Hikmət Əlizadə rəhbərliyin tapşırıqlarını şərəflə yerinə yetirir- ÖZƏL

Hikmət Əlizadə rəhbərliyin tapşırıqlarını şərəflə yerinə yetirir- ÖZƏL












Hikmət Əlizadə dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadədir.

Hikmət Əlizadə vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə - Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti tərəfindən bioloji müxtəlifliyin qorunması istiqamətində aparılan işlər davam etdirilib.

Hazırda, ölkəmizdə ümumi sahəsi 892546,49 hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən, 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 %-ni, o cümlədən milli parklar 3,7%-ni təşkil edir.

Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer qoruğunun yaradılması üçün təyin olunmuş xarici ekspertlərlə birlikdə müvafiq tədbirlər həyata keçirilib, ilkin qiymətləndirmə sənədi hazırlanaraq Niyyət Protokolu imzalanıb. Layihəyə başlanılması üçün Xüsusi Razılaşma və Maliyyə Sazişi ölkədaxili razılaşmadan keçib və Nazirlər Kabinetinin sərəncamı ilə Maliyyə və Ekologiya və təbii sərvətlər nazirlərinə sözügedən Sazişlərin imzalanması səlahiyyətləri verilib. Azərbaycan və Almaniya arasında “Azərbaycan Respublikasının mühafizə olunan ərazilərinə dəstək proqramı, Zaqatala-Balakən regionu” layihəsi üzrə maliyyələşdirmə və xüsusi razılaşma sazişləri imzalanıb. Layihənin əsas məqsədi regionda ilk biosfer qoruğunun yaradılması ilə bağlı hazırlıq tədbirlərinin görülməsi, Zaqatala DTQ-nin infrastrukturunun gücləndirilməsi, təbiətin mühafizə tədbirlərinin dəstəklənməsi və yeni iş yerlərinin yaradılmasıdır.

Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutu ilə razılaşdırılmış təklif və rəyi nəzərə alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əmrinə əsasən Şəki şəhəri “Yuxarı Baş” Dövlət Tarix – Memarlıq Qoruğunun ərazisində mövcud olan iri gövdəli və yaşlı on beş ədəd Şərq Çinarı ağacına bölgə əhəmiyyətli təbiət abidəsi statusu verilərək, “Dövlət tərəfindən qorunan dövlət təbiət abidələrinin – çox qədim ağacların Siyahısı”na daxil edilib və pasportlaşdırılıb.

Xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında qanun pozucularına qarşı 979 ədəd akt və 270 ədəd protokol tərtib edilib. Tərtib edilmiş akt və protokollara əsasən təbiətə dəymiş ziyan 68366,72 manat məbləğində müəyyən olunub, inzibati qaydada 189538 manat cərimə tətbiq edilib. 28 iş hüquq mühafizə orqanlarına, 130 iş isə aidiyyəti üzrə rayon məhkəmələrinə və icra bölmələrinə göndərilib.

O, cümlədən ötən dövr ərzində qanunsuz ovla bağlı xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında brakonyerliklə məşğul olan şəxslərə qarşı 93 akt və 91 protokol tərtib edilərək, onlardan 79 ədəd ov silahı və 303 ədəd patron götürülüb. Həmin şəxslərə 89950 manat məbləğində cərimə tətbiq edilib və 2727,50 manat iddia qaldırılıb.

Xüsusi mühafizə olunan təbiət ərazilərində aşkar olunmuş qanun pozuntularına görə bir sıra işçilər barəsində müvafiq intizam tənbeh tədbirləri görülüb.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər