Meşələrin İnkişafı Departamentinin tabeli qurumları tərəfindən plan-proqnoz göstəricilərini vaxtında və yüksək aqrotexniki qaydalara uyğun tədbirlər görülüb

Meşələrin İnkişafı Departamentinin tabeli qurumları tərəfindən  plan-proqnoz göstəricilərini vaxtında və yüksək aqrotexniki qaydalara uyğun tədbirlər görülüb









Söhrab Abbasov dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin direktoru Söhrab Abbasovdur.

Söhrab Abbasov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

P.S. Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.

Son günlər bir sıra arqument çatışmamazlığından əziyyət çəkən sayt və portallar, yenidən “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin direktoru Söhrab Abbasov üzərinə hücuma keçmək niyyətlərini açıqca biruzə verməkdədirlər. Bütün bu hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Qanuninfo.az olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin direktoru Söhrab Abbasov haqqında iftira və böhtanlarla bağlı məsələ məhkəmə predmeti də olmuş və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin direktoru Söhrab Abbasov - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin tabeli qurumları tərəfindən plan-proqnoz göstəricilərini vaxtında və yüksək aqrotexniki qaydalara uyğun texnoloji ardıcıllıqla həyata keçirmək üçün hərtərəfli tədbirlər görülüb.

Belə ki 10140 hektar plan-proqnoza qarşı 10151 hektar sahədə meşəbərpa tədbirləri aparılıb ki, bunun da 2646 hektarı (2635 ha qarşı) meşə əkini və səpini işləridir. Hesabat dövründə cəmi 3801993 ədəd ting əkilib. Meşə əkinlərinin becərilməsi məqsədilə 33977,8 hektar sahədə xidmət, 32916,5 hektar sahədə suvarma, 2582,6 hektar sahədə torpaq hazırlığı işləri və 7505 hektar sahədə isə təbii bərpaya kömək tədbirləri həyata keçirilib. Müxtəlif ağac və kol cinslərindən 158248 kq toxum tədarük edilib.

İl ərzində tinglik sahəsinin səpin şöbəsində 88,64 hektar sahədə toxum səpilib, böyütmə şöbəsində 69,44 hektar sahədə 2750 min ədəd toxmacar və kökləndirmə şöbəsində isə 13,52 hektarda 653,9 min ədəd çilik basdırılıb. Tinglik sahələrində 35222000 ədəd müxtəlif çeşiddə əkin materialları yetişdirilib. Cavan ağaclıqların yetişdirib qiymətli ağaclıqlar kateqoriyasına keçirilməsi tədbirləri 9636 hektar sahədə icra edilib ki, bunun da 2763 hektarı meşə əkinləridir.

Müəssisələrdə keçirilən bütün növ yoxlama və araşdırmalarda 154619 manat ziyan məbləğində 22253 m3 həcmində ağacların qanunsuz kəsildiyi aktlaşdırılaraq qanunamüvafiq tədbirlər görülüb. Aktlaşdırılan meşəpozmalarına görə hesablanan ziyandan (154619 manatdan 118358 manatı) 62 faizi ödənilib, təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədi ilə 144 iş hüquq-mühafizə orqanlarına və məhkəmələrə göndərilib.

Meşələrdə yanğın təhlükəsinin qarşısını almaq məqsədilə Azərbaycan Respublikası “Yanğın Təhlükəsizliyi Haqqında Qanun”-un tələblərinə uyğun olaraq, hər ildə olduğu kimi cari ildə də bir sıra qabaqlayıcı zəruri tədbirlər həyata keçirilib, əhali arasında, habelə fermer və digər torpaq mülkiyyətçiləri arasında mütəmadi olaraq izahat işləri aparılıb, müəssisələr yanğınsöndürmə avadanlıqları ilə təmin olunub, bir çox yerlərdə meşə ətrafı ərazilərin minerallaşdırılması (yanğın əleyhinə zolaqlar çəkilməsi) həyata keçirilib, gündəlik növbətçiliklər təşkil edilib. Odur ki, havaların uzun müddət quraqlıq keçməsinə baxmayaraq ciddi meşə yanğınları olmayıb.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər