Səxavəddin Abdullayev: Daxili işlər orqanlarının uğurlu fəaliyyətinin müəllifi

Səxavəddin Abdullayev: Daxili işlər orqanlarının uğurlu fəaliyyətinin müəllifi













Maliyyə-Plan İdarəsi - Nazirliyin orqan, hissə və təşkilatlarının maliyyələşməsi, büdcə və büdcədənkənar göstəricilərin proqnozlaşdırılması, əmək haqqı və ödənişlərin müəyyən olunması, mühasibat uçotu, uçotun metodiki təşkili və hesabatı, nəzarət-təftiş və pensiya təminatı işini təşkil edən müstəqil struktur hissədir.

Müstəqil Azərbaycanın sürətlə inkişaf edən, beynəlxalq miqyasda böyük nüfuz sahibi olan dövlətlərdən birinə çevrilməsi dünya şöhrətli ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş ictimai-siyasi sabitliyə əsaslanır. Məhz bu sabitlik nəticəsində mürəkkəb geosiyasi-coğrafi məkanda yerləşən Azərbaycanın dünya miqyasında sivil, demokratik yolla irəliləyən, beynəlxalq hüquq normalarına və prinsiplərinə hörmətlə yanaşan dövlət imicini daha da möhkəmlənmişdir. Ölkəmizin möhkəm təməllər üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində inkişafında, dövlətçiliyin cinayətkar qəsdlərdən qorunmasında, asayişin mühafizəsində, Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatında daxili işlər orqanlarının da mühüm xidmətləri vardır.

Daxili İşlər Nazirliyi, onun ayrı-ayrı strukturları üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməklə cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı mübarizədə prinsipial mövqe tutur, vətəndaşların azad və təhlükəsiz yaşamaq kimi fundamental hüququnun təmin olunması sahəsində zəruri tədbirləri həyata keçirirlər. Dövlətinə, xalqına və prezidentinə yüksək sadiqlik nümayiş etdirən, qanunçuluğun keşiyində ləyaqətlə dayanan daxili işlər orqanları üzərlərinə düşən çətin və məsuliyyətli missiyanı əzmkarlıqla davam etdirirlər.

İqtisadi inkişaf dinamikasına görə dünyada ən yaxşı göstəricilərdən birinə sahib olan Azərbaycan Resrublikasının əldə etdiyi nailiyyətlər yalnız iqtisadi-sosial mahiyyət kəsb etmir. Əslində, bu sektordakı uğurlar məhz ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi və hüquqi dövlət quruculuğu istiqamətində düzgün, məqsədyönlü aparılan proseslərin məntiqi nəticəsidir. Ümummilli lider Heydər Əliyev daim bəyan edirdi ki, əhalinin artan sosial rifahı böyük çətinliklə qazanılan sabitliyin bəhrəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin fikrincə isə, əgər bu gün ölkəmizin iqtisadi rotensialının artmasının əsas şərti olan sabitlik və ictimai təhlükəsizlik mövcud olmasaydı, onda hazırkı milli tərəqqidən söhbət gedə bilməzdi.

Bəli, Azərbaycan polisi artıq dövlətçilik dəyərlərini hər şeydən üstün tutan, ən ali məqsədi vətənə, xalqa, onun əmin-amanlığına, asayişinə xidmət etmək olan, Heydər Əliyev məktəbini keçən peşəkar hüquq mühafizə orqanı kimi formalaşıb. Bu gün daxili işlər orqanları sözün həqiqi mənasında, ölkəmizin müstəqilliyinin və vətəndaşlarımızın təhlükəsizliyinin etibarlı müdaifəçiləri, ulu öndər Heydər Əliyev kursunun layiqli daşıyıcıları, Prezident İlham Əliyevin uğurlu siyasətinin fədakar icraçıları, dövlətin ən ciddi dayaqlarındandırlar. Daxili işlər orqanlarının şəxsi heyətinin Azərbaycana sədaqətlə xidmət etməsi ənənəyə, hər bir əməkdaşın və hərbi qulluqçunun əqidəsinə çevrilmişdir. Əminik ki, vətəninə, xalqına və Prezidentinə sadiq olan daxili işlər orqanları özünün zəngin təcrübəsi ilə həmişə olduğu kimi bundan sonra da müstəqil dövləti daha da inkişaf etdirmək kimi milli ideyanın - ulu öndər Heydər Əliyevin əbədiyaşar amallarının həyata keçirilməsinə layiqli töhfələr verəcəkdir.

Səxavəddin Abdullayev - Maliyyə-Plan İdarəsi - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər