Azərbaycanın geri qaytardığı erməniyə hökm oxundu

Azərbaycanın geri qaytardığı erməniyə hökm oxundu
















Ailə başçısı 5 il müddətinə azadlıqdan məhrum edilib

Sərhədi pozaraq Azərbaycana keçən Qevorkyan ailəsi Ermənistana qaytarıldıqdan sonra həbs edildi.

Bu barədə Məhkəmə departamentinin mətbuat xidməti məlumat yayıb.

Ailə başçısı Yegişe Qevorkyan 5 il müddətinə, onun həyat yoldaşı Ruzanna Qevorkyan isə 3 il müddətinə azadlıqdan məhrum edilib. Hər ikisi bir il sınaq müddəti ilə şərti azadlığa buraxılıblar.

Qeyd edək ki, bir ailənin üzvləri olan, Ermənistan vətəndaşları Yegişe, Ruzanna, Alfred, Qayane və Petros Qevorkyan 2010-cu ilin yanvar ayında Ermənistanla Naxçıvan Muxtar Respublikası arasındakı sərhədi pozaraq Azərbaycan tərəfinə keçiblər.

2014-cü ilin dekabr ayında Azərbaycan Beynəlxalq Qırmızı Xaç Komitəsinin yardımı ilə Qevorkyan ailəsi erməni tərəfinə qaytarılıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər