Türkiyə İranla əməkdaşlığı genişləndirir

Türkiyə İranla əməkdaşlığı genişləndirir






















Saziş imzalanıb

İran və Türkiyə investisiya əməkdaşlığının genişlənilməsi yollarını müzakirə edib.

Bakuxeber.info İran.ru-ya istinadən xəbər verir ki, bu məqsədlə İstanbula səfər edən İranın ticarət, sənaye, kənd təsərrüfatı Palatasının prezidenti Moxsenom Calapur İstanbul Ticarət Palatası İdarə heyəti Başçısı İbrahim Çağlar ilə görüşüb.

“İran nümayəndə heyətinin İstanbula səfərlərinin hədəfi İranın bu ölkənin sənaye-ticarət palatalarının arasında işgüzar əlaqələrin möhkəmləndirilməsindən və işgüzar dairələrinin arasında investisiya əməkdaşlığının genişlənilməsi yollarının müzakirəsindən ibarət olub”, - deyə İran mətbuatı yazıb.

İ.Çağlar qeyd edib ki, iki ölkənin özəl sektorunun nümayəndələri yeni birgə layihələrin reallaşdırılması üçün yenidən görüşdülər və onların qarşısında iki ölkə arasında əmtəə dövriyyəsini ildə 30 milyard dollara çatdırmaq vəzifəsi durur.

Öz növbəsində, M.Calapur qarşılıqlı ticarətin genişlənməsinə hər iki tərəfin səylərini diqqətə çatdırıb.

Onun sözlərinə görə, İran sahibkarları beynəlxalq səviyyədə İran və türk özəl sektorlarının birgə əməkdaşlığına əmindirlər. Görüşün sonunda iki ölkənin sənaye-ticarət palatalarının arasında əməkdaşlıq haqqında saziş imzalanıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər