Azərbaycan polisi dövlətçiliyin birinci keşikçisidir

Azərbaycan polisi dövlətçiliyin birinci keşikçisidir








Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə böyük quruculuq, abadlıq işləri görülmüş, əhalinin məşğulluq probleminin həlli, rifah halının daha da yaxşılaşması, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının yerinə yetirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, bu tendensiya respublikanın daxili işlər orqanlarından da yan keçməmişdir. Diqqətəlayiq haldır ki, ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycan Polisinin dövlətçiliyin və sabitliyin qorunmasında, cinayətkarlıqla mübarizədə xidmətlərini yüksək qiymətləndirilir, DİN-nin maddi-texniki bazasının möhkəmləndirilməsi və daim müasirləşdirilməsi, şəxsi heyətin sosial müdafiəsinin, yaşayış və iş şəraitinin yaxşılaşdırılması, fəaliyyətin beynəlxalq standartlara, demokratik prinsiplərə uyğun təkmilləşdirilməsi üçün çox mühüm qərarlar qəbul edir. Onun imzaladığı «Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair» Dövlət Proqramına uyğun olaraq, ötən müddətdə Daxili İşlər Nazirliyinin orqan və hissələri üçün müxtəlif təyinatlı obyektlərin tikilib istifadəyə verilməsi də artıq ənənə halını almışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda davam edən quruculuq işlərinin başlıca təminatlarından olan sabitlik etibarlı qorunaraq daha da möhkəmləndirilib.

İctimai-siyasi sabitlik hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolu seçmiş hər bir dövlətin mövcudluğunun mühüm şərtlərindən biridir. Müstəqil Azərbaycanın son illərdə bütün sahələrdə sürətlə inkişaf edən, beynəlxalq miqyasda böyük nüfuz sahibi olan dövlətlərdən birinə çevrilməsi də əsası dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitlik amilinə söykənir. Məhz bu sabitlik nəticəsində mürəkkəb geosiyasi-coğrafi məkanda yerləşən Azərbaycanın dünya miqyasında sivil, demokratik yolla irəliləyən, beynəlxalq hüquq normalarına və prinsip-lərinə hörmətlə yanaşan dövlət imici daha da möhkəmlənmişdir.

Ümumilikdə daxili işlər orqanlarının şəxsi heyəti ölkədə aparılan quruculuq prosesində fəal iştirak edərək dövlətin, hüquqi, fiziki şəxslərin qanuni mənafelərinin, mülkiyyətinin hüquqazidd əməllərdən qorunması, insanların azad, sərbəst yaşaması üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır. Bu gün hər bir vətəndaş əmin ola bilər ki, Azərbaycan polisi onun həyat və sağlamlığının, hüquq və azadlıqlarının, qanuni mənafelərinin, ictimai asayişinin keşiyindədir. Azərbaycan polisi hər zaman dövlətimizin diqqət və etimadını hiss edir, fəaliyyətinə verilən yüksək qiyməti böyük minnətdarlıqla qarşılayır, habelə xalqımıza ən müxtəlif sahələrdə xidmət göstərməkdən böyük qürur duyur


Səxavəddin Abdullayev,
Daxili İşlər Nazirliyinin Maliyyə-plan idarəsinin rəisi.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər