Biləsuvar RİH: Rayon haqqında yazılanlar böhtan və qərəzlidir

Biləsuvar RİH: Rayon haqqında yazılanlar böhtan və qərəzlidir








Son zamanlar ayrı-ayrı xəbər portallarında Biləsuvar rayon İcra Hakimiyyəti və onun rəhbərliyi haqda müxtəlif səpkili, böhtan xarakterli yazılar dərc olunur. Bakuxeber.info-nın aldığı məlumata görə, bütün bunlar Respublikamızın bütün bölgələrində olduğu kimi, Biləsuvar rayonunda da görülən möhtəşəm işlərə kölgə salmaq və mövcud sosial sabitliyin pozulmasına yönəlmiş qərəzli hərəkətlərdən başqa bir şey deyildir. Çünki qısa bir zaman kəsiyində ölkəmiz yüksək inkişaf həddinə çatıb. Ölkə rəhbərliyinin aparılan abadlıq və quruculuq işlərinə bilavasitə diqqət və qayğısı yerli hakimiyyət strukturlarını işlərində dönüş yaratmağa, daha çevik fəaliyyət göstərməyə sövq edib. Bunun bariz nümunəsi kimi Biləsuvar rayon rəhbərliyi də öz bacarığı, təşkilatçılığı və insani keyfiyyətləri ilə biləsuvarlıların hörmət və rəğbətini qazanıb. Məntiqi olaraq rayon rəhbərliyi haqqında ayrı-ayrı şəbəkələrdə gedən, heç bir fakta söykənməyən yazılar hər kəsdə təəssüf və ikrah hissi doğurur.

Bu günlərdə Biləsuvar rayonu haqqında xəbər saytlarının birində yerləşdirilmiş “Biləsuvar icra başçısı rayonda sahibkarların qənimi kimi tanınır” başlıqlı yazı haqlı olaraq yenə də rayon ictimaiyyətinin qəzəbinə səbəb olub. Yazılanların tam əksinə olaraq Biləsuvar rayonu özünün inkişaf tempinə görə respublikamızın öndə gedən bölgələrindən biri olmaqla, burada sahibkarlarla işlər əlaqəli qurulur. Əhalinin ən xırda tələblərinə icra hakimiyyətinin başçısı tərəfindən daim diqqət və qayğı göstərilir. Rayon rəhbərliyi tərəfindən sahibkarlara heç bir təzyiq olmur, əksinə sahibkarlığın inkişfına xüsusi diqqət və qayğı ilə yanaşılır.

Yaxşı olardı ki, sosial şəbəkələrdə rayon rəhbərinin fəaliyyəti dövründə rayonda gedən sosial-iqtisadi yüksəliş, rayon əhalisinin rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər, əldə olunan nailiyyətlər öz əksini tapa idi.

Təmiz insanları ləkələmək üçün sifarişli yazılar yazanlar unutmasınlar ki, biləsuvarlılar ağı qaradan seçməyi yaxşı bacarır. Dövlətçiliyə sadiq məmurlara ləkə vurmaqla onları tutduqları düz yoldan çəkindirmək olmaz. Çünki atalar demişkən, "yalan ayaq tutar, ancaq yeriməz". İnsanlar yazılanlarla olanları müqayisə edib şəbəkələrdə təkcə Biləsuvar rayonu haqqında deyil, başqa bölgələr haqqında da gedən yalan və böhtanla dolu yazılara inanmırlar. Biləsuvarlılar ölkə rəhbərinə, möhtərəm prezidentimiz cənab İlham Əliyevə inanır və onu dəstəkləyirlər. Qarşıdan gələn prezident seçkilərində onlar ancaq və ancaq İlham Heydər oğlu Əliyevə səs verəcəklər.

*******

Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev 18 Oktyabr – Milli Müstəqillik günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli həmvətənlər!

Bizim üçün müstəqillik xoşbəxtliyini sözlə ifadə etmək mümkün deyil. Qəlbində Azərbaycan sevgisi ilə yaşayan soydaşlarımızı Müstəqillik günü münasibəti ilə təbrik edir, hər birinizə fəal vətəndaşlıq mövqeyi, müstəqilliyimizin və azadlığımızın əbədi olmasını arzulayıram.


Biləsuvar RİH: Rayon haqqında yazılanlar böhtan və qərəzlidir
Biləsuvar RİH: Rayon haqqında yazılanlar böhtan və qərəzlidir
Biləsuvar RİH: Rayon haqqında yazılanlar böhtan və qərəzlidir
Biləsuvar RİH: Rayon haqqında yazılanlar böhtan və qərəzlidir
Biləsuvar RİH: Rayon haqqında yazılanlar böhtan və qərəzlidir
Biləsuvar RİH: Rayon haqqında yazılanlar böhtan və qərəzlidir
Biləsuvar RİH: Rayon haqqında yazılanlar böhtan və qərəzlidirБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər