Fransa Senatı ermənilərə “yox” dedi

Fransa Senatı ermənilərə “yox” dedi

















“Erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti olmayacaq

Fransa Senatı "erməni soyqırımı"nın inkarına görə, cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul etməyib, “Haberler” xəbər verir.

Millətvəkili Valerie Boyerin irəli sürdüyü bu layihədə "erməni soyqırımını" inkar edənlərin 5 il müddətinə azadlıqdan məhrum edilməsi və ya 45 min avro cərimələnməsi nəzərdə tutulub. Senat layihəni alt komissiyasına göndərib.

Bu cəzanın tətbiqi ilə bağlı layihə Fransanın Konstitusiya Komissiyası və Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən də qəbul edilməyib.

Xəbərdə bildirilib ki, tarixi hadisənin "soyqırımı" olaraq qətiləşdirilməsi beynəlxalq məhkəmənin qərarı əsasında məqbul sayıla bilərБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər