Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Salmanbəyli kəndində keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Salmanbəyli kəndində keçirilib


Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun yerlərdə keçirdiyi səyyar qəbullar davam edir.

İyulun 5-də sakinlərin müraciətlərini araşdırmaq və onları narahat edən məsələləri yerində həll etmək üçün növbəti səyyar qəbul Salmanbəyli kəndində keçirilib.

Əlfi Məmmədov adına Salmanbəyli kənd tam orta məktəbində təşkil olunan qəbulda RİHB-nin müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatlarının əməkdaşları və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə məktəbin həyətində Ə.Məmmədovun büstü ziyarət olunub, üzərinə çiçək dəstələri düzülüb.

Qəbulda çıxış edən rayon rəhbəri ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, bölgələrə, eləcə də rayonumuza göstərilən xüsusi diqqət və qayğıdan söz açıb. Qeyd olunub ki, dövlətimiz istər hərb sahəsində, istərsə də diplomatik müstəvidə gücünü nümayiş etdirib və bu gün də mənfur düşmənin ölkəmizə qarşı təxribatlarına layiqli cavablar verilir. Sonra icra başçısı əkin sahələrinin ümumi vəziyyətindən, sahələrin sığortalanmasının əhəmiyyətindən danışıb.

Həmçinin bildirilib ki, bir neçə gün əvvəl dövlət qulluqçularının peşə bayramı münasibəti ilə Salmanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndə, şəhid atası Sabir Sultanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunub. S. Sultanov bir daha təbrik edilib, ona rayon icra hakimiyyəti başçısının Fəxri fərmanı təqdim olunub.

Daha sonra vətəndaşları narahat edən məsələlər və müraciətlər dinlənilib. Kənd sakinləri Kamil Orucov, Vidadi Behbudov, Nəriman Mirzəliyev, Gəray Ağamalıyev, Ariz Sofiyev içməli su və əkin sahələrinin suvarılmasında yaranan çətinlikləri, istismar dövrünü başa vurmuş elektrik dirəklərinin dəyişdirilməsinin vacibliyini və bu kimi digər çətinliklərini diqqətə çatdırıblar.

Sakinləri narahat edən problemlərlə bağlı müvafiq məlumatlar verilib. Onlar rayon rəhbərliyinə çətinliklərin operativ şəkildə həllində köməklik göstərdiyi üçün öz minnətdarlıqlarını bildiriblər.


Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Salmanbəyli kəndində keçirilib
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Salmanbəyli kəndində keçirilib
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Salmanbəyli kəndində keçirilib
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Salmanbəyli kəndində keçirilib
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Salmanbəyli kəndində keçirilib
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər