Gülağa İslamov dövlətin quluğunda şərəflə çalışır

Gülağa İslamov dövlətin quluğunda şərəflə çalışır










Bu gün istər regional, istərsə də dünya miqyasında müsair Azərbaycanı xarakterizə edən əsas göstəricilərdən biri yüksək dinamizmə əsaslanan modern inkişafdır. Kompleks xarakterə malik bu inkişaf qısa zaman kəsiyində Azərbaycanın kifayət qədər böyük nailiyyətlərə imza atmasına, beynəlxalq geosiyasi və geoiqtisadi məkanda ən güclü müstəqil subyektlərdən birinə çevrilməsinə gətirib çıxarmışdır. Ölkənin dinamik tərəqqisini şərtləndirən məqsədyönlü siyasət yeni minillikdə dünyanın iqtisadi tarixinə inkişafın Azərbaycan modeli anlayışının daxil edilməsi ilə nəticələnib. Artıq bu modelin xarakterik xüsusiyyətləri, spesifik, özünəxas cəhətləri dünyanın araşdırma mərkəzləri, tədqiqat institutları tərəfindən ətraflı öyrənilməkdə, tədqiq olunmaqdadır.

Xəzər rayonu əhalisinin sosial təbəqələşmədəki yerinə görə həmişə respublika rəhbərliyinin diqqət mərkəzində olmuşdur. Bu gün Azərbaycanın hər bir guşəsi kimi, rayonumuz da inkişafının keyfiyyətcə məhsuldar dövrünü yaşayır. Ulu öndərin hakimiyyəti illərində özünə güclü istehsal potensialı, zəngin infrastruktur formalaşdırmış rayon Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində son səkkiz ildə böyük uğurlar əldə etmiş, daha da gözəlləşmiş, müasirləşmişdir. Bütün bunlar rayonun həyatında intibah kimi dəyərləndirilə biləcək mərhələnin uğurlu başlanğıcıdır. Hazırda Xəzər rayonunun hər bir sakini dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurları öz həyatında daha qabarıq hiss edir, hakimiyyətin yüksəliş və tərəqqi kursunu ürəkdən dəstəkləyir.
Son illər rayonda həyata keçirilmiş işlər həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlıdır. Rayon icra hakimiyyəti üzərinə düşən məsuliyyəti düzgün qiymətləndirməklə, öz fəaliyyətini dövlət başçısının yeritdiyi çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurmağa, idarəetmədə mütərəqqi prinsipləri tətbiq etməyə, qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirməklə vaxtında və düzgün icrasına nail olmağa çalışır.
Rayonun qazandığı uğurların xülasəsini qısaca aşağıdakı kimi səciyyələndirmək mümkündür: Prezidentin tapşırıq və tövsiyələri dönmədən həyata keçirilir, abadlıq-quruculuq işlərinin miqyası daha da genişlənir, çoxşaxəli istehsal sahələri yaradılır, sosial problemlərin həlli istiqamətində arzulanan nəticələr əsasən əldə edilir, əhali ilə qarşılıqlı əlaqənin möhkəmləndirilməsi və onların qayğılarının öyrənilməsi istiqamətində əməli və təsirli tədbirlər həyata keçirilir.

Bütün bunlar Xəzər rayonunun Azərbaycanın tərəqqisini özündə aydın əks etdirən əsas ünvanlardan birinə çevrildiyini, qarşıdakı dövr ərzində isə rayonda inkişaf dinamikasının daha böyük vüsət alacağını qətiyyətlə söyləməyə əsas verir.

“Kişilərin karvanı keçən yerə …. çox olar” deyib atalar

Bu günlər ölkənin internet mediasında, Xəzər rayonun icra aparatı işçiləri və rəhbəri ilə bağlı qərəzli-xöşagəlməz məlumatlar yer alır. Bildirək ki, bir necə il bundan əvvəl Xəzər rayonunda yaşayan əhali sosial sıxıntılar məngənəsində əziyyət çəkəndə heç kəs bu haqda bir kəlmədə olsa yazmırdı. Amma öz işgüzarlığı həmişə öndə olan Gülağa İslamov adıçəkilən rayona rəhbər gətərildiyi vaxtdan rayonda hərc-mərclik yaratmaq istəyənlərin hədəfinə çevrildi. Amma çox çəkmədi o şəxslərə də yerini göstərdi öz islahatlarılya cənab İslamov…

Ümumilli Lider Heydər Əliyevin miras qoyduğu siyası kursa sadiqliyi ilə seçilən Gülağa İslamovun bir neçə vaxdır ki, radikal müxalifətçiliklə məşğul olan mənfur şəxslərin hədəfinə çevrilməsi istəyi boşa çıxdı. Və həmin şəxslər, həmişə xeyirxahlığı və kişiliyi ilə seçilən Gülağa İslamova qarayaxma və böhtan xarakterli yazılarla onun imicinə xələl gətirmək amacına nail olmaq üçün əllərindən gələni etməyəkləri gülüş doğururdu. Bu səbəbdən də mediada onun haqqında böhtan xarakterli məlumatlar dərc edilir. Onlara qarşı Qara-Piar yaratmağa çalışılırdı. Ancaq bu şəxslər birdəfəlik bilməlidirlər ki, Gülağa İslamov dövlət quluğunda şərəflə çalışır. Prezidentinə və xalqına layiqli olmaqla yanaşı öz həyatlarını şərəfli işlərə həsr edirlər. Xülasə kimin kim olmağını hər kəs yaxşı bilir.
Gülağa İslamov dövlətin quluğunda şərəflə çalışır
Gülağa İslamov dövlətin quluğunda şərəflə çalışır
Gülağa İslamov dövlətin quluğunda şərəflə çalışır
Gülağa İslamov dövlətin quluğunda şərəflə çalışır
Gülağa İslamov dövlətin quluğunda şərəflə çalışır
Gülağa İslamov dövlətin quluğunda şərəflə çalışır
Gülağa İslamov dövlətin quluğunda şərəflə çalışır
Gülağa İslamov dövlətin quluğunda şərəflə çalışır
Gülağa İslamov dövlətin quluğunda şərəflə çalışır
Gülağa İslamov dövlətin quluğunda şərəflə çalışırБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər