Həbs edilən Cahangir Hacıyevin vəzifəsi əlindən alındı

Həbs edilən Cahangir Hacıyevin vəzifəsi əlindən alındı

















Cahangir Hacıyev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar Bakı Fond Birjasının (BFB) Müşahidə Şurasına yeni sədr seçiləcək

Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq BFB-dən məlumat verilib.

"Bakı Fond Birjasının Müşahidə Şurasının sədrinin seçilməsi birjanın səhmdarlarının ümumi yığıncağının səlahiyyətində olan bir məsələdir. Hal-hazırda bu məsələ ilə bağlı müzakirələr aparılır", - deyə məlumatda vurğulanıb.

Hazırda C. Hacıyevin səlahiyyətlərini Araz Əliyev icra edir.

Xatırladaq k, BFB-nin Müşahidə Şurasının sədri, Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyev 3 ay müddətinə azadlıqdan məhrum edilib.

C. Hacıyev barəsində Nərimanov rayon Məhkəməsində azadlıqdan məhrumetmə qərarı seçilib.

C. Hacıyev Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.1 (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) maddələri ilə ittiham olunur.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər