Biləsuvar rayonunda “Təmiz şəhər” layihəsinə start veriləcəkdir

Biləsuvar rayonunda “Təmiz şəhər” layihəsinə start veriləcəkdir














20 sentyabr 2017-ci il tarixdən başlayaraq Biləsuvar rayonunda “Təmiz şəhər” layihəsinə start veriləcəkdir. Layihə Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı və rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə həyata keçiriləcək.Layihə çərçivəsində Biləsuvar rayonunda könüllülərdən ibarət qruplar yaradılacaq və ilk öncə əhali arasında təmiz şəhər layihəsini əks etdirən bukletlər paylanmaqla ətraf mühiti, təbiəti qorumağın yolları barədə maarifləndirmə xarakterli məlumatlar veriləcək. Layihə yaşayış məntəqələrini (xüsusən də çay və ya kanala yaxın olan əraziləri), yolları, ticarət obyektlərini, təhsil və eləcə də digər müəssisələri əhatə edəcək. Layihə mütəmadi olaraq təşkil edilməklə rayonun bütün ərzailərini əhatə edəcək.
Çalışaq hər birimiz dəstək olaq ki, rayonumuz həmişə təmiz olsun!!!
Biləsuvar rayonunda “Təmiz şəhər” layihəsinə start veriləcəkdirБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər