Ağcabədi Rayon İcra Hakimiyyətində silsilə tədbirlər davam edir

Ağcabədi Rayon İcra Hakimiyyətində silsilə tədbirlər davam edir


“Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda regional konfrans keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətində silsilə tədbirlər davam edir


Konfransda Dövlət Komitəsi və Ağcabədi Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, hüquq mühafizə orqanlarının rəhbərləri, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirin moderatoru , rayon icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- dini qurumlarla işin təşkilatçısı, Ceyhun Mamedov konfransla bağlı iştirakçılara qısa məlumat verdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyünün qorunması və bərpası uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxışlardan öncə komitə tərəfindən hazırlanmış film nümayiş etdirilib.
Sonra söz Ağcabədi Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynova verilib. Rayon rəhbəri çıxışında Azərbaycanda etiqad azadlığından söz açıb, qanununlarımıza görə hər kəsin öz dininə etiqad etmək hüququnun olduğunu diqqətə çatdırıb. O, həmçinin qeyd edib ki, Azərbaycan dövlətinin hüquqi əsasları dünyəvi xarakter daşıyır. Bununla belə, dövlətimiz din sahəsinə qayğı və dəstək göstərir.
Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Milli Məclisin deputatı, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Ramazan Hüseynov dini radikalizmə və ekstremizmə qarşı mübarizə sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə danışıblar.
Çıxışlarda din sahəsində mövcud olan problemlərdən də söz açılıb, bunun qarşısının alınmasının, insanların düzgün istiqamətləndirilməsinin vacibliyi vurğulanıb.

Ağcabədi Rayon İcra Hakimiyyətində silsilə tədbirlər davam edir
Ağcabədi Rayon İcra Hakimiyyətində silsilə tədbirlər davam edir
Ağcabədi Rayon İcra Hakimiyyətində silsilə tədbirlər davam edir
Ağcabədi Rayon İcra Hakimiyyətində silsilə tədbirlər davam edir
Ağcabədi Rayon İcra Hakimiyyətində silsilə tədbirlər davam edir
Ağcabədi Rayon İcra Hakimiyyətində silsilə tədbirlər davam edir
Ağcabədi Rayon İcra Hakimiyyətində silsilə tədbirlər davam edir
Ağcabədi Rayon İcra Hakimiyyətində silsilə tədbirlər davam edir
Ağcabədi Rayon İcra Hakimiyyətində silsilə tədbirlər davam edir


Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Avşar kəndində keçirilmişdir

Ağcabədi Rayon İcra Hakimiyyətində silsilə tədbirlər davam edir


Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 2023-cü ilin dekabr ayı üçün ilk səyyar qəbulu Avşar kəndində, 1 saylı tam orta məktəbin binasında keçirilib. Qəbulda hüquq- mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, media nümayəndələri iştirak ediblər.

İcra başçısı Rafil Hüseynov qəbul iştirakçılarının problem və çətinliklərini öyrənmək məqsədilə ilk olaraq sözü onlara verib. Kənd sakinləri Adil Əsədov, Ədalət Hüseynov və digərləri çıxış edərək yerlərdə keçirilən görüşlərin mövcud problemlərin öyrənilməsi və həlli istiqamətində böyük əhəmiyyəti olduğunu vurğulayıb, həmçinin bir sıra çətinliklərlə bağlı fikir və təkliflərini bildiriblər. Qeyd edilib ki, kəndin yol, qaz və işıq problemləri öz həllini tapıb. Lakin su problemi hələ də qalmaqdadır. Kəndin müəyyən hissəsində pay torpaqlarının suvarılmasında çox böyük çətinliklər var.

Su ilə bağlı problemlər dinlənilib və bildirilib ki, növbəti ildə kənddə 2 ədəd subartezian quyusunin vurulması, həmçinin 1,5 km uzunluğunda su boru xəttinin yenilənməsi nəzərdə tutulub ki, bu da problemin həllinə xeyli kömək edəcəkdir.

Qəbul zamanı həmçinin suvarmada növbəliliyin pozulması halları ilə bağlı şikayətlər də diqqətə çatdırılıb və vətəndaşlar dinlənildikdən sonra məsələnin həlli ilə bağlı aidiyyəti üzrə tapşırıq verilib.

Təkliflər içərisində kənddə körpələr – evi uşaq bağçasının açılmasına ehtiyac olduğu və bunu həyata keçirmək üçün kəndin imkanlı şəxslərinin köməyindən istifadə edilməsinin mümkünlüyü də yer alıb. İcra başçısı bildirib ki, hazırda Elm və Təhsil Nazirliyinin tabeliyində olan bağçanın açılışına nail olmaq üçün imkanlı şəxslər özləri təşəbbüs göstərməli, sosial öhdəlik götürməlidirlər.

Görüşdə vətəndaşların müraciəti əsasında digər məsələlər də müzakirə olunub, çətinliklərin aradan qaldırılması üçün müvafiq göstərişlər verilib.

Yekunda icra başçısı R.Hüseynov çıxış edib. Qarabağda görülən işlərdən, bu işlər üçün ayrılan vəsaitin böyüklüyündən danışan rayon rəhbəri bəzi ümumi çətinliklərin müvəqqəti xarakter daşıdığını, bu günlərdə birlik göstərməli olduğumuzu diqqətə çatdırıb. O, həmçinin Avşar kəndindəki vəziyyətdən də söz açaraq bildirib ki, əvvəlki illərə nisbətən indi burada problemlər daha azdır. Bu çətinliklərin azalmasında sakinlərin birliyi, həmrəyliyi də böyük rol oynayır.

Ağcabədi Rayon İcra Hakimiyyətində silsilə tədbirlər davam edir
Ağcabədi Rayon İcra Hakimiyyətində silsilə tədbirlər davam edir
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər