Süleyman Mikayılov: Azərbaycan pandemiyadan az itkilərlə çıxan ölkə kimi yaddaşlarda qalacaq

Süleyman Mikayılov: Azərbaycan pandemiyadan az itkilərlə çıxan ölkə kimi yaddaşlarda qalacaq


Koronavirus infeksiyası (COVİD-19) ilə mübarizə sahəsində iri ticarət mərkəzlərində monitorinqin keçirilmişdir

Süleyman Mikayılov: Azərbaycan pandemiyadan az itkilərlə çıxan ölkə kimi yaddaşlarda qalacaq


01 iyun 2020-ci il tarixində Bakı şəhəri, Qaradağ rayonu ərazisində iri ticarət mərkəzləri olan Binə, Sədərək, Meyvəli, Bazarstore, Kingsmart və Sahil TM-də koronavirus infeksiyası (COVİD-19) ilə mübarizə sahəsində qəbul olunmuş qaydaların icrasının təmin edilməsinin yoxlanılması məqsədi ilə Qaradağ Rayon İcra Hakimiyyətinin monitorinq qrupları tərəfindən yerlərdə baxış keçirilmişdir.

Süleyman Mikayılov: Azərbaycan pandemiyadan az itkilərlə çıxan ölkə kimi yaddaşlarda qalacaq


Keçirilmiş baxış zamanı əsas diqqət fəaliyyət göstərən TM-nin girişlərdə xüsusi ayrılmış sahədə daxil olan vətəndaşların məsafədən termometriyasının aparılması, tibbi maskalardan istifadə, apteklərdə tibbi maskaların satışının mövcudluğu, xüsusi tibb məntəqələrinin ayrılması və tibbi personalın müvafiq təlim keçməsi, havalandırma sistemlərinin işlək olması, sabun və su əl yuma stansiyaları mövcud olmayan yerlərdə alkoqol əsaslı dezinfeksiya dispenserlərinin quraşdırılması və saxlanması, iş saatlarında dezinfeksiya tədbirlərinin mütəmadi həyata keçirilməsi, qeyri-iş saatlarında tam dezinfeksiya tədbirlərinin görülməsi, mütəmadi gigiyena qaydaları ilə bağlı səsli anonsların verilməsi, mütəmadi olaraq maarifləndirici video çarxların nümayiş etdirilməsi, giriş və çıxışlarda Covid-19 üzrə məsləhətləri ilə bağlı panoların vurulması, kassa qarşısında və ya digər yerlərdə növbələrin vətəndaşlar arasında iki metrlik məsafə saxlanılmaqla təşkil edilməsi, bütün əməkdaşlarının COVİD-19 virusunun profilaktikası barədə mütəmadi olaraq məlumatlandırılması, əməkdaşların mütəmadi olaraq tibbi müayinədən keçirilməsi məsələlərinə diqqət yetirilmişdir. Aşkar olunmuş çatışmazlıqlar barədə Ticarət Mərkəzinin rəhbərliyi məlumatlandırılmışdır.
Bütün TM rəhbərliyi öz fəaliyyətlərini onlara əvvəlcədən göndərilmiş “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronovirus infeksiyasının (COVİD-19) profilaktikasına dair Metodik Vəsait”ə əsasən qurmuşlar.

Süleyman Mikayılov: Azərbaycan pandemiyadan az itkilərlə çıxan ölkə kimi yaddaşlarda qalacaq


Qaradağ rayonunda gücləndirilmiş dezinfeksiya işləri aparılır

Süleyman Mikayılov: Azərbaycan pandemiyadan az itkilərlə çıxan ölkə kimi yaddaşlarda qalacaq


Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən rayonda koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədi ilə rayonun bütün qəsəbələrində həyata keçirdiyi tədbirlər davam edir.
Görülən tibbi-profilaktik tədbirlər çərçivəsində Qaradağ Rayon İcra Hakimiyyətinin strukturları tərəfindən mayın 30-da səhər saatlarından başlayaraq rayonun əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin xüsusi texnikaları və əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib.
Mərkəzi küçələrlə yanaşı qəsəbələrin yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılıb. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq rayon sakinləri ciddi zərurət yaranmadığı təqdirdə həmin gün küçəyə çıxmamaları barədə xəbərdarlıq ediliblər.
Gün ərzində rayonunda kommunal xidmətlərinin 300 nəfərdən çox əməkdaşı tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında, yol kənarı məhəccərlərdə də tibbi-profilaktiki işlər görmüşlər.
Bununla yanaşı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olan yaşayış binalarında, buradakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür.
Rayonda tibbi-profilaktik və dezinfeksiya işləri gündəlik olaraq gücləndirilmiş qaydada davam etdiriləcəkdir.

Süleyman Mikayılov: Azərbaycan pandemiyadan az itkilərlə çıxan ölkə kimi yaddaşlarda qalacaq
Süleyman Mikayılov: Azərbaycan pandemiyadan az itkilərlə çıxan ölkə kimi yaddaşlarda qalacaq


Süleyman Mikayılov: Azərbaycan pandemiyadan az itkilərlə çıxan ölkə kimi yaddaşlarda qalacaq


Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov - Korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritetidir

Prezident İlham Əliyevin uğurlu və məqsədyönlü siyasəti ölkəmizin yeni inkişaf mərhələsinə keçməsi, yeni demokratik mexanizmlərin yaradılması, xalqa xidmət müstəvisində səmərəli və şəffaf, müasir idarəetmə modelinin, kadr potensialının formalaşdırılması, korrupsiya yarada bilən səbəbləri aradan qaldırmaq üçün əsaslı zəmin yaradıb.
“İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar,- artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, - təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub” deyən ölkəmizin başçısının siyasi iradəsi və əzmi ilə ictimai həyatımızın bütün sferalarında aparılan köklü islahatlar bir daha sübut edir ki, Azərbaycan keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Bu gün respublikamızda bütün istiqamətlərdə olduğu kimi, struktur islahatları ilə bərabər, kadr islahatları da davam etdirilir. Müasir çağırışlara cavab verən, yüksək intellektli, təmiz, tapşırılan işləri keyfiyyətli şəkildə həyata keçirməyə qadir olan kadrların irəli çəkilməsi cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir. Prezident Administrasiyasının, Nazirlər Kabinetinin yeni strukturları təsdiq edilib, Milli Məclis yenidən formalaşıb. Ölkəmiz demək olar ki, öz inkişafının yeni mərhələsinə daxil olub. Azərbaycanın beynəlxalq nüfuzunun, iqtisadi qüdrətinin artırılması ilə yanaşı, prioritet vəzifə olaraq insan hüquq və azadlıqlarının qorunması istiqamətində də məqsədyönlü və ardıcıl tədbirlərin miqyası gündən-günə genişlənir.
Ölkə rəhbərliyinin siyasi iradəsi, əzmi və qətiyyəti sayəsində korrupsiyaya qarşı mübarizədə ciddi nəticələr əldə edilməkdədir. Dövlətimizin başçısı daim korrupsiya və rüşvətin qarşısını almaq üçün bu prosesin davamlı olacağını bildirir.
Son vaxtlar Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həyata keçirilən operativ əməliyyat tədbirləri nəticəsində qanun pozuntusuna yol vermiş aşağı və orta ranqlı məmurların cəzalandırılması bir daha göstərdi ki, kimliyindən asılı olmayaraq qanunları pozan hər bir şəxs öz layiqli cəzasını alacaqdır. Çünki belələri ilk növbədə onlara göstərilən etimadı doğrultmayıblar. DTX tərəfindən həbs olunmuş icra başçılarının rəhbərlik etdikləri rayonların sakinləri çox haqlı olaraq onların qanunsuz əməlləri barədə ölkə rəhbərliyinə müraciət ediblər. Bu şəxslər barəsində kifayət qədər təkzibolunmaz sübutlar olduğuna görə haqlarında tamamilə doğru olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb. Heç şübhəsiz ki, xalq malını talayanlar, kasıbın, kimsəsizin son tikəsinə göz dikənlər, qulhaqqı yeyən bu vicdansız, mərhəmətsiz, harınlamış xəyanətkarlar öz layiqli cəzalarını alacaqlar.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən bildirib ki, prokurorluq orqanları korrupsiya və rüşvətxorluğa qarşı daha fəal iş aparmalıdırlar. Ölkə başçısı, həmçinin bu xoşagəlməz hallara qarşı Azərbaycanda çox ciddi mübarizə aparıldığını və dövlət məmurlarına xəbərdarlıq edildiyini də vurğulamışdır: “Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim. Bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin. Amma əfsuslar ki, mənim sözlərim bəziləri üçün dərs olmadı və bunun nəticəsində indi Dövlət Təhlükəsizliyi Xidməti bir neçə əməliyyat keçirərək rüşvətxorları, yüksək vəzifə sahiblərini ifşa etdi və onlar artıq cinayət məsuliyyətinə cəlb edilmişlər. Ağstafa, Biləsuvar, Yevlax, Neftçala, İmişli rayonlarının icra başçıları həbs edilmişdir, ictimaiyyətə bu məsələ ilə bağlı ətraflı məlumat verilmişdir və bundan sonra da ətraflı məlumat veriləcəkdir.”


Süleyman Mikayılov əsl ziyalı vicdanlı və vətənpərvər şəxsiyyət kimi milli “mən”i şəxsi “mən”dən hər zaman uca tutur, özünə hörməti şəxsi iddialarda deyil, uğurlu əməllərdə axtarır.

Süleyman Mikayılov yüksək insanlığı ilə seçilən bir insandır! Süleyman Mikayılovun görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

[b]İstər regional, istərsə də dünya miqyasında müsair Azərbaycanı xarakterizə edən əsas göstəricilərdən biri yüksək dinamizmə əsaslanan modern inkişafdır. Kompleks xarakterə malik bu inkişaf qısa zaman kəsiyində Azərbaycanın kifayət qədər böyük nailiyyətlərə imza atmasına, beynəlxalq geosiyasi və geoiqtisadi məkanda ən güclü müstəqil subyektlərdən birinə çevrilməsinə gətirib çıxarmışdır. Ölkənin dinamik tərəqqisini şərtləndirən məqsədyönlü siyasət yeni minillikdə dünyanın iqtisadi tarixinə inkişafın Azərbaycan modeli anlayışının daxil edilməsi ilə nəticələnib. Artıq bu modelin xarakterik xüsusiyyətləri, spesifik, özünəxas cəhətləri dünyanın araşdırma mərkəzləri, tədqiqat institutları tərəfindən ətraflı öyrənilməkdə, tədqiq olunmaqdadır.

İnzibati ərazi vahidi olaraq formalaşdığı dövr böyük zaman kəsiyini əhatə etməsə də, sözün əsl mənasında, zamanı qabaqlaya bilib. Bunun ən ümdə səbəblərindən biri Qaradağ rayonunun yaranmasının ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin birinci dövrünə təsadüf etməsi idi. Ötən illər rayonun istər iqtisadi, istərsə də sosial-mədəni həyatında yüksəliş və tərəqqi illəri kimi yadda qalmışdır. Ulu öndərin respublikada ikinci hakimiyyəti dövrü isə bütün ölkədə olduğu kimi, paytaxtın bu mərkəzi rayonunda da köklü keyfiyyət dəyişikliklərinin, xarakter və məzmunu etibarilə yeni islahatların həyata keçirilməsini təmin etdi. Rayon uzun müddət girdabında çabaladığı ətalət və sükunətin buxovlarından xilas oldu, inkişafının sıçrayış mərhələsinə qədəm qoydu. Bu dinamikanı müstəqillik tariximizin ulu öndərlə bağlı illərinin statistikası da təsdiq edir.

Qaradağ rayonunun taleyində miqyas və məzmununa görə ən məhsuldar dövr birmənalı olaraq Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. İnkişaf və konkret izləri həyatın bütün sferalarındakı pozitiv addımlarda təzahürünü tapmış, sosial-iqtisadi, mədəni və humanitar istiqamətləri ehtiva edən fəaliyyət sahələrində nailiyyətlərin miqyasının davamlı şəkildə genişləndiyi bir mərhələdir.
Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun olduğu rayon hər bir vətəndaşın probleminə diqqətlə yanaşır, ilk növbədə müraciətlərin yaranması səbəblərinin aradan qaldırılması üçün ciddi tədbirlər həyata keçirir. Müraciət edən hər bir vətəndaş qrafikə uyğun olaraq Qaradağ Rayon İcra Hakimiyyətində qəbul olunur, onların qaldırdıqları problemlərin həlli istiqamətində icraçı şəxslərə konkret tapşırıqlar verilir, icra barədə vətəndaşlara rəsmi cavablar göndərilir. Vətəndaşların qəbulu bütün iş günlərində, habelə şənbə və bayram günlərində də aparılır. Aparatın özündə və yerlərdə keçirilən səyyar qəbullar zamanı qaldırılan məsələlər müsbət həll olunur, müvafiq izahatlar verilir, icrada olan müraciətlər isə nəzarətdə saxlanılır. Ötən il olduğu kimi, bu il də əhalinin sosial müdafiəsi, aztəminatlı ailələrə qayğı göstərilməsi diqqətdə saxlanılan ən vacib məsələlərdən biri olub, yaxın yaşayış məntəqələrinin hamısında əmək haqlarının, pensiya və müavinətlərin ödənişi plastik kartlarla keçirilib. Rayon İcra Hakimiyyəti tərəfindən Böyük Vətən müharibəsi iştirakçısı və veteranına, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, Çernobıl əlillərinə və sosial müdafiəsi zəif olan digər əhali təbəqəsinə ərzaq və pul yardımı göstərilir. Bundan əlavə, sosial vəziyyəti ağır olan insanlara fərdi ev tikmələri üçün sement, mişar daşı və digər tikinti materialları verilib. Bu qəbildən olan insanlar daim rayon İcra Hakimiyyətinin və aidiyyəti təşkilatların diqqətindədir. Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsində proqnoz tapşırıqlara vaxtında əməl olunub. Belə ki, şöbənin kollektivi vətəndaşların müraciətlərinə çox həssas yanaşır, onları maraqlandıran məsələlərlə pensiyanın yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, stajla bağlı, digər məsələlərlə bağlı sorğularını cavablandırır, həllinə nail olurlar. Şöbənin səlahiyyətlərinə aid olmayan müraciətlər edən vətəndaşlara isə hüquqi və digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlər müvafiq orqanlara göndərilir.

Qaradağ rayonu həm sənayesinin müstəsna əhəmiyyətinə, həm də əhalisinin sosial təbəqələşmədəki yerinə görə həmişə respublika rəhbərliyinin diqqət mərkəzində olmuşdur. Bu gün Azərbaycanın hər bir guşəsi kimi, rayonumuz da inkişafının keyfiyyətcə məhsuldar dövrünü yaşayır. Ulu öndərin hakimiyyəti illərində özünə güclü istehsal potensialı, zəngin infrastruktur formalaşdırmış rayon Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində son səkkiz ildə böyük uğurlar əldə etmiş, daha da gözəlləşmiş, müasirləşmişdir. Bütün bunlar rayonun həyatında intibah kimi dəyərləndirilə biləcək mərhələnin uğurlu başlanğıcıdır. Hazırda Qaradağ rayonunun hər bir sakini dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurları öz həyatında daha qabarıq hiss edir, hakimiyyətin yüksəliş və tərəqqi kursunu ürəkdən dəstəkləyir.

Son illər rayonda həyata keçirilmiş işlər həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlıdır. Rayon icra hakimiyyəti üzərinə düşən məsuliyyəti düzgün qiymətləndirməklə, öz fəaliyyətini dövlət başçısının yeritdiyi çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurmağa, idarəetmədə mütərəqqi prinsipləri tətbiq etməyə, qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirməklə vaxtında və düzgün icrasına nail olmağa çalışır.

Rayonun qazandığı uğurların xülasəsini qısaca aşağıdakı kimi səciyyələndirmək mümkündür: Prezidentin tapşırıq və tövsiyələri dönmədən həyata keçirilir, abadlıq-quruculuq işlərinin miqyası daha da genişlənir, çoxşaxəli istehsal sahələri yaradılır, sosial problemlərin həlli istiqamətində arzulanan nəticələr əsasən əldə edilir, əhali ilə qarşılıqlı əlaqənin möhkəmləndirilməsi və onların qayğılarının öyrənilməsi istiqamətində əməli və təsirli tədbirlər həyata keçirilir.

Bütün bunlar Qaradağ rayonunun Azərbaycanın tərəqqisini özündə aydın əks etdirən əsas ünvanlardan birinə çevrildiyini, qarşıdakı dövr ərzində isə rayonda inkişaf dinamikasının daha böyük vüsət alacağını qətiyyətlə söyləməyə əsas verir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər