Həsənağa Cəbiyev rəhbərliyin tapşırıqlarını şərəflə yerinə yetirir

Həsənağa Cəbiyev rəhbərliyin tapşırıqlarını şərəflə yerinə yetirir








Həsənağa Cəbiyev dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Tibb İşçiləri Həmkarlar İttifaqı Təşkilatının Lənkəran Komitəsinin sədri Həsənağa Cəbiyevdir.

Tibb İşçiləri Həmkarlar İttifaqı Təşkilatının Lənkəran Komitəsinin sədri Həsənağa Cəbiyev Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və rəhbərliyin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Tibb İşçiləri Həmkarlar İttifaqı Təşkilatının Lənkəran Komitəsinin sədri Həsənağa Cəbiyevin adı, Lənkəran ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..

Tibb İşçiləri Həmkarlar İttifaqı Təşkilatının Lənkəran Komitəsinin sədri Həsənağa Cəbiyev - Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı 1905-ci ildə yaradılmışdır. Respublika zəhmətkeşlərinin ən böyük həmkarlar ittifaqı birliklərindən biridir. Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi özündə 73 ərazi şurası , 2 birləşmiş komitə və 889 ilk həmkarlar ittifaqı təşkilatlarını birlləşdirir.

Həmkarlar ittifaqının 137115 üzvü vardır, onlardan 9966 nəfəri tələbədir. Səhiyyə İşçiləri Həmkarlar İttifaqının ali orqanı Qurultaydır. Səhiyyə İşçiləri Həmkarlar İttifaqının I Qurultayı 2005-ci ildə keçirilib. Qurultaylararası dövrdə həmkarlar ittifaqının işinə Məclis rəhbərlik edir. Məclis ildə bir dəfə çağırılır. Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinə operativ rəhbərlik etmək üçün Məclis üzvlərindən Respublika Komitəsinin Rəyasət Heyəti seçilir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər