Hazırda İsmayıl Vəliyevin gərgin əməyi və zəhməti sayəsində Neftçala rayonu sürətlə inkişaf edir - ÖZƏL

Hazırda İsmayıl Vəliyevin gərgin əməyi və zəhməti sayəsində Neftçala rayonu sürətlə inkişaf edir - ÖZƏL


Regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu rayonda da əsaslı yenidənqurma işləri görülür, iri miqyaslı layihələr həyata keçirilir və ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələrin maksimum həllinə səy göstərilir.

Bu gün Neftçala rayonunda aparılan abadlıq və quruculuq işləri onu göstərir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan, bilavasitə rəhbərliyi və nəzarəti ilə həyata keçirilən regional inkişaf proqramları təyin olunmuş icra başçısı tərəfindən uğurla yerinə yetirilir. Yerli imkanlar da dövriyyəyə gətirilmiş, ümumi inkişafın miqyası genişlənmiş, sürəti bir az da artmışdır.

Hazırda İsmayıl Vəliyevin gərgin əməyi və zəhməti sayəsində Neftçala rayonu sürətlə inkişaf edir - ÖZƏL


Hazırda İsmayıl Vəliyevin gərgin əməyi və zəhməti sayəsində Neftçala rayonu sürətlə inkişaf edir, abadlaşır və yenidən qurulur. İsmayıl müəllim bu rayona başçı təyin olunduğu vaxtdan bəri, rayonun əksər sahələrində böyük canlanma, dinamik inkişaf müşahidə olunmaqdadır.Yolların çəkilişi, kəndlərdə qaz, su, işıq problemi demək olarki tam həllini tapmışdır.

Bəli, xalqına arxalanan, amalı xalqına xidmətdə olan, xalq üçün quran, yaradan insanlar xoşbəxt insanlardır. Onlar millətin taleyini təyin etmək məsuliyyətinin nə demək olduğunu anlayır, bu məsuliyyəti ləyaqətlə daşıyır, həyatda xoşbəxtliyi ancaq gələcək nəsillərin şərəfi, varlığı və rahatlığı üçün çalışmaqda görürlər. Bu cür insanlar tək-tək olur, bəlkə də yüz ildə bir dəfə dünyaya gəlirlər. Millətlə birlikdə özləri də yüksəlirlər, millətlə birlikdə onları da bütün dünya tanıyır, şöhrəti aləmə yayılır.

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik. "Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün... "– deyir prezident İlham Əliyev.
Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işlərində hər zaman nümayiş etdirdiyi prinsipiallığı onlara göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onların adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onların həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil.

Sonda isə reallığı görməyən, yaxud görmək istəməyən şəxslərin diqqətinə çatdırmaq istəyirəm ki, bu gün Neftçala rayonu sözün həqiqi mənasında etibarlı əllərdədir. Rəhbərlik ilə rayon sakinləri arasında dərin inam, etibar var. Sizlər bu inamı qıra bilməzsiniz. Elin gözü tərəzidir.
Hazırda İsmayıl Vəliyevin gərgin əməyi və zəhməti sayəsində Neftçala rayonu sürətlə inkişaf edir - ÖZƏLHazırda İsmayıl Vəliyevin gərgin əməyi və zəhməti sayəsində Neftçala rayonu sürətlə inkişaf edir - ÖZƏLHazırda İsmayıl Vəliyevin gərgin əməyi və zəhməti sayəsində Neftçala rayonu sürətlə inkişaf edir - ÖZƏLHazırda İsmayıl Vəliyevin gərgin əməyi və zəhməti sayəsində Neftçala rayonu sürətlə inkişaf edir - ÖZƏLHazırda İsmayıl Vəliyevin gərgin əməyi və zəhməti sayəsində Neftçala rayonu sürətlə inkişaf edir - ÖZƏLHazırda İsmayıl Vəliyevin gərgin əməyi və zəhməti sayəsində Neftçala rayonu sürətlə inkişaf edir - ÖZƏLБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər