Rusiya tərəfindən işğal olunmuş Krımda separatçılar Türkiyə prezidentinin kuklasını yandırıblar
Krımın Simferopol şəhərində rus millətçiləri Türkiyə əleyhinə aksiya keçiriblər.
Aksiyada antitürk şüarları səsləndirən separatçılar prezident Ərdoğanın kuklasını yandırıblar.
Xatırladırıq ki, bir həftə əvvəl Suriya ilə sərhəddə Türkiyə pilotları ölkənin hava məkanına daxil olmuş rus qırıcısını vurub salmışdılar.