İran XİN: ABŞ-ın təzyiq siyasəti uğursuz siyasətdir

İran XİN: ABŞ-ın təzyiq siyasəti uğursuz siyasətdir













“ABŞ Xəzinədarlıq İdarəsinin İranın neft-kimya sənayesinə sanksiyası iqtisadi terrorizmin və Ağ evin İran xalqına qarşı düşmənçiliyinin bariz nümunəsidir”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi ABŞ Xəzinədarlıq İdarəsinin İranın neft-kimya sənayesinə sanksiya tətbiq etməsinə münasibət bildirərkən deyib.

O bildirib ki, ABŞ-ın təzyiq siyasəti uğursuz siyasətdir: “Bu uğursuz siyasət ABŞ-ın əvvəlki prezidentləri tərəfindən sınaqdan çıxıb. Bu, yanlış yoldur və ABŞ dövləti əmin ola bilər ki, bu siyasətlə heç bir məqsədinə çatmayacaq”.

A. Musəvi ABŞ rəsmilərinin İranla müzakirə iddialarını aldadıcı, həqiqətdən uzaq və yalnız ictimai rəyi özlərinə cəlb etmək üçün atılmış addım adlandırıb: “ABŞ-ın bu addımları beynəlxalq prinsip və qaydalara ziddir və beynəlxalq öhdəlikləri pozur. Beynəlxalq aləmdə baş verəcək hadisələrə görə məsuliyyət də ABŞ-a aid olacaq. Bütün ölkələr beynəlxalq hüququn əsas prinsiplərinin aşkar şəkildə pozulması qarşısında reaksiya verməyə borcludur. Onlar icazə verməməlidir ki, beynəlxalq ictimaiyyətin əldə etdiyi razılaşmalar ABŞ hakimiyyətinin təkqütblü və zorakı addımları ilə məhv olsun”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər