İran Avropa İttifaqını terrorçuları gizlətməkdə ittiham edib

İran Avropa İttifaqını terrorçuları gizlətməkdə ittiham edib















İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Avropa İttifaqının (Aİ) ölkənin kəşfiyyat xidmətinə qarşı sanksiyaların qanuniləşdirilməsi barədə qərarı fonunda bildirib ki, Tehranın ünvanına yönələn ittihamlar Avropanı terrorçuları gizlətməyə görə daşıdığı məsuliyyətdən azad etmir.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, o bunu öz “Twitter” mikrobloqunda yazıb.

“Danimarka, Niderland və Fransa daxil olmaqla, avropalılar 12 min iranlını öldürən və Səddamın (Hüseyn – red.) İraq kürdlərinə qarşı cinayətlərini təşviq edən MEK-i (İran Xalq Mücahidləri Təşkilatı – red.), həmçinin digər terrorçuları gizlədirlər”, – deyə Zərif bildirib və əlavə edib ki, İranın ünvanına ittihamlar Avropanı terrorçuları gizlətdiyinə görə daşıdığı məsuliyyətdən azad etmir.

Daha əvvəl İran Aİ-ni ABŞ-ın sanksiyalarına qarşı mexanizm yaratmağı yubatmaqda ittiham edib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər