Ramiz Zeynalov- Dövlət Yol Polisi İdarəsinin nümunəvi xidməti vətəndaş məmnunluğu ilə qarşılanır

Ramiz Zeynalov- Dövlət Yol Polisi İdarəsinin nümunəvi xidməti vətəndaş məmnunluğu ilə qarşılanır


Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.

Son günlər bir sıra arqument çatışmamazlığından əziyyət çəkən sayt və portallar, yenidən “Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general - mayor Ramiz Zeynalov üzərinə hücuma keçmək niyyətlərini açıqca biruzə verməkdədirlər. Bütün bu hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Bakuxeber.info olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general - mayor Ramiz Zeynalov haqqında iftira və böhtanlarla bağlı məsələ məhkəmə predmeti də olmuş və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.


Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin təşkilində yüksək nailiyyətlər əldə edən Baş Dövlət Yol Polisi İdarəsi eyni zamanda hüquqi və fiziki şəxslər tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununa riayət olunmasına nəzarəti yüksək səviyyədə həyata keçirir. Bu sahədə son illər aparılmış hüquqi və praktiki islahatlar artıq öz müsbət nəticələrini göstərməkdədir. Belə ki, artıq əvvəlki illərdə müşahidə olunan bəzi neqativ halların aradan qaldırılması, fəaliyyətin müasir standartlar səviyyəsində qurulması danılmaz reallığa çevrilib. Bütün bu işlərin həyata keçirilməsində, böyük uğurların qazanılmasında isə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun gərgin və yorulmaz əməyi isə xüsusi olaraq qeyd olunmalıdır.
Xüsusi qeyd olunmalıdır ki, Ramiz Zeynalov cəmiyyətdə yol polisi sisteminə bir sıra yeniliklər gətirən, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının nümunəvi xidmət göstərməsində böyük zəhməti olan və ictimaiyyətə, mətbuata açıqlığı ilə seçilən şəxs kimi tanınır. Təsadüfi deyil ki, Baş Dövlət Yol Polisi İdarəsi yalnız yol hərəkətinin təhlükəsizliyinin təmin olunması işində deyil, eyni zamanda ictimaiyyətdən gələn faydalı təşəbbüslərin dəstəklənməsində də xüsusilə fərqlənir.

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general - mayor Ramiz Zeynalovun səmərəli fəaliyyətinin nəticəsidir ki, bu gün Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkətinin təhlükəsizliyinin təmini və yol hərəkəti qaydalarının təbliği işində media və ictimaiyyət təmsilçiləri ilə yaxından əməkdaşlıq edir. Aparılan maarifləndirmə, təbliğat, maddi-texniki bazanın gücləndirilməsi, İKT-nin tətbiqi və düzgün təşkil edilmiş xidmət nəticəsində ötən il respublikada avtomobil sayının yüz mindən çox artmasına baxmayaraq yol qəzaları və bu qəzalarda ölən və yaralananların sayı azalmışdır. Onu da qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlardan daxil olan müraciətlərin diqqətlə və obyektiv araşdırılıb, müsbət nəticələr əldə olunduğu nümunəvi dövlət qurumlarındandır.
Hər zaman vətəndaşların böyük marağına səbəb olan bir məsələ - sürücülük vəsiqələrinin və dövlət nömrə nişanlarının verilməsində yeniliklərin tətbiqi isə yalnız alqışlana bilər. Bütün əlavə söz-söhbətlərə və şübhələrə son qoyan bu yeniliklər nəticəsində şəffaflıq tamamilə təmin olunmuş, əvvəllər müşahidə olunan bəzi nöqsanlar aradan qaldırılmışdır. Bu isə vətəndaşların razılığı ilə qarşılanmaqla yanaşı həm də Dövlət Yol Polisi İdarəsinin ictimai rəydə müsbət xatırlanmasını təmin edən faktora çevrilmişdir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər