barədə mövqe bildirməsini tələb etmişdi: “İranla Çin arasında 25 illik əməkdaşlıq sənədinin məzmunu hələ bir kənara qalsın, lakin sənədin imzalanmasından əvvəl məscidləri dağıdılan, öz din və mədəni kimliyindən əl çəkmək üçün Çinin icbari əmək düşərgələrində işgəncə altında saxlanılan 2 milyon uyğur müsəlmanının taleyi müəyyən edilməlidir” –deyə, Əli Mütəhhəri bildirmişdi.İran parlamentinin iclasında çıxış edən deputat Mahmud Əhmədi Biğəş, Mütəhhərinin “Twitter”də paylaşdığı bu yazısını rədd edərək, Çin hökumətinin uyğur müsəlmanları ilə hər hansı bir problemi olmadığını deyib: “Son vaxtlar həmişə tələbkar olan bəzi xasiyyətsiz siyasətçilərin hökumətin Çin müsəlmanları ilə bağlı siyasəti barədə yaydığı tənqidi fikirlər və iddialar yalandır və ölkənin milli təhlükəsizliyinə qarşı zidd addımdır.Aparılan araşdırmalar göstərir ki, Çin hökumətinin on minlərlə uyğur müsəlmanı ilə heç bir problemi yoxdur. Beləliklə də Çin müsəlmanlarını Fələstin müsəlmanları ilə müqayisə etmək qərbə meyillənən fitnədən başqa bir şey deyil. Aydın məsələdir ki, bu kimi bəyanatların səsləndirilməsi İranla Çin arasındakı münasibətlərə xələl gətirmək və ona təsir etmək məqsədi güdür” –deyə, İran parlamentinin deputatı Mahmud Əhmədi Biğəş əlavə edib.Mahmud Əhmədi Biğəşin bu çıxışından sonra Əli Mütəhhəri “Twitter” də paylaşdığı yeni bir yazısında iranlı deputatın məsələyə münasibətini kəskin tənqid edib: “Deputat Mahmud Əhmədi Biğəşin Çin kommunist rejiminin uyğur müsəlmanlarına qarşı böyük zülmündən məlumatsızlığı heç də təəccüblü deyil. Çünki onun kimi şəxslər öz məlumatlarını yalnız dövlət radio-televiziyasından əldə edirlər. İran Dövlət Radio-Televiziyası isə dünya mediasından fərqli olaraq, bu günə qədər Çinin müsəlmanlar yaşayan bölgələrində islamın kökünün necə kəsildiyi barədə hər hansı bir məlumat və reportaj yaymayıb” –deyə, İran parlamentinin keçmiş deputatı Əli Mütəhhəri “Twitter” də paylaşdığı yazısında bildirib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər